Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti


Konstitusion orqanlara prezident, Milli Məclis, hökumət başçısı və s daxildir



Yüklə 81,96 Kb.
səhifə31/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
1   ...   27   28   29   30   31   32   33   34   ...   72
MUASIR DIPLOMATIYA CAVAB 2021

Konstitusion orqanlara prezident, Milli Məclis, hökumət başçısı və s daxildir.

Prezident-Beynəlxalq hüquqa əsasən, öz rəsmi mövqeyinə görə dövlət başçısı heç bir xüsusi vəkalət olmadan övləti təmsil edir. Dövlət başçısının xarici əlaqələr sahəsində konkret səlahiyyətlərinə gəldikdə isə, bu, hər bir dövlətin konstitusion sistemi ilə müəyyən olunur. Prezident respubli kalarında onların səlahiyyətləri adətən daha genişdir. Prezidentin xarici əlaqələr sahəsində əsas səlahiyyətləri "Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri" adlanan 109- cu maddə ilə müəyyən olunmuşdur. Həmi n ma d dənin 15-ci bəndinə əsasən prezident Azərba ycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir, Azərba ycan Respublikasının xarici ölkələrdə və bey nəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır.

Hökümət başçısı-hökumət də, həmçinin dövlətin yuxarı icra orqanı kimi xarici əlaqələrin konstitusion orqanı hesab olunur. Dövlətin xarici siyasət kursunun realizəsi və diplomatik fəaliy yətin təşkili hökumətin fəal iştirakı olmadan təsəvvür edilə bilməz. Qey d edək ki, hökumətin fəaliyyətində xarici əlaqələr sahəsində əsas üç fəaliyyət istiqamətləri birləşir. Belə ki, hökumət başçısı və hökumətin xarici əlaqələr üzrə səlahiyyətlərinə xarici siyasətin əsas istiqa mətlərinin müəyyən edilməsində parlament və dövlət başçısına təkliflər vermək, qəbul edilmiş xarici siyasət qərarlarının həyata keçirilməsi və həmçi nin onlar üzərində nəzarəti təşkil etmək daxildir.

Qanunverici orqan-ali qanunverici orqan tərəfindən xarici əlaqələr sahəsində müəyyən funksi yaların həyata keçirilməsinin kökləri hələ qədim quldarlıq dövlətlərinin praktikasına dəlalət edir.Belə ki, qədim Romada müharibə və sülh məsələlərinin həlli, xarici dövlətlərlə danışıqlar aparılması, xarici dövlətlərə diplomatik missiyaların və səfirlərin göndəril məsi və s. məsələlər senatın funksiyalarına aid idi. Orta əsrlər dövrün də respublika idarə forması olan dövlətlərdə də xarici əlaqələrin əsas məsələləri qanunverici orqanın funksiyalarına aid idi. Hal-hazırda da parlamentlər əksər dövlətlərin konstitusi yalarına uyğun olaraq xarici siyasətə ümu mi rəhbərliyi həyata keçirir.

Milli Məclis-Azərbaycan Respublikasının parlamenti – Milli Məclis Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərini müəyyən edir. Onun səlahiyyətləri ilk öncə Azərbaycan Respublikasının Konstitusi yası ilə müəyyən olunur. Belə ki, Milli Məclis Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis e dilməsi məsələsini həll edir, dövlətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi məsələsini həll edir; Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının hərbi doktrinasını təsdiq edir; Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən müharibə elan edil məsinə və sülh bağlanmasına razılıq verir.


  1. Yüklə 81,96 Kb.

    Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə