Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti



Yüklə 81,96 Kb.
səhifə22/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
1   ...   18   19   20   21   22   23   24   25   ...   72
MUASIR DIPLOMATIYA CAVAB 2021

Diplomatik nümayəndəliyin heyəti

Diplomatik nümayəndəlik – bir dövlətin digər dövlətdə yerləşən daimi dövlət xarici əlaqələr orqanıdır. Səfirin rəhbərlik etdiyi diplomatik nümayəndəlik - səfirlik (dövlət başçısı yanında), elçi tərəfindən idarə olunan diplomatik nümayəndəlik – missiya (hökumət başçısı yanında) adlanır. Nümayəndəliyin başçısı yerində olmadığı təqdirdə onu XİN yanında işlər vəkili (həm səfirlik, həm missiya üçün) əvəz edir. Beynəlxalq praktikada bəzi ölkələrdə təsis edilən “maraqlar şöbələri” mövcuddur. Belə hallara dövlətlər arasında rəsmi diplomatik münasibətlər olmadıqda rast gəlmək olur

Hər bir diplomatik nümayəndəlik nümayəndəliyin başçısından, diplomatik, inzibati-texniki və xidmətçi personaldan ibarət olur. Nümayəndəliyin başçısı gəldiyi ölkədə öz dövlətini təmsil etməyə səlahiyyətləndirilmiş ali səlahiyyətli şəxsdir. O, diplomatik nümayəndəlik və onun əməkdaşlarının fəaliyyətinə rəhbərlik etməklə yanaşı yerləşmə ölkəsində olan öz dövlətinin qurumlarının və şəxslərinin fəaliyyətinə də rəhbərliyi və nəzarəti həyata keçirir. Yerləşmə ölkəsində olan akkreditiv dövlətin vətəndaşlarının, təşkilatlarının fəaliyyəti ilə bağlı səfir hökuməti qarşısında məsuliyyət daşıdığına görə onlar bu fəaliyyəti səfirlə razılaşdırmalıdırlar. Rəhbərliyin həyata keçirilməsində yeganə məsul şəxs kimi səfir müxtəlif funksiyaların realizəsini öz personalına həvalə edə bilər. Bununla yanaşı bir sıra məsələlərlə nümayəndəliyin başçısı şəxsən məşğul olur. Səfirin əsas vəzifəsi missiyanın diplomatik siyasətinin formalaşdırılmasıdır ki, bu işdə ona müxtəlif şöbələrə rəhbərlik edən müşavirlər yaxından yardım edir. Diplomatik siyasətin məzmunu akkreditiv dövlətlə yerləşmə dövləti arasında bütün məsələlərə münasibətdə konstruktiv yanaşmanın həyata keçirilməsidir.



İnzibati –texniki personal nümayəndəliyin inzibati –texniki xidmətlərini həyata keçirən şəxslərdir. Onlara referent tərcüməçilər, texniki katiblər, makinaçılar, stenoqrafçılar, digər dəftərxana işçıləri, mühasibat işçıləri və s. aiddir. Bu personal səfirliyə işə xarici işlər nazirliyi tərəfi n dın ezam olunur və onlara xidməti pasport verilir.


Yüklə 81,96 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə