Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti


Diplomatın geyiminə qoyulan tələblər



Yüklə 81,96 Kb.
səhifə16/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
1   ...   12   13   14   15   16   17   18   19   ...   72
MUASIR DIPLOMATIYA CAVAB 2021

Diplomatın geyiminə qoyulan tələblər

Diplomatların geyiminə tələblər ölkədən, onun adət-ənənələrindən, iqlimindən asılı olaraq fərqlənir. Hal-hazırda geyim formasında rəsmiyyətçiliyə daha az meyl bərqərar olmaqdadır. Buna baxmayaraq, riayət edilməli olan standart qaydalar mövcuddur (bəzi ölkələrin diplomatlarının geyindikləri diplomatik uniforma və milli geyim¬lərdən başqa).Geyimin formasına standart tələblər adətən dəvətnamədə göstərilir. Bununla əlaqədar qadın geyimlərinə dair yalnız «müvafiq» qeydi mümkündür.Qadın geyimi formal toplantılar abu-havasına canlan¬dırma gətirir və xanımların individuallığını qabardır.Ayrı-ayrı ölkələrdə, ənənəyə görə, bəzi tədbirlər üçün seçim imkanı çox məhduddur. Məsələn, R.C.Feltxemin təsvir etdiyinə görə, Böyük Britaniyada kişilər üçün aşağıdakı imkanlar mövcuddur:

Gündüz kostyumunu (Morninq coat) gündüz təd¬birlərinə geyinirlər; ona daxildir: təntənəli tədbirlər zamanı qara frak, qara jilet və hündür qara ipək papaq, yaxud bayram tədbirlərinin keçirilməsi vaxtı boz papaq, ağ köynək, zolaqlı qara şalvar, boz qalstuk və qara ayaqqabılar. Hərbi, yaxud matəm tədbirləri zamanı medallar – sinədə sağdan münasibdir.

Frak (White tie) – rəsmi axşam qəbulları, ballar, şam yeməkləri, gündüz bağlı məkanlarda rəsmi tədbirlər üçün kostyum.

Tam axşam geyimi (Full evening dress) adlanan kostyuma uzun qara frak, ağ jilet, kraxmallanmış ağ köynək, ağ kəpənək-qalstuk, iki ipək qara zolaqlı qara şalvar, qara ipək papaq, laklanmış qara ayaqqabı, təltif nişanları və ordenlərin təsviri olan qəliblər daxildir.

Axşam kostyumu (Black tie) qeyri-formal axşam tədbirləri üçün istifadə olunur. Ingilislər bu cür kostyumu həmçinin Dinner Jacket adlandırırlar. Ona ipəklə işlənmiş qatları olan qara pencək (smokinq), ipək zolaqlı qara şalvar, ağ köynək (yumşaq yaxalıqlı), qara kəpənək-qalstuk və qara ayaqqabı daxildir. Bəzək əşyaları və medallar bu dəvətnamədə qeyd edildiyi halda taxılır.Toplantının abu-havası nə qədər qeyri-formaldırsa, bir o qədər geyimdə daha çox sərbəstlik var. Əksər ölkələrdə bu cür ənənələr və məhdudiyyətlər yoxdur və bir qayda olaraq, diplomatların kostyum seçimi ilə bağlı problemləri olmur.





  1. Yüklə 81,96 Kb.

    Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə