Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti


Diplomatik nümayəndənin təyin edilməsi : aqreman sorğusu, etimadnamə



Yüklə 81,96 Kb.
səhifə20/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
1   ...   16   17   18   19   20   21   22   23   ...   72
MUASIR DIPLOMATIYA CAVAB 2021

Diplomatik nümayəndənin təyin edilməsi : aqreman sorğusu, etimadnamə

Səfir göndərmək qərarına gəlmiş hökumət bundan öncə qəbul edən tərəfdən razılıq (aqreman) alır. Aqreman məxfi şəkildə alınmalıdır. Aqrement latın sözündən əmələ gəlib və qəbul edən ölkənin hökumətinin müəyyən şəxsi diplomatik nümayəndəliyin başçısı qismində təyinatına razılıq mənasını daşıyır. Aqreman sorğusunun edilməsi faktının açıqlanmasına yol verilmir, çünki sorğuya rədd cavabının aşkarlığı iki ölkə arasında münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər. Əksər hallarda bu razılıq alınır. Lakin qəbul edən dövlətin hökuməti təklif olunan şəxsin qeyriməqbul olduğunu hesab etsə, rədd cavabı verilə bilər. Bir qayda olaraq, qəbuledilməmə haqda rəsmi eyham da namizəd üzrə təklifin geri çağırılması üçün kifayətdir. Vyana konvensiyası dövlətin aqremandan izahat vermədən imtina etmək hüququnu saxlayır. Razılıq alındıqda namizəd persona qrata, əks hal baş verdikdə persona non qrata kimi qəbul edilir. Aqreman sorğusu zamanı tərcümeyi-hal arayışı gerbsiz, imzasız, tarixsiz və möhürsüz təmiz vərəqdə çap edilir. Bütün məlumatlar mütləq dürüst olmalıdır, çünki hər hansı qeyridəqiqliklər aşkar edildiyi halda arayışda söhbət gedən diplomat üçün arzuolunmaz və qarşısıalınmaz fəsadlar yarana bilər.



Etimadnamə– səfirin dövlətin nümayəndəsi kimi statusunu rəsmi şəkildə təsdiqləyən sənəddir. Sənəddə səfirin dövlət başçısı və hökuməti adından deyəcək hər şeyə inanmaq, etimad etmək xahişi əks olunur; məhz buna görə də sənəd etimadnamə adlanır. Etimadnamələrini təqdim edən əcnəbi səfir böyük siyasi əhəmiyyət kəsb edən addım atır – dövlət başçısı ilə ilk rəsmi kontakta daxil olur. Buna görə bütün ölkələrdə təqdimetmə mərasimi diqqətlə, diplomatik protokola təsbit edilmiş qaydalara tam xırdalıqlarına riayət edilməsi ilə işlənib hazırlanır. Bu qaydadan hər hansı yayınma səfirə və onun təmsil etdiyi dövlətə qarşı hörmətsizlik kimi izah edilə bilər. Hər dövlətdə təqdimetmə mərasiminin özünəməxsus xüsusiyyətləri var, onların əksəriyyəti xüsusi ədəbiyyatda qeyd olunublar. Ənənəvi olaraq, etimadnamələr bir az arxaik və təmtəraqlı stildə tərtib edilirlər. Dövlət başçısının ölümü yaxud səlahiyyətlərinin dayandırılması halında bütün missiya başçılarının etimadnamələri etibarsız hesab edilir. Etimadnamələri vermiş dövlət başçısı fəaliyyətini dayandırdığı halda da etimadnamələr etibarsız hesab edilir.



  1. Yüklə 81,96 Kb.

    Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə