Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti


Orta Əsrlər Avropasında diplomatiyanın yeni cəhətləri



Yüklə 81,96 Kb.
səhifə12/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
1   ...   8   9   10   11   12   13   14   15   ...   72
MUASIR DIPLOMATIYA CAVAB 2021

Orta Əsrlər Avropasında diplomatiyanın yeni cəhətləri

İlkin orta əsrlər diplomatiyasının fərqləndirici xüsusiyyəti onda idi ki, dövlətlərin möhkəm, sabit sərhədləri yox idi. Bu dövlətlər yaranır və tezliklə də dağılırdı. Ayrı-ayrı iri feodalların hakimiyyətində olan ərazilərin özlərinin xarici siyasəti və «şəxsi müharibə» aparmaq hüquqları vardı. Zərurət yarandıqda diplomatiya bütün səylərini öz malikanələrini genişləndirmək uğrunda mübarizə aparan ərazi rəhbərləri arasındakı mübahisələrin tənzimlənməsinə yönəldirdi. Parçalanmış feodal Avropasının ilk siyasi birliyi Müqəddəs Roma imperiyasının yaranması şəklində baş verdi ki, bu təşəbbüsü də alman feodalları irəli sürmüşdülər.

XVI-XVIII əsrlərdə Avropada yeni diplomatik qaydalar təşəkkül tapırdı. Bu beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət daşıyırdı. Səfərlər və audensiya zamanı səfirlərin və hökümət adamlarının özünü aparması dövlətlər arası əlaqələrin səviyyəsini simvolizə edirdi. Qəbul olunmuş normalara riayət etməmək münasibətlərdə nəyinsə dəyişdiyinə dəlalət edirdi. Buna görə də etiket xırdalıqları ilə, bərabər hörmət göstərilməsi ilə bağlı problemlər daimi olaraq, yaranırdı.

XVI-XVII əsrlərdə papa sarayında diplomatik etiketin bir qədər fərqli forması mövcud idi. Audensiya papa tərəfindən kardinalların əhatəsində verilirdi. Səfirlər papanı başıaçıq ayaqüstə dinləməli idilər. İmperatorun və Venesiya respublikasının səfirləri böyük kral zalında, digər ölkələrin səfirləri isə hersoq zalında qəbul edilirdi.

Daimi diplomatik nümayəndəliklərin yaranması və diplomatların status və fəaliyyətini tənzimləyən hüquq normalarının təşəkkülü xarici siyasətin əsas silahı olan diplomatiyanın əhəmiyyətli roluna dəlalət edir. Lakin diplomatik funksiyaları həyata keçirən insanlar üçün bu dövlət marağından çox, şəxsi maraq daşıyırdı.Səfir və vacib diplomatlar yuxarı sinif feodalları arasından seçilirdi. Hətta səfirlər getdikləri ölkənin vacib ictimai və dövlət xadimlərini pulla satın alırdılar.


  1. Yüklə 81,96 Kb.

    Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə