-72-
videomateriallar geniş auditoriyaya yalnız televiziya kanalları ilə yayımlanırdısa, indi
bundan ötrü çox böyük vəsait hesabına yaradılan telekanal heç də zəruri deyildir. Hər hansı
bir hadisə barədə süjet çəkib reportajı YouTube saytında yerləşdirmək üçün kameralı adi
mobil telefon kifayətdir. Özü də bunu hər bir insan edə bilər. Həvəskarlar tərəfindən
çəkilmiş videosüjetlər çoxmilyonlu auditoriyanın diqqətini cəlb etdiyi halda, peşəkar
əməkdaşları olan ənənəvi telekanal bəzən tamaşaçı toplamaq məsələsində çətinliklərlə
üzləşir.
AzərTAc-ın audio və videoməhsulları ilə tanış olmaq üçün istehlakçının fərdi
kompyuterində hər hansı xüsusi və ya çətin tapılan softver-proqramlar olması tələb edilmir.
Materialın yüklənməsi üçün çox vaxt tələb olunmur, çünki bu, texniki cəhətdən kifayət
qədər sadədir. Agentliyin informasiyaları məzmununun dolğunluğu, faktların dəqiqliyi və
mətnin yığcamlığı ilə fərqlənir. AzərTAc-ın multimedia xəbərlərinin istehlakçılara çox qısa
vaxtda, bəzən cəmi bir neçə saniyədə adi səyyar noutbuk vasitəsilə ən son yeniliklərdən
xəbər tuta bilərlər. Müasir dövrdə getdikcə populyarlaşan “simsiz modem” ( internetə daxil
olmaq üçün data kart və s.) olduqda isə hətta yolda, məsələn, qatarda və ya katerdə
agentliyin video və audio reportajlarını nəzərdən keçirmək mümkündür. Elmi-texniki
tərəqqinin sürətlə inkişaf etməsi həqiqətən insanı heyrətləndirir və AzərTAc da bu
yeniliklərlə ayaqlaşmağa çalışır.
Audio və videoreportajlarla yanaşı, artıq vizual mətn materiallarına aid olan
infoqrafikaya da diqqət artmaqdadır. Informasiyanın yayılmasında multimedia xidmətinin
əsas tərkib hissələrindən biri olan infoqrafikaya (təsviri xəbər) son vaxtlar aparıcı xəbər
agentliklərinin işində aktuallığı ilə seçilir. Görüntülü və səsli xəbərlə yanaşı, təsviri xəbər
informasiya təminatında son illərin ən böyük uğurlarından sayılır. Dünyanın aparıcı media
qurumları infoqrafikanın imkanlarından geniş faydalanır.
İnfoqrafika informasiya işinin yeni istiqaməti olmaqla, ideyaları genişləndirməyə və
onlara diqqəti cəlb etməyə kömək edən bir vasitədir. İnfoqrafika xəbərin təsviridir. Mə-
lumdur ki, təsvir kommunikasiya formalarından biridir və ideyaların təqdimatında mühüm
rol oynayır. Bir effektli təsvir min sözü əvəz edə bilər. O, mənanı sadələşdirmək və eyni
zamanda, bütün vacib informasiyanı çatdırmaq imkanı yaradır. Təsvir informasiyanı daha
cəlbedici və daha inandırıcı edir, daha dolğun, daha polifonik informasiya verir. İnternet
şəbəkəsində hər hansı saytda hansısa bir dildə təsvir görüb orada söhbətin nədən getdiyini
tərcüməsiz və şərhsiz də başa düşmək mümkündür. Kompleks informasiyaların istifadə
edildiyi bu qrafikalar böyükhəcmli məlumatların çatdırılması üçün çox əhəmiyyətlidir.
-73-
Hazırda infoqrafikadan jurnalistika ilə yanaşı, elm, təhsil və statistika sahələrində də
geniş istifadə olunur. Ümumiyyətlə, konseptual informasiyanın yayılması üçün infoqrafika
universal bir vasitədir.Bugünkü informasiya cəmiyyətində infoqrafikadan faydalananların
sayı getdikcə artır. Vizual infoqrafika müxtəlif formalarda (karikatura, diaqram, sxem,
illüstrasiya və s.) təqdim oluna bilər.
Infoqrafikanın başlıca məqsədi məlumat vermək, xəbər çatdırmaqdır. Çox hallarda bu
vasitədən mətn informasiyasına əlavə kimi istifadə olunur. İnformasiyanın çatdırılması
üslubu müxtəlif ola bilər. Hər şey ilk növbədə, informasiyanı hazırlayanın məqsədindən
asılıdır. Yəni o, hazırladığı informasiya ilə onu oxuyan insanlarda hansı təəssürat yaratmaq
istəyir. Təsvir, infoqrafika və ya digər məhsul konkret olaraq hansı auditoriya üçün nəzərdə
tutulur? Bütün bunlar kifayət qədər vacib amillərdir.
59
İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi indiki vaxtda istənilən xəbər
agentliyi multimedianın vacib elementi kimi infoqrafikanın imkanlarından istifadə etməsə,
informasiya təminatı prosesində effektliyi tam və dolğun təmin edə bilməz. AzərTAc-ın
fəaliyyətində də infoqrafikaya mühüm yer verilir.
Son vaxtlar dünya informasiya məkanında sosial media resurslarına malik olan ənənvi
xəbər agentliklərinin getdikcə inkişaf edən Facebook, Twitter kimi sosial şəbəkələrə,
müxtəlif bloq-platformalarla (Livejournal, Bloqger, Wordpress və s.) inteqrasiya prosesləri
geniş yayılmaqdadır. Ilk sosial şəbəkə ötən əsrin 90-cı illərinin ortalarında meydana gələn
“Classmates” idi (www.classmates.com). 1999-cu ildə yaradılan Liverjournal
(www.livejournal.com)
çox
populyar
olmuşdur.
2003-cü
ildə
“Myspace”
(www.myspace.com), bir il sonra Facebook (www.facebook.com) və 2006-cı ildə
Rusiyada “Odnoklassniki” (www.odnoklasniki.ru) və “V kontakte” (www.vkontakte.ru)
fəaliyyətə başlamışdır. Yeni yaradılan sosial şəbəkələrin sayı isə durmadan artır. K.
Makkarti, K. Yum, D. Kavareli, K. Vud və digər tanınmış mütəxəssislər də öz əsərlərində
sosial şəbəkələrin informasiya məkanında rolu məsələsinə toxunmuşlar.
60
Harvard
Universitetinin professoru Stiven Pinker yeni texnologiyaların və sosial şəbəkələrin rolunu
şərh edir: “Yeni medianın məhz bu cür adlanması üçün hər cür əsas vardır. Biliklər sürətlə
çoxalır, lakin insan beyninin ölçüləri və günün saatlarının sayı dəyişmir. Xoşbəxtlikdən,
internet və informasiya texnologiyaları Twitterdən tutmuş elektron kitablara və onlayn
ensiklopediyalara qədər müxtəlif səviyyələrdə bizim kollektiv töhfəmizi idarə etməyə,
59
Məhərrəmli Q.M. Kino, televiziya, radio terminləri. İzahlı lüğət. Bakı: “Azərbaycan Milli Ensiklopediyası”
Nəşriyyat – Poliqrafiya Birliyi, 2002, səh. 254
60
Brüer D., Onlayn jurnalistlər üçün vəsait. Bakı: Azərbaycan Media Mərkəzi, 2007, səh. 23