Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti


Diplomatik missiyanın fəaliyyətə başlaması və geri çağırılması



Yüklə 81,96 Kb.
səhifə21/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
1   ...   17   18   19   20   21   22   23   24   ...   72
MUASIR DIPLOMATIYA CAVAB 2021

Diplomatik missiyanın fəaliyyətə başlaması və geri çağırılması

Diplomatik missiya başçısının ölkədə fəaliyyətini bitirməsinin müəyyən protokol prosedurası mövcuddur. Missiya başçısının akreditə olduğu hökumət onun geri çağırılmasını tələb edirsə, əksər hallarda, nüfuz nöqteyinəzərindən, onu əvəz etməzdən öncə diplomatı məsləhətləşmələr üçün çağırır. Geri dönən missiya başçısı məktub vasitəsilə diplomatik korpusun digər üzvlərini missiyasının başa çatdığı haqda məlumatlıdır.. Diplomatik missiya başçısı öz vəzifəsini tərk etməzdən bir az öncə (təbii ki, geri çağırılma qəbul edən dövlətin təşəbbüsü ilə edilən hallar istisna olmaqla) diplomat bu barədə nota ilə xarici işlər nazirini məlumatlandırır və dövlət başçısı ilə audiyensiya (görüş) üçün xahiş edir. Bu cür vida viziti fərdi xarakter daşıyır və geri dönən missiya başçısı bundan geri çağırılma sənədini təqdim etmək üçün istifadə edə bilər. Normal praktikada vəzifəsini tərk edən missiya başçısının geri çağırılma sənədi və onun varisinin etimadnaməsinin verilməsi eyni zamanda baş verir. Diplomatik korpusun duayeni və digər diplomatik missiya başçılarına geri dönən missiya başçısı gedişi barədə, məsələn, aşağıdakı formada məlumat verə bilər. Diplomatik missiya başçısı ölkəni tərk etdikdə, yaxud onun geri çağırılması barədə notada dəqiq müddət göstərildiyi halda, öz vəzifələrinin icrasını daha da öncə dayandırır. Əgər missiya başçısı ölkəni razılaşdırılmış müddətdən gec tərk edirsə, adətən müəyyən müddətə onun və ailəsinin bütün imtiyazları və diplomatik toxunulmazlığı qüvvədə qalır. Bir qayda olaraq, geri dönən diplomatik missiya başçısını protokol şöbənin nümayəndəsi yola salır



  1. Yüklə 81,96 Kb.

    Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə