238
paylanması (bölüşdürülməsi). Qədim ənənələrə bağlı olan
c
əmiyyətlərdə N. - siyasi elitanın formalaşdırılmasının
mühüm üsullarından biridir.
NİZAMNAMƏ (ərəb-qayda,
sistem və fars-namə-məktub) –
dövl
ət və ya ictimai (o cümlədən, beynəlxalq) təşkilat tərəfin-
d
ən qəbul edilən, müəyyən qaydalar məcmusu. Müəyyən
mü
əssisənin, idarənin və ya təşkilatın məqsəd və təyinatını,
quruluşunu və idarə orqanlarını, onların səlahiyyətlərini və
formalaşma qaydasını, üzvlərinin hüquqi statusunu,
fəaliy-
y
ətinin ümumi prinsiplərini, onların digər orqanlarla, təşkilat-
larla v
ə vətəndaşlarla münasibətlərinin qurulma istiqamətini,
t
əsərrüfat fəaliyyəti sahəsindəki
hüquq və, vəzifələrini və ola
bilsin, yerli t
əşkilatlarının hüquqi statusunu dəqiqləşdirən və
qeyd ed
ən akt.
NOMENKLATURA
(latın
nomenclatura-siyahı, adların
yazılışı) – 1. yalnız dövlətin Ali idarəçilik orqanının qərarı və
ya razılığı ilə təyin olunan və ya əvəz edilən vəzifələrin
siyahısı. N. bir qayda olaraq əlavə imtiyazların verilməsinə,
idar
əçilik orqanının bürokratikləşməsinə, xalqdan ayrı düş-
m
əsinə, xalq
üzərində, əlahəddə hökmranlıq aparatının yara-
dılmasına və sui-istifadəçiliyə gətirib çıxardır. İnzibati-əmr
sistemi şəraitində N. partiya kadrları siyasətinin vasitəsinə
çevrilir. N.-
nın yaranmasının qarşısının alınmasından ötrü
idar
əçilikdə demokratikləşmə, o cümlədən, kadrların seçkilər,
müsabiq
ələr, attestasiyalar vasitələri ilə yığılması sisteminin
t
ətbiqi və bəzi dövlət səlahiyyətlərinin yerli orqanlara və
B
ələdiyyələrə ötürülməsi zəruridir. 2. elm, texnika və s.
sah
ələrdə işlədilən terminlərin ad göstəricisi (məcmusu)
sistemi; 3. müc
ərrəd və şərti simvollar sistemi; 4. hər hansı
bir ixtisas sah
əsində işlədilən
ad və terminlərin ümumi
siyahısı.
NÜMAYƏNDƏ (ərəb; latın analoqu
delegatus) – dövlət,
xalq seçicil
ər, ictimai-siyasi qurum (partiya), müəssisə,
239
kollektiv t
ərəfindən seçlən və ya təyin olunan maraqlarını
qurultaylarda, m
əclislərdə, iclaslarda,
konfranslarda, konqres-
sl
ərdə və s. təmsil edən müvafiq səlahiyyətli şəxs.
O
OBSTRUKSİONİZM (latın
obstructio-sədd, mane olma) –
mürt
əce siyasi mübarizə üsulu; etiraz forması: 1. əsasən
Parlamentd
ə və ya digər iclaslarda, yığıncaqlarda özünə xoş
g
əlməyən qanunları, qərarları və digər aktları qəbul etməyə
imkan verm
əmək məqsədi ilə və ya qəbulunun tarixə
salınması, uzadılması məqsədi ilə, müxtəlif
üsul və
vasit
ələrlə, o cümlədən: qışqırmaq, səs-küy salmaq, şuluqluq
etm
ək və hətta, dava etmək və eyni zamanda,
daha mülayim
üsullarla, misal: uzun-
uzadı nitq söyləmək, fikiri yayındır-
maq, m
əclisi tərk etmək və s. şəkildə sessiyanı, iclasın normal
gedişini pozmaq cəhdi; 2. ümumiyyətlə, normal axarlı siyasi
r
əqabətə xələl gətirmək, müəyyən ictimai-siyasi tədbiri
pozmaq, siyasi r
əqiblərə müxtəlif formalarda maneçilik
göst
ək və s. məqsədli açıq və ya gizli siyasi fəaliyyət.
OXLOKRATİYA (yunan
ochos-yığın, izdiham, güruh,
kratos-hakimiyy
ət) – nadir hallarda (böhran keçid dövrü) -
siyasi prosesl
ərin kor-təbii axını (dalğası) üzərində təsadüfi
qara-güruhçu kütl
ələrin hakimiyyətə gəlməsi, (müvəqqəti)
hakimiyy
əti. “O.” terminini demokratiyanın ifrat vəziyyətə
düşməsini, hakimiyyətin üsyan etmiş xalqın tərəfinə keçmə-
sini v
ə qeyri-mütəşəkkillik nəticəsində onu (hakimiyyəti) əldə
saxlaya bilm
əsini anladan dövlət quruluşu formasını izah
etm
ək üçün Ərəstun (Aristotel), Plibiy, Əflatun (Platon)
t
ərəfindən müəyyənləşdirilmişdir. Demokratiyanın müxtəlif
növl
ərini araşdıran Ərəstun (Aristotel) O.-nı qanun üzərində,
qanunla
əsaslnan deyil, məhz qara-güruhçu kütlənin şıltaqlığı
il
ə, hansı ki, demoqoqların təsiri altına düşür
və tiraniya
f
əaliyyətli despotik vəziyyətə çevrilən idarəçiliyi kimi təsvir