-74-
axtarmağa və tapmağa kömək edir. Bu texnologiyalar biliklərinizin itirilməsinə imkan
verməyəcək, onlar bizim ağıllı qalmağımıza kömək edəcəkdir.”
61
Hazırda xəbər agentliklərinin, habelə agentlik olmayan informasiya saytlarının çoxu
həmin şəbəkələrdə və bloq-platformalarda iştirakını (mövcudluğunu desək, daha düzgün
olardı) qeyd etdirmiş, bununla da özlərini həmin sosial şəbəkələrlə bağlamışlar. “Azadlıq”
radiosu, BBC, CNBC və bir sıra digər məşhur KİV-lərin, informasiya agentliklərinin
saytlarında bu cür linklərə rast gəlmək olar. Artıq Azərbaycanda da bir sıra xəbər
agentlikləri-news.az, Trend, “Xəbərlər Azərbaycan”, agentlik olmayan informasiya saytları
–Day.az, News.az, Vesti.az sosial şəbəkələrdə qeydiyyata almışdır. Onlar oxuculara əldə
edilmiş xəbəri, məsələn, Twitter vasitəsilə bölüşməyi və ya həmin materiala istinadı
Facebook saytında yerləşdirməyi təklif edirlər. Agentliklərin çoxu şəbəkələrdə qeydiyyata
alınmaqla, öz saytlarında dərc edilmiş materialları həmin şəbəkələrdə müzakirə etmək
məqsədi güdür.
Bəs AzərTAc-ın bu məsələyə münasibəti necədir? Əlbəttə, sürətlə yayılmaqda olan
inteqrasiya prosesləri və onlayn sosial şəbəkələrlə konstruktiv əməkdaşlıq AzərTAc
tərəfindən müsbət qiymətləndirilir. Bununla bərabər AzərTAc qlobal məkanda ikitərəfli
qaydada əməkdaşlıq əlaqələri qurduğu milli informasiya agentliklərinin bu sahədə
təcrübəsini öyrənmək üçün intensiv iş aparır. Araşdırmalar göstərir ki, milli agentliklərinin
böyük əksəriyyəti sosial şəbəkələrə qoşulmağa bir o qədər də can atmır. Bunun başlıca
səbəbi həmin sahədə, ilk növbədə, elektron məlumatların və intellektual mülkiyyətin
qorunması ilə bağlı müəyyən risklərin olmasıdır. Sosial şəbəkələr çox böyük mütərəqqi
potensiala malik olmaqla bərabər, təəssüf ki, informasiya piratlarının, parolların
dağıdılması və məlumat bazasına qanunsuz müraciət, o cümlədən məxfi və şəxsi xarakterli
məlumatların oğurlanması üzrə ixtisaslaşan xakerlərin fəaliyyət meydanına çevrilmişdir.
Nüfuzlu informasiya agentlikləri bu barədə tez-tez xəbərdarlıq edirlər. Məsələn, Röyter
agentliyi piratlar tərəfindən yeni virus yayılması barədə məlumat vermişdir. Bu virus elə
həmin Facebook vasitəsilə yüz minlərlə parolu oğurlamağa imkan verir. Onların arasında
informasiya agentliklərinin və KİV-lərin digər növlərinə məxsus parollar da ola bilər.
62
Maraqlıdır ki, Röyterin saytında dərc edilmiş məqalənin özündə materialdan sağ
tərəfdə istinad “ikonkaları” olduğunu görmək çətin deyildir. Xakerlərin onlara mübarizə
aparanlardan bir addım irəlidə getdiyi indiki şəraitdə başa düşmək çətin deyil ki, həmin
piratlar istəsələr, sosial şəbəkələrin resursları vasitəsilə xəbər agentliklərinin serverlərinə
qanunsuz yolla müdaxilə edə bilərlər.
61
Pinker S. Mind Over Mass Media // http://www.edge.org/3rd_culture/pinker10/pinker10_index.html
62
www.reuteras.com /article/Idustre 62G5A420100318
-75-
Sosial şəbəkələrlə bağlı təhlükəsizlik məsələləri AzərTAc-ın üzv olduğu regional
informasiya qurumlarına –Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri
Təşkilatına (OANA) və Avropa Xəbər Agentlikləri Alyansına (EANA) (bu qurumlarda
dünyanın 60-dan çox agentliyi birləşib – A.A.) daxil olan milli agentliklərin daim diqqət
yetirdiyi problemdir. Bu təhdidlə əlaqədar məsələ 2009-cu ilin mayında EANA-nın
Budapeştdə keçirilən konfransında, 2010-cu ildə Argentinanın Barilos şəhərində Xəbər
Agentliklərinin Üçüncü Dünya Konqresində geniş müzakirə olunmuş, sosial media ilə
əlaqədar risk amilini ciddi surətdə nəzərə almaq və ehtiyatlı olmaq tövsiyə edilmişdir.
Buna görə də indiki mərhələdə AzərTAc nə ilə nəticələnəcəyi məlum olmayan inteqra-
siyaya tələsməməyi və vəziyyəti izləməkdə, tərəfdaşlarımızın təcrübəsini öyrənməkdə
davam etməyi üstün tutur.
63
Bu məsələdə daha bir məqama diqqət yetirmək çox zəruridir. Azərbaycanın bəzi xəbər
agentliklərinin və portallarının təcrübəsi göstərir ki, erməni istifadəçiləri həmin
informasiya resurslarının təşkil etdikləri forumlara və onların serverlərinə sərbəst müdaxilə
edir və Azərbaycan dövlətçiliyinə ünvanlanmış təhqiramiz şərhlərlə bizim onlayn KİV-
lərin səhifələrində yer alırlar. Agentliklər və portallar bu tipli qeyri-konstruktiv
diskussiyaya münasibətdə heç bir kompromisə yol verməməlidir.
Hazırda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində
yaşayan erməni mənşəli Azərbaycan vətəndaşlarının konstruktiv şərhləri və fikirləri sayt-
larda yer ala bilər. AzərTAc isə xəbərlərin ictimaiyyət tərəfindən müzakirə edilməsi üçün
platforma yaradarkən, rəsmi dövlət informasiya agentliyi kimi, ölkəmizin milli maraqlarını
həmişə əsas tutacaqdır.
Bir sözlə, bəşəriyyətin yeni informasiya-texnologiya erasına qədəm qoyması və get-
dikcə daha ciddi hiss olunan yeni meyillərə Azərbaycan rəhbərliyinin vaxtında münasibət
bildirməsi AzərTAc-ın qarşısında məsul və eyni zamanda, şərəfli bir vəzifə qoymuşdur.
Azərbaycanın media bazarının bayraqdarı və regiondakı aparıcı xəbər agentliklərindən biri
kimi rolunu qoruyub saxlamaq üçün informasiya-inteqrasiya çağırışları maksimum səmərə
ilə qəbul edilməlidir.
Yazdıqlarımızı ümumiləşdirərək aşağıdakı qənaətlərə gəlmək olar:
1.
Hazırda AzərTAc 90-dan çox xəbər agentliyi ilə informasiya mübadiləsi aparır,
OANA və EANA-nın, habelə BSANNA, TKA və ANİA kimi regional xəbər agentlikləri
təşkilatlarının üzvüdür. Belə ikitərəfli və çoxtərəfli əməkdaşlıq AzərTAc-a həmin
qurumların informasiya resurslarından istifadə etməklə Azərbaycan haqqında həqiqətləri
63
www.newsalliance.org/members/frames.htm