Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti


Diplomatik korpus. Duayen, vitse duayen və onların fəaliyyəti



Yüklə 81,96 Kb.
səhifə26/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
1   ...   22   23   24   25   26   27   28   29   ...   72
MUASIR DIPLOMATIYA CAVAB 2021

Diplomatik korpus. Duayen, vitse duayen və onların fəaliyyəti.

Diplomatik korpus-məlum ölkədə akkreditə olunmuş xarici diplomatik nümayəndə başçılarının məcmusudur. Bunlar səfirlər, elçilər, daimi işlər müvəkkili, müvəqqəti işlər vəkkilləri, eləcə də Vatikanın diplomatik nümayəndəliklərinin başçıları olan nunsilər və internunsilərdir.Diplomatik korpus dedikdə diplomatik nümayəndəlik başçılarından başqa diplomatik nümayəndəliklərə daxil olan bütün diplomatik işçilər, yəni müşavirlər, birinci, ikinci və üçüncü katiblər, səfirlik və missiya (Diplomatik missiya) attaşeləri; ticarət nümayəndələri və onların müavinləri, hərbi, hərbi-dəniz və hərbi-hava attaşeləri və bu attaşelərin köməkçiləri; xüsusi müşavirlər və xüsusi attaşelər (sənaye, kənd təsərrüfatı, iqtisadi, ticarət, maliyyə, mətbuat, mədəniyyət, elm, əmək işləri üzrə) nəzərdə tutulur. Diplomatik korpus- a diplomatik işçilərin ailə üzvləri - həyat yoldaşları, ərdə olmayan qızları və yetkinlik yaşına çatmamış oğulları da aiddir. Yerləşdiyi ölkə hökuməti tərəfindən diplomat kimi tanınmasının təsdiqi olaraq həmin ölkənin xarici işlər idarəsi diplomatik işçilər və onların ailə üzvlərinə diplomat kartoçkası verir. Təbiidir ki, diplomatı diplomatik işçi kimi hər şeydən əvvəl aid olduğu dövlətin hökuməti ona diplomatik pasport verməklə tanımalıdır.

Əgər diplomatik işçinin vəzifəsi diplomatik işçilərin ümumi qəbul edilmiş nomenklaturasına və ya Diplomatik korpus-da ənənəyə görə mövcud olan işlər nomenklaturasına uyğun gəlməzsə, diplomatik nümayəndənin gəldiyi ölkənin Xarici İşlər idarəsi bu şəxsləri diplomat kimi tanımaqdan imtina edə bilər. Xarici işlər idarəsi müntəzəm olaraq Diplomatik korpusun məlumat kitabçasını nəşr edir. Burada müvafiq səfirlik və diplomatik missiyalarda qruplaşmış diplomatik işçilərin soyadları, ünvanları, xidməti və ev telefonları göstərilir.Diplomatik korpus beynəlxalq hüququn hər hansı normasına əsaslanan qurum, eləcə də hüquqi şəxs statusuna malik siyasi birlik və təşkilat deyildir.
Diplomatik korpus dövlətlərin diplomatik nümayəndələrinin müvəffəqiyyətli fəaliyyətini, onlar arasında qarşılıqlı anlaşmanı təmin edən vasitədir.
Diplomatik korpus adından adətən Diplomatik korpusun duayeni çıxış edir.Duayen ən yüksək ranqlı (dərəcəli) diplomatik nümayəndə, bir neçə bərabər dərəcəli diplomat olduqda həmin dövlətdə öz vəzifəsini daha uzun müddət icra edən şəxs seçilir.


Duayen kütləvi tədbirlərdə öz həmkarları adından çıxış edə bilər. Bir sıra hallarda səfirlərin akreditə olduğu dövlətin rəhbərliyi diplomatlara hansısa qeyri-rəsmi xarakterli məlumatı birbaşa çatdırmaqdansa bunu duayen vasitəsilə etməyə üstünlük verir. Lakin duayen həmkarları ilə məsləhətləşmədən, onlardan razılıq almadan ən önəmsiz məsələ üzrə belə diplomatik korpus adından hərəkət edə, yazılı yaxud şifahi bəyanatla çıxış edə bilməz.



  1. Yüklə 81,96 Kb.

    Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə