-70-
“Multimedia” terminini ilk dəfə 1966-cı ilin iyul ayında Lonq-Aylenddə “Light Works
at L`Oursin” adlı şou təşkil etmiş Bob Qoldşteyn işlətmişdir. Bu, adi tamaşa idi, lakin illər
keçdikcə həmin terminin məna yükü transformasiyaya uğramışdır. 1990-cı illərdə bu
termin artıq yeni, müasir anlama yaxın məna kəsb etmişdir. Amerikalı tədqiqatçı Tey
Volqan “Multimedia: onu işə salmalı” kitabında yazır: “Multimedia mətnin, qrafika
sənətinin, səs, animasiya və videonun kompyuter vasitəsilə kombinasiyasıdır. Layihəni
müşahidə edən istifadəçi bu elementlərin onun diqqətinə çatdırılması vaxtına və materialın
məzmununa nəzarət etmək imkanı qazandıqda multimedia intreaktiv olur. İstifadəçi
qarşılıqlı əlaqəli elementlərin strukturu vasitəsilə idarəetmə imkanı qazandıqda isə
intereaktiv multimedia hipermediaya çevrilir.”
55
1995-ci ildə “Gesellschaft für deutsche Sprache” (Alman Dili Cəmiyyəti) hələ gənc
olan “multimedia” termininin əhəmiyyətinin heç də ötəri olmadığını vurğulayaraq, bu
termini “İlin sözü” adlandırmışdı. Cəmiyyətin qərarında deyilirdi: “Multimedia yeni KİV-
lərin əlamətdar dünyasında mərkəzi sözə çevrilmişdir.”
56
“Vikipedia azad ensiklopediya” isə “multimedia” termininə belə tərif verir: “Multi –
çox, media –informasiya vasitələrinin toplusu deməkdir, multimedia –çoxvasitəli
informasiya mənasını daşıyır. Multimedia informasiya təqdimatının müxtəlif formalarının
eyni vaxtda ifadəsi və istifadəsi deməkdir.”
57
Beləliklə, “multimedia” termini müasir anlamda video, foto, səs və mətnin elektron
üsulları (kompyuter vasitəsilə) istifadəçiyə eyni vaxtda çatdırılması deməkdir. İstifadəçi bu
materialların kombinasiyası ilə intreaktiv rejimdə işləyə bilər. Hazırda milyonlarla insanın
şüurunda multimedia internetlə qırılmaz şəkildə bağlıdır. Bu proses 1990-cı illərin birinci
yarısında, yüzlərlə meqabayt həcmində video, audio və fotoqrafiya məlumatları ilə
işləməyə imkan verən kompakt disk qurğuları (CD-ROM drive) ilə təchiz edilmiş
“multimedia” kompyuterlərinin bazara çıxarıldığı dövrdən başlanmışdır.
Amerikalı ekspertlər yeni texnologiyaların, o cümlədən multimedianın inkişaf
sürətindən bəhs edərək yazırdılar: “Maraqlıdır ki, bizim zəmanədə yeni texnologiyalar
uzunmüddətli sınaq dövrü keçmir. Ümumdünya “hörümçək toru”nun (İnternet – A.A.)
1969-cu ildə ixtira edildiyi gündən 1980-ci ildə ondan istifadə edilməsinin ilk addımlarına
qədər, demək olar ki, on il müddətində onu yaradanların şüurunda “oturuşma” mərhələsi
keçmişdir. Yalnız bundan sonra, xüsusən 1980-ci illərin axırlarından etibarən yeni
55
Vaughan T. Multimedia: Making It Work: First edition. Osborne/McGraw – Hill, Berkeley, 1993.
56
Wood C. Keeping pace with mainstream social media // http://www.dmnews.com/keeping-pace-with-
mainstream-social-media/article/147429
57
http://en.wikipedia.org/wiki/multimedia
-71-
texnologiyalar praktik tətbiqini tapmağa başlanmışdır. İnternetin bügünkü istifadəçiləri
yeni multimedia inqilabının mərkəzindədirlər.”
58
Agentliyin audio və video xəbərlərinin sayının artırılmasına və onların keyfiyyətinin
daim yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. AzerTAcın texnik strukturunda 80-dan cox
kompyuter, 18 ədəd səs yazma cihazı, 2 ədəd çap maşını, 9 ədəd faks avadanlığı və.s
avadanlıqlar yerləsir. Rus və ingilis dilləri ilə yanaşı, alman, fransız və ərəb dillərində də
audio və videomateriallar hazırlanması istiqamətində intensiv iş gedir. Bu proqramın
həyata keçirilməsi sayəsində AzərTAc-ın xarici ölkələrdəki auditoriyası xeyli genişlənəcək,
beləliklə, agentliyin məhsullarının əcnəbi istehlakçıları Azərbaycanın sosial-iqtisadi və
mədəni inkişafı, demokratik vətəndaş cəmiyyəti quruculuğundakı nailiyyətləri, eləcə də
Azərbaycan diplomatiyasının çoxvektorlu xarici siyasətdə uğurları ilə daha yaxından tanış
olmaq imkanı əldə edəcəklər.
Agentliyin internet saytında ölkədə və xaricdə baş vermiş son hadisələrdən
hazırlanmış videoreportajlarla tanış olmaq mümkündür.Lakin AzərTAc-ın məxsusi texniki
imkanları vardır. Bu baxımdan, agentlik ixtisaslaşdırılmış vodeoportalların xidmətlərindən
istifadəyə ehtiyac duymayan xaricdəki tərəfdaşlarından geri qalmır. AzərTAc-ın internet
resursunda xəbər istehlakçıları üçün əlyetən olan səsli informasiyalardan da geniş istifadə
edilir.
İnformasiya istehsalının bu yeni istiqamətlərinə istehlakçı auditoriyasının münasibəti
müxtəlifdir. Bəziləri güman edirlər ki, videoxəbər hazırlayan agentlik televiziya yaradır.
Bu, heç də belə deyildir. Ona görə də ənənəvi televiziya ilə videoxəbərlər arasında
keyfiyyət fərqləri məsələsinə aydınlıq gətirilməsi vacibdir. Təbii ki, televiziya ilə
müqayisədə videoxəbərlər texnoloji sıçrayışdır. Əvvəllər adamlar televiziya xəbərlərini
eşitmək üçün evə tələsir, stansionar televizorları müvafiq kanala kökləyirdilər. İndi isə
internetə qoşulmuş adi İphone qurğusu istifadəçiyə istənilən yerdə ani surətdə AzərTAc-ın
internet səhifəsini açmağa və son videoyeniliklə tanış olmağa imkan verir. Məlumdur ki,
televiziya xəbərləri günün müəyyən saatlarında efirə verilir. Bu saatlarda ekran qarşısında
olmadınsa, deməli, yeniliklərdən xəbər tuta bilməyəcəksən. Videoxəbərlə bağlı isə bu cür
problem yoxdur: eyni materiala dünyanın istənilən nöqtəsində dəfələrlə baxmaq
mümkündür. Nəhayət, tədqiqat işində televiziya verlişinə istinad etmək çətin olduğu halda,
hər bir videosüjetin daimi internet ünvanının olması bu məsələni asanlaşdırır.
Telekanalların çoxu bütün bu üstünlükləri nəzərə alaraq, televiziya ilə yayımlanmış
reportajları öz internet saytlarına köçürürlər. Maraqlıdır ki, cəmi 20 il bundan əvvəl
58
Kevin S., Neil R. and Yves L. MBONE: Multicasting Tomorrow’s Internet
//http://www.savetz.com/mbone/ch1.html