-79-
şərtləndirən əsas amil odur ki, AzərTAc-ın tarixi həm də Azərbaycanın son 90 illik tarixi
ilə sıx bağlıdır, onun bir hissəsidir.
AzərTAc-ın təşəkkül tarixini araşdırarkən əldə etdiyimiz faktlara, sənədlərə, arxiv
materiallarına baxarkən bu qənaətə gəldik ki, keçilmiş yolu üç mərhələyə bölmək olar.
Birinci mərhələ çox qısa bir müddəti –1920-ci ilin mart-aprel aylarını əhatə edir. Bu
mərhələni AzərTAc-ın əsasnaməsinin hazırlanması, ştat cədvəlinin və xərclər smetasının
müəyyənləşdirilməsi, milli agentliyin ilk xəbərini yaymağa başlaması kimi də səciyyə-
ləndirmək olar. Bu mərhələ Xalq Cümhuriyyətinin süqutu ilə başa çatmışdır.
İkinci mərhələ Azərbaycanda sovet dönəmini –1920-ci ilin mayından 1991-ci ilin
sonlarına qədər olan dövrü əks etdirir. Bu dövrdə yenidən təşkil olunma, rejimin sərt
qayda-qanunları ilə əlaqədar agentliyin adı bir neçə dəfə dəyişdirilmişdir. Azərbaycanın
bolşevik Rusiyası tərəfindən işğalından sonra AzərTAc ilk aylar tarixi adını qoruyub
saxlasa da, 1920-ci ilin avqustundan AzQafROSTA, 1921-ci ildən AzərTA, 1972-ci ildən
Azərinforum adı altında fəaliyyət göstərmişdir. Yetmiş il sürən bu mərhələdə siyasi rejimin
sərt nəzarəti altında fəaliyyət göstərən agentlik Azərbaycanın keçdiyi təzadlarla dolu
inkişaf yolunun iqtisadi-siyasi, sosial-mədəni, elmi-əbədi salnaməsini yaratmışdır. Bu
dövrdə həm də agentlikdə peşəkar kadr potensialı formalaşmış, milli jurnalistikanın
ənənələri yeni dəyərlərlə zənginləşdirilmişdir.
Nəhayət, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonrakı
dövr –üçüncü mərhələ gəlir. Bu mərhələnin əvvəlində agentliyin həyatında ən əlamətdar
hadisə 1992-ci ildə onun tarixi adının bərpası olmuşdur. Lakin bununla belə, müstəqilliyin
ilk illəri Azərbaycanın özü kimi, AzərTAc üçün də asan kecməmişdir. Heç bir hazırlıq
olmadan agentliyin təsərrüfat hesabına keçirilməsi ciddi maliyyə çətinliklərinə səbəb
olmuş, peşəkar jurnalistlərin bir çoxu kollektivdən ayrılmışdı. Yalnız 1993-cü ildə Heydər
Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu
kimi, AzərTAc-ın da fəaliyyətində dönüş yaranmışdır. Azərbaycan Prezidentinin verdiyi
fərman və sərəncamların icrası sayəsində agentlik yenidən dövlət himayəsinə keçirilmiş,
onun fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və
işçilərinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün ciddi tədbirlər görülmüş, AzərTAc-ın
tarixində ilk dəfə olaraq xarici ölkələrdə müxbir məntəqələri açılmışdır.
Hazırda informasiya mənbələrinin, informasiya məhsulunun yayılması coğrafiyasının
genişləndiyi, xəbərin məzmunu, dəyəri və keyfiyyətinin əsas amilə çevrildiyi bir vaxtda
agentliklərin fəaliyyətində və struktur arxitekturasında mühüm dəyişikliklər baş vermişdir.
AzərTAc-ın da strukturu dünyanın qabaqcıl xəbər agentliklərinin təcrübəsi nəzərə alın-
-80-
maqla yenidən qurulmuş, informasiya məhsulunun yayılması üçün müasir infrastruktur
yaradılmışdır.
AzərTAc-ın xarici əlaqələrinin təşəkkülü Azərbaycanın dövlət müstəqilliyinin bərpa-
sından sonrakı illərə təsadüf edir. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra
Azərbaycanın dünyada tanıdılması istiqamətində görülən işlər ölkənin beynəlxalq aləmdə
nüfuzunun artmasında və mövqeyinin möhkəmlənməsində, eləcə də AzərTAc-ın xarici
əlaqələrinin inkişafında, onun dünya informasiya məkanına inteqrasiyasında mühüm rol
oynamışdır.
Cəmiyyətin inkişafının müasir mərhələsində informasiyanın operativ hazırlanması və
yayılması yeni texnologiyaların tətbiqi olmadan mümkün deyildir. Elmi-texniki nailiy-
yətlərə həssaslıqla yanaşan AzərTAc da son texnologiyalarla təchiz edilmiş multimedia
redaksiyaları yaradaraq video, foto, səsli və yazılı informasiyanı eyni vaxtda istifadəçiyə
çatdırır. İndiyədək Azərbaycan, rus və ingilis dillərində informasiya yayan AzərTAc-da
alman, fransız, ərəb dillərində informasiya redaksiyaları yaradılmışdır. Həyata keçirilən bu
iddialı proqramın auditoriyaya təqdim etdiyi yeniliklərdən biri də təsviri xəbər adlandırılan
infoqrafikadır. Son vaxtlar agentlikdə görüntülü, səsli və yazılı xəbərlərlə yanaşı, infor-
masiya təminatında infoqrafikadan da geniş istifadə edilir.
Qloballaşan dünyada mass-mediada təzahür edən yeniliklərdən biri də sosial
şəbəkələrdir. Sosial şəbəkələrin informasiya məkanında rolu getdikcə artır. Dünyada
aparıcı informasiya agentlikləri sosial şəbəkələrə çıxışı təmin etmək üçün öz səhifələrində
onların linkini yerləşdirir. Araşdırmalar göstərir ki, milli agentliklərin böyük əksəriyyəti
sosial şəbəkələrə qoşulmağa bir o qədər də can atmır. Bunun başlıca səbəbi həmin sahədə,
ilk növbədə, elektron məlumatların və intellektual mülkiyyətin qorunması ilə bağlı
müəyyən risklərin olmasıdır. Sosial şəbəkələr çox böyük potensiala malik olmaqla bərabər
təəssüf ki, informasiya piratlarının, parolların dağıdılması və məlumat bazasına qanunsuz
müraciət, o cümlədən məxfi və şəxsi xarakterli məlumatların ələ keçirilməsi və ictimailəş-
dirilməsi üzrə ixtisaslışdırılmış xakerlərin fəaliyyət meydanına çevrilmişdir. Buna görə də
AzərTAc da bu inteqrasiya prosesinə qoşulmaqda maraqlı olsa da, hələlik bu məsələyə
ehtiyatla yanaşmağı üstün tutur.
Hər bir cəmiyyətdə və ümumən dünyada yayılan informasiyaların dəqiqliyi, obyek-
tivliyi, qərəzsizliyi ən başlıca şərt kimi son dərəcə vacibdir. Bu tələblərə əməl edilmədikdə
cəmiyyətdə xoşagəlməz problemlər yaranır. Obyektivlikdən uzaq, qərəzli, sifariş xarakterli
informasiyalar beynəlxalq məkana çıxdıqda isə Prezident İlham Əliyevin vurğuladığı kimi,
dövlətlər arasında ikitərəfli münasibətlərə müəyyən dərəcədə zərər də vura bilər.
-81-
Son illərdə Azərbaycanın qüdrətli sosial-iqtisadi inkişafı, Cənubi Qafqazda şəksiz
liderə çevrilməsi, müstəqil siyasət yeridən dövlət kimi regionda və beynəlxalq aləmdə
nüfuzunun artması onun həm də mühüm informasiya məkanı olaraq tanınmasına səbəb
olmuşdur. Xarici mətbuatda dərc olunan yazılarda ölkəmizin bu uğurlarından bəhz edilir,
inkişafın Azərbaycan modeli kimi qiymətləndirilir.
Şübhəsiz ki, bütün bunlar AzərTAc-ın beynəlxalq əlaqələrinin genişlənməsinə, dünya
informasiya məkanına daha sıx inteqrasiyasını müsbət təsir göstərməyə bilməzdi. Vaxtilə
axtaran AzərTAc indi özü barədə təkliflər alır. Geniş ikitərəfli əməkdaşlıq əlaqələri olan
AzərTAc indi həm də dünyanın ən böyük regional xəbər agentlikləri təşkilatları olan
OANA və EANA-nın, habelə bir neçə başqa qurumun fəal üzvlərindən biridir. Bu,
ölkəmizin rəsmi xəbər agentliyinə Azərbaycan həqiqətlərinin dünyada daha geniş
yayılması, onun daha yaxşı tanıdılması, AzərTAc-ın özünün dünya informasiya məkanında
mövqeyinin möhkəmləndirilməsi baxımından yeni imkanlar açır.
Hazırda müstəqil Azərbaycan dövləti informasiya vasitələrinin, internet saytlarının
getdikcə daha çox maraq göstərdiyi bir məkana çevrilmişdir.
-82-
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
Azərbaycan dilində:
1.
Agentlikləri Rəhbərləri Şurasının iclasında iştirak edən nümayəndə heyətlərinin
başçılarını qəbul etmişdir. “Azərbaycan” qəz., Bakı, 2010, 2 mart
2.
Ağalıyev X.D., Məmmədli Ə.Ə. İnternet hüququ. Bakı: Qanun nəşriyyatı, 2009, 92 s.
3.
Amaşov Ə.Ə., Əlibəyli Q.S. Media və hakimiyyət. Bakı: Azərbaycan Jurnalistləri
Müdafiə Komitəsi, 2002, 152 s.
4.
Aslanov A.Ə. Heydər Əliyev və AzərTAc. Bakı: Nurlan, 2005, 178 s.
5.
Aslanov A., Musayev V., İsmayılov D. AzərTAc-dan AzərTAc-a: mürəkkəb və şərəfli
yol. Bakı: Şərq-Qərb, 2008, 184 s.
6.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (Azərinformun) tarixi adının bərpa
edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. “Azərbaycan” qəz.,
Bakı, 1992, 31 dekabr.
7.
Azərbaycan Xalq Cümhuriyyəti. Parlament. 1918-1920 (Stenoqrafik hesabatlar). 2
cilddə, II c., Bakı: Azərbaycan, 1998, 992 s.
8.
Azərbaycan jurnalistikasının tarixi təcrübəsi və müasirlik: Elmi əsərlər toplusu. Bakı:
ADU, 1985, 144 s.
9.
Azərbaycan mətbuat tarixi: Ali məktəb tələbələri üçün dərslik / A. Şahverdiyevin
redaktəsi ilə. Bakı: Təhsil, 2006, 265 s.
10.
Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA): f.24, siy.1, sax., vah. 412. v.19
11.
Azərbaycan Respublikasının fərmanları və sərəncamları (aprel-iyun 2001-ci il). Bakı:
Azərbaycan, 2001,s.175
12.
Azərbaycan tarixi: 7 cilddə, V cild (1910–1920-cil illər), Bakı: Elm, 2008, 696 s.
13.
Bəşirli A., Kərimova A., Vəkilova D., Xəbərçilik: xəbərin toplanması və yayılması:
Dərslik. Bakı: Oskar mətbəəsi, 2007, 215. s.
14.
Brüer D., Onlayn jurnalistlər üçün vəsait. Bakı: Azərbaycan Media Mərkəzi, 2007,
40 s.
15.
Əhmədli N.A. Kütləvi informasiya vasitələri xaricə siyasi təbliğat sistemində. B.:
Bakı Universiteti nəşriyyatı, 2004, 92 s.
16.
Əliyev Heydər.Müstəqilliyimiz əbədidir.Bakı:Azərnəşr, 2009, s, 226
17.
Gündüz O.M. Jurnalistlər üçün informasiya texnologiyaları. Bakı: Multimedia
informasiya sistemləri və texnologiyaları mərkəzi, 2009, 104 s.
-83-
18.
Həsənov Ə.M. Geosiyasət Dərslik. Bakı: Aypara-3, 2010, s. 486
19.
Hiebert R., Ungurait D., Bohn T. Kütləvi informasiya vasitələri: Müasir kommunika-
siyaya giriş / İngilis dilindən tərcümə edəni X.Hüseynova, K.Aslan. VI nəşr. Bakı: Xəzər
Universiteti nəşriyyatı, 2005, 625 s.
20.
Qloballaşan dunyada informasiya hamı ücün.Bakı: Şərq-Qərb, 2009, s 53.
21.
Xarici ölkələrin kütləvi informasiya vasitələri. Bakı: “Azərbaycan” nəşriyyatı, 1997,
255 s.
22.
Xudiyev N.M. Radio, televiziya və ədəbi dil. Bakı: Azərnəşr, 2001, 658 s.
23.
Jurnalistlərin hüquq-məlumat kitabı / Tərtib edəni: Ş.Xuduoğlu. Bakı: Qanun, 2000,
208 s.
24.
Məhərrəmli Q.M. Kino, televiziya, radio terminləri. İzahlı lüğət. Bakı: “Azərbaycan
Milli Ensiklopediyası” Nəşriyyat – Poliqrafiya Birliyi, 2002, 357 s.
25.
Məmmədli C.Ə. Jurnalistikanın müasir inkişaf meylləri. Bakı: Elm, 2006, 467 s.
26.
Mehdiyev R. Ə. Azərbaycan: qloballaşma dövrünün tələbləri: Bakı: Yeni nəşrlər,
27.
Ottauey C.X. Jurnalistin məlumat kitabı / Tərcümə edəni S.Hüseynova, T.
Əliheydəroğlu Bakı: Yeni Era, 2002, s.38.
28.
Prezident İlham Əliyev AzərTAc-ın 90 illik yubileyi mərasimində və MDB Ölkələri
Milli İnformasiya
29.
Sivilizasiyanın dialoqu: siyasi partiyalar. Bakı: Şərq – Qərb, 2008,s. 424.
30.
Şərifov A.A. Bu bizim tariximizdir // AzərTAc-dan AzərTAc-a mürəkkəb və şərəfli
yol. Bakı: Şərq-Qərb, 2008, s.10-13.
31.
Türkdilli agentliklərin Bakı görüşü. Bakı: Şərq – Qərb, 2008, 172 s.
32.
Vəliyev H.A. Dünya informasiya agentlikləri: Dərs vəsaiti. B.: Bakı Universiteti
nəşriyyatı, 2003, 75 s.
Türk dilində:
33.
Enserov V., Azerilerin 90 yıllık sesi AZERTAC. Bizim Gazete. Turkiye, 2009, 26
Ekim, s.5
Rus dilində:
34. Афанасьев В.Г. Социальная информация. М.: Наука, 1994, 201 с.
35. АзТАГ, Б.; Коммунист, 1971, 46 с.
36. Буданцев Ю.П. Системность в изучении массовых информационных процессов.
М.: Наука, 1986, 175 с.
-84-
37. Кязимзаде А. От АзКавРОСТА до Азеринформ. Газ. “Бакинский рабочий”,
Баку, 1990, 8 мая
38. Иоселиани А.Д.Информационное общество//Глобалистика:Энциклопедия./Ред.
и сост. И.И.Мазур и А.Н.Чумаков. М.:Радуга, 2003, c.350
39. Тоффлер Э Третъя волна / Научный редактор,предисловие П.С. Гуревич. М.:
Изд-во АКТ, 2002, с.36
Fransız dilində:
40. Azerbaidjan: un Carrefour strategiue entre |’Orient et’| Occident. La Lettre
diplomatique, Paris, 2011, №92, s.16
İngilis dilində:
41. Judith and David LeRoy. Yes, web use is growing, but TV is still setting records //
http://www.current.org/audience/aud1007web-bcast.shtml (müraciət olunub: 10.06.2012)
42. Kevin S., Neil R. and Yves L. MBONE: Multicasting Tomorrow’s Internet //
http://www.savetz.com/mbone/ch1.html (müraciət olunub: 27.05.2010)
43. Monroe P., Beata R., Stefan V. Media Reform: Democratizing the media,
democratizing the state. New York: Routledge, 2003, 304 p.
44. Pinker S. Mind Over Mass Media
//http://www.edge.org/3rd_culture/pinker10/pinker10_index.html
(müraciət
olunub:
05.06.2012)
45. Miller T. Technologies of Truth: Cultural Citizenship and the Popular Media.
Minneapolis: University of Minnesota Press, 1998, 290 p.
46. Vaughan T. Multimedia: Making It Work: First edition. Osborne/McGraw – Hill,
Berkeley, 1993.
47. Wood C. Keeping pace with mainstream social media
//http://www.dmnews.com/keeping-pace-with-mainstream-social-media/article/147429
(müraciət olunub: 26.05.2012)
İnternet resursları:
48
. http://en.wikipedia.org/wiki/multimedia
49. http://www.bbc.co.uk/news/technology-10713199
50. MDB ölkələri Milli İnformasiya Agentlikləri Assosiasiyası – http://www.ania-
news.info
-85-
51. Asiya xəbər agentlikləri konsorsiumu – www.asiapulse.com
52. Türkdilli Xəbər Agentlikləri Birliyi – www.tkaonline.org
53. www.reuteras.com /article/Idustre 62G5A420100318
54. www.newsalliance.org/members/frames.htm
55. www.azertag.gov.az/ “Bizim tərəfdaşlar bölməsi”.
Dostları ilə paylaş: |