-57-
formaları” məsələsini auditoriya ilə ünsiyyətin nə cür adlandırılması kontekstində deyil,
fərdin informasiya məkanına daxil olması və sistemdə şəxsiyyətin mövqeyinin aktivləşməsi
kimi maraqlı psixoloji prosesin yaranması baxımından araşdırılması faydalı olardı.
Qloballaşmanın sürətli gedişində fərdin intellektual qabiliyyətinin üzə çıxarılması və
imkanlarının genişləndirilməsi baxımından bu psixoloji prosesin əhəmiyyəti böyükdür.
Auditoriya ilə təmasda əks-əlaqənin qurulmasında fərdin baxışlarının nəzərə alınması və onun
fikirlərinin şəbəkədə yer alması informasiya işinin təşkilinin yeni mərhələsində geniş
ünsiyyətə imkan verən səciyyəvi üstünlüyə malikdir.
“İnformasiya agentlikləri məlumatların əldə olunması, işlənməsi və yayılmasında
mədəni-kütləvi və ideoloji funksiyaları yerinə yetirirlər. Bu mənada informasiya agentlikləri
sosial təsisat kimi cəmiyyət daxilində kommunikasiya sistemlərinin optimal fəaliyyətini təmin
etmək üçün ümumi əhəmiyyətli məlumatların toplanması, işlənməsi və yayılmasında
innovativ, kulturoloji, əlaqələndirici və birləşdirici funksiyaları da həyata keçirir.”
41
Hazırda informasiya bazarında yerinə və çəkisinə görə agentlikləri bu cür təsnif edirlər:
transmilli, agentliklər, vilayət, şəhər agentlikləri, nəhayət, nəşriyyatlar və yayım şirkətləri
nəzdində yaradılmış agentliklər. Qlobal informasiya məkanında Assoşietted Press və
Yunayted Press İnternəşnl (ABŞ), Frans-Press (Fransa), Röyter (Böyük Britaniya), Sinxua
(Çin) agentlikləri daha məşhurdur. Bu agentliklər dünyada ən güclü informasiya mənbələridir
və bir çox ölkələrin informasiya bazarında təmsil olunmuşdur. Məsələn, Avropa informasiya
bazarında Assoşieyted Press agentliyinin payı 80 faizə çatır.
Cəmiyyətin media məhsullarına olan tələbatının ödənilməsində regional və milli
agentliklərlə yanaşı, özəl informasiya agentlikləri də mühüm rol oynayır. İnformasiya
xidmətinin bu növü Azərbaycan da daxil olmaqla, dünyanın əksər ölkələrində mövcuddur və
onların şəbəkəsi getdikcə genişlənməkdədir. Özəl agentliklərin şəbəkəsinin genişlənməsi də
müasir cəmiyyətlərdə informasiyaya artan tələbatın nəticəsidir.
İnformasiya agentliyinin işinin operativliyini qiymətləndirmək üçün optimal meyar
müəyyən zaman vahidi (saat, gün, həftə, ay) ərzində buraxılmış xəbərlərin sayıdır. Məsələn,
AzərTAc www.azertag.com resursunun istifadəçiləri üçün orta hesabla hər saatda 18-20 xəbər
buraxır. Gün ərzində agentliyin buraxdığı materialların ümumi sayı 380-400 civarında dəyişir.
Müqayisə üçün xatırladaq ki, “İnterfaks” agentliyi öz abunəçiləri üçün qapalı istifadə
rejimində hər üç dəqiqədə bir informasiya buraxır. Rusiyanın “RİA Novosti” beynəlxalq
informasiya agentliyi sərbəst istifadə üçün hər saatda təqribən 20 xəbər, “RBK” agentliyi isə
cəmi 3-5 xəbər buraxır.
41
Vəliyev H.A. Dünya informasiya agentlikləri: Dərs vəsaiti. B.: Bakı Universiteti nəşriyyatı, 2003, səh. 63
-58-
Xəbər agentliklərinin fəaliyyətində daim diqqətdə saxlanılmalıdır ki, ən müasir texnika və
texnologiyaların tətbiqi informasiya işinin təşkilində uğur qazanmaq üçün heç də yetərli
deyildir. Əgər informatorlarla işdə operativlik təmin edilməsə, ən yeni mediatexnologiyaların
tətbiqi heç bir səmərə verməyəcəkdir. Assoşieyted Pressin sabiq redaktoru R.Port bu barədə
demişdir: “Xəbər yaymaq üçün nə qədər veb-sayt yaradırsınıza yaradın, bu, o qədər də vacib
deyildir. Vacib olan odur ki, gərək hadisələrin baş verdiyi yerdə olasan”. R.Portun bu
qənaətindən irəli gələn mətləb odur ki, xəbərlərin hazırlanmasında informatorla işin
əhəmiyyəti çox böyükdür. İnformatorlar aşağıdakı qruplara bölünürlər: sosial fenomen
daşıyıcıları –onlar özləri haqqında məlumat verən informatorlardır; müşahidəçi informatorlar
–onlar müşahidə olunan fenomen barədə məlumat verirlər; müşahidəçilərin həmsöhbətləri
olan və onların məlumatlarını çatdıran reportyorlar –bu və ya digər mənbədən başqalarının
məlumatlarını ötürənlər; başqalarının bir neçə mənbədən əldə etdiyi məlumatları ötürənlər;
bilavasitə şəxsi təəssüratlardan və başqa məlumatlardan istifadə edənlər.
Əldə olunan məlumatları dəyərləndirərkən onu verən informatorun kimliyi nəzərə alın-
malıdır. İnformatorun etibarlılıq dərəcəsini müəyyənləşdirmək üçün vacib xüsusiyyətlər bun-
lardır: məlumat verdiyi sahə üzrə səriştəliliyi; şəxsi maraqları; ümumi baxışları; şəxsiyyətinin
tipi; intellektual qabiliyyəti; psixoloji durumu; ətraf aləmə münasibəti; informatorluq işinə
yararlılığı; nəzarət altında işləmək və manipulyasiya imkanı; ən nəhayət, müşahidə obyektinə
münasibəti.
Heç bir informatoru tam etibarlı hesab etmək düzgün deyildir. Çünki ən yüksək keyfiy-
yətlərə malik informator da səhv edə bilər. İnformatorla işləyərkən onun laqeyd olub-olma-
masına, görmək, seçmək, dəyərləndirmək qabiliyyətinə, çalışdığı sahədə təcrübəsinə mütləq
diqqət yetirmək lazımdır.
İnformatorun (habelə mənbənin) etibarlılığı barədə təhlil xidmətinin rəyi operativ
xidmətin rəyindən fərqlənə bilər. Bu xidmətlərin hər biri məlumata öz etirbarlılıq dərəcəsini
verə bilər. Nəzərə almaq lazımdır ki, açıq mənbələrdəki bir çox məlumatlar ilkin deyil, digər
mənbələrdən götürülmüş məlumatlar olur. Ona görə də yadda saxlamaq vacibdir ki, bəzi
məlumatlar dəfələrlə mənbədən mənbəyə keçir və bir qayda olaraq tədricən 1) kontekstən
çıxarılır, 2) bilərəkdən və ya qərəzli niyyətlə düzəliş edilir, 3) diqqətsizlik və yaxud məluma-
tın ötürülməsi zamanı anlaşılmazlıq ucbatından təhrif olunur. Bu baxımdan ilkin mənbələr
həm təhriflərin yoxluğuna, həm də əlavə şərhlərin olmamasına görə daha etibarlıdır.
Bu fəsildə şərh olunanları aşağıdakı şəkildə ümumiləşdirmək olar:
1.
AzərTAc-ın təşəkkül və inkişaf tarixini şərti olaraq üç mərhələyə bölmək olar. Birinci
mərhələdə çox qısa müddəti –1920-ci ilin mart-aprel aylarını əhatə edir. Bu mərhələni