Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti



Yüklə 81,96 Kb.
səhifə11/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
1   ...   7   8   9   10   11   12   13   14   ...   72
MUASIR DIPLOMATIYA CAVAB 2021

Çin diplomatiyasında üfüqi və şaquli müqavilələr anlayışı vardı.Şaquli müqavilə(antitsin) çinə qarşı olan dövlətlər birləşərək ittifaq yaradırdılar. Üfüqi müqavilə isə çinlə dost olan,əməkdaşlıq edən dövlətlərin imzaladığı müqavilə idi.Çində müqaviləni məğlub olan tərəf bağlayardısa bu yoxsul müqavilə adlanırdı.Məğlub tərəf qalib tərəfin şərtləri ilə razılaşaraq müqavilə bağlayırdı.Səfirlər natiqlərdən,aktyorlardan,istedadlı insanlardan seçilirdi.


  1. Bizansda səfirlik işinin təşkili

Şərqi Roma imperiyası olan Bizansda diplomatik xidmətin təşkilinə böyük önəm verirdilər. Bizans qüdrətli Roma imperiyasının parçalanması nəticəsində Aralıq dənizinin cənub-şərqində, Kiçik Asiya və Balkan yarımadasında yaranmışdır. Konstantinopolda xarici əlaqələrin aparılması ilə məşğul olan idarə yaradılmışdı. Bu apparatın tərkibinə məmurlarla yanaşı çoxlu sayda tərcüməçilər də daxil idi. Xarici səfirlərin qəbul edilməsi üçün qaydalar işlənib hazırlanmışdır. Ölkəyə gələn kimi onlara diqqət ayrılır, hörmətlə yanaşılırdı. Səfirlər sərhəddə qarşılanırdı, onlara çox silah saxlamağa icazə verilmirdi. Çox vaxt onları Konstantinopola en uzun və dolayı yollarla aparırdılar. Bunda məqsəd barbarları paytaxta gedən yolun nə qədər çətin olduğunu və oranı işğal etməyin mümkün olmadığını göstərmək idi. Qəbullar çox dəbdəbəli təşkil edilirdi. Bunun da əsas məqsədi səfirləri təəccübləndirmək və dövlətin qüdrətinə heyran qoymaq idi. Qonşu dövlətlər Bizansda dost görməli idilər, düşmən yox. Qəbullar həm də elə təşkil edilirdi ki, xarici səfirlər çox məlumat toplaya və Bizansın zəif cəhətlərini öyrənə bilməsinlər. Səfirlər üçün hərbi paradlar keçirilir, ordunun silahları nümayiş etdirlirdi. Nəticədə, səfirlər ölkəni heyranlıqla tərk edirdilər. Hərdən xırda knyazları daha da asılı etmək üçün onlara böyük diqqət göstərilirdi.



Konstantinopol sarayında səfirlik işinin təşkilinin xüsusi qaydaları yaradılmışdı və bu bütün dövlətlər tərəfindən qəbul edilmişdi. Səfirlər dövləti təmsil edən şəxslər idi və yalnız səlahiyyətləri çərçivəsində fəaliyyət göstərirdilər. Əgər vəziyyət səfiri səlahiyyətlərindən kənara çıxmağa məcbur edirdisə, səfir əlavə göstərişlər tələb etməli idi. Səlahiyyətlərini aşan şəxslər ciddi cəzalandırılırdılar. Çox nadir hallarda imperator təmsilçilərinə müstəqil davranmaq hüququ verilirdi. Bu səlahiyyət Bizansın Velizariya, Narses kimi sərkərdələrinə verilmişdi.Xaricə göndərilən səfirlərə xüsusi göstərişlər verilirdi. Səfir alicənablıq nümayiş etdirməli,gördüklərini tərifləməli, lazımsız güc nümayişi etməməli idi. Digər dövlətlərin daxili işlərinə qarışmaq olmazdı. Lakin bu sadəcə sənəddə belə idi. Əslində bizans səfirləri saraylarda gizli intriqalar yaradırdılar. Səfirlərlə bağlanmış müqavilələr yalnız imperatorun ratifikasiyasından sonra qüvvəyə minirdi.


  1. Yüklə 81,96 Kb.

    Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə