Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti


Dövlətin tanınması və diplomatik nümayəndəliyin təsis edilməsi



Yüklə 81,96 Kb.
səhifə19/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
1   ...   15   16   17   18   19   20   21   22   ...   72
MUASIR DIPLOMATIYA CAVAB 2021

Dövlətin tanınması və diplomatik nümayəndəliyin təsis edilməsi

Beynəlxalq hüquqa müvafiq olaraq yeni dövlətin tanınmasının iki forması mözçuddur, de -fakto tanıma və de -yure tanıma. De-fakto tanıma dövlətin faktiki olaraq tanınmasıdır. Dövlətin mövcudluğu faktını inkar etmək iqtidarında olmayan digər ölkə hökuməti onunla diplomatik münasibətlər yaratmır, bununla belə onunla işgüzar əlaqəyə girir. Müasir beynəlxalq praktikada de-fakto tanıma nadir hallarda tətbiq edilir. Bu tanıma, yuxarıda deyilən «maraqlar dairəsi»ndən pərdə kimi istifadə edir.De-yure və ya tam diplomatik tanıma daha geniş yayılmışdır. Bu tanıma diplomatik münasibətlərin yaranması, qarşılıqıl razılaşmalara uyğun səfirliklərin təsis edilməsi, qarşılıqlı fayda əsasında ticarət, iqtisadi, mədəni və digər əlaqələrin inkişaf etdirilməsi ilə müşayiət olunur.Təcrübə göstərir ki, ölkələr diplomatik tanıma və diplomatik nümayəndəliklərin yaradılması haqqında razılaşmaları yazılı surətdə, bəyanətlərlə, müqavilərələ, rəsmi məlumatlarla, notalarla təsdiq etməyə üstünlük verirlər. Sənədlərin tərtibi gələcəkdə hər hansı anlaşılmazlığı və müxtəlif şərhləri istisna edir.Müxtəlif səbəblər üzündən dövlətlərin diplomaik münasibətləri kəsməsi və ya dayandırması halları məlumdur. Adətən, müharibə və ya digər fövqəladə vəziyyətlər (suveren dövlətə qarşı silahlı təcavüz, hərbi qiyam və s.) nəticəsində diplomatik münasibətlər kəsilir. Münasibətlərin kəsilməsi dövlətlər arasındakı əlaqənin tamamilə qırılması, diplomatik nümayəndələrin geri çağrılması, dipolmatik və digər nümayəndəliklərin bağlanması ilə müşayiət olunur.



  1. Yüklə 81,96 Kb.

    Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə