XƏZƏR UNİVERSİTETİ
Fakültə: Humanitar və sosial elmlər
Departament: Jurnalistika
İxtisas: Beynəlxalq jurnalistika
MAGİSTR TEZİSİ
Mövzu: Müasir dövrdə AzərTAc İnformasiya Agentliyinin fəaliyyəti
Magistrant: Günel Rəhimova
Elmi rəhbər: Vəfalı Ənsərov, siyasi elmlər üzrə
fəlsəfə doktoru
Bakı-2012
-2-
Referat
İlk xəbər agentliklərin yaranması 19-cu əsrə təsadüf edir. Tam olaraq bu cür adlanması
da, dünyada xəbər agentliyinin ilk nümunəsi bostonlu tacir Samuel Gilbertin adı ilə bağlıdır.
Bostonda digər ölkələrdə baş verənlər barədə məlumat əldə etmək istəyən şəxslər Avropadan
gələn gəmiləri qarşılayaraq, dənizçilərdən xəbər almağa çalışırdılar.
Bügünkü mənada xəbər agentliyinin ilk nümunəsi isə əslən macar olan fransalı Çarlz Luis
Havasın 1832-ci ildə yaratdığı “Havas Bürosu”dur. Bu agentliyinin devizi bu gün də hamının
nail olmağa çalışdığı məqsəd idi: “Xəbəri tez al, tez çatdır”.
Hər bir ölkənin informasiya siyasəti onun sosial, iqtisadi və mədəni inkişaf
xüsusiyyətlərindən aslıdır.
İndi Azərbaycan dünya informasiya məkanında öz yeri olan, yayılan xəbərlərin dəqiqliyi
və etibarlığı ilə seçilən bir ölkəyə çevrilmişdir.Beynəlxalq miqyasda tanınmış informasiya
agentlikləri nüfuzlu mənbə kimi AzərTAc-ın xəbərlərindən istifadə edir. AzərTAc
Azərbaycan dövlətinin informasiya siyasətinin həyata keçirilməsində mühüm rola malikdir.
Agentlik Azərbaycan milli tarixinin 1920-ci ilin martından indiyə qədərki dövrünün və
müstəqillik illərinin əhatəli, sanballı səlnaməsini yaratmışdır.
Tədqiqat işində Azərbaycanda xəbər istehsalı ilə bağlı görülən işlərin tarixinə nəzər
salınmaqla müasir dövrdə ölkəmizin bir informasiya məkanı kimi özəlliklərinin təhlili, bu
sahədə böyük tarixi xidmətləri olan AzərTAc-ın fəaliyyətinin tədqiqi, eyni zamanda, müasir
insanların informasiyalardan bəhrələnmə imkanları, informasiya resursları və ondan
istifa¬dənin vəziyyəti kimi məsələlər əsas götürülmüşdür.
Tədqiqat işi giriş, üç fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.
Girişdə müasir informasiya işi, cəmiyyətin inkişafında informasiyanın rolu, milli
informa-siya resurslarının formalaşması, Azərbaycanın dünya informasiya məkanında yeri,
AzərTAc informasiya agentliyi haqqında qısaca məlumat verilmişdir.
Tədqiqatın “İNFORMASIYA VƏ XƏBƏR AGENTLIYI MƏHFUMLARI”adlı 1-ci fəsli
üç yarımfəsildən ibarətdir.
“İnformasiya nədir?”adlanan birinci yarımfəsildə informasiyanın cəmiyyət həyatındakı
əhəmiyyətini,informasiya resursları və informasiya mübadiləsi haqqında geniş məlumat
verilmişdir.
Burada göstərilir ki, informasiya cəmiyyətin inkişafının yeni mərhələsində iqtisadiyyatın
və sosial həyatın əsas resurslarından biridir.
Müasir dünyada informasiya həm də çox baha qiymətə satılan, mübadilə edilən və kifayət
qədər etibarlı vasitələrlə qorunan məhsuldur. Digər resurslardan fərqli olaraq, informasiya
-3-
maddi sərvətlərin əla növüdür ki, o heç vaxt tükənmir, əksinə getdikcə daha da artır,
işləndikcə köhnəlmir, keyfiyyətcə yeniləşir, eyni zamanda, ondan təbii əmtəə növlərindən
səmərəli faydalanmaqda, onların qorunmasında, yenilərinin yaradılmasında istifadə edilir.
İnformasiya mübadiləsi ölkə daxilində yerli qanunvericilik aktları, beynəlxalq aləmdə isə
dövlətlər, transmilli qurumlar arasında imzalanmış müqavilələr və sazışlər əsasında həyata
keçirilir. İnformasiya mübadiləsi ilə əlaqədar ilk beynəlxalq sazişlər 19-cu əsrə aiddir.
Yuxarıda deyilənləri ümumiləşdirərək bu qənaətə gəlmək olar ki, informasiya və onun
mübadiləsi müasir cəmiyyətdə inkişafın mühüm tərkib hissəsidir.
“İnformasiyaya tələbatın təmin edilməsində xəbər agentliklərinin rolu”adlanan ikinci
yarımfəsildə göstərilir ki, 1970-ci illərin əvvəlində xəbərlərini bütün dünyaya yayan beş
informasiya agentliyi vardır: Assoşieyted Press, Yunayted Press (ABŞ), Röyter (İngiltərə),
Frans Press (Fransa) və SİTA (SSRİ). Digər ölkələrin xəbər agentlikləri isə öz məhsullarını
əsasən daxildə, qismən də yerləşdikləri regionlarda yayırdı.
Başqa sözlə desək, indi dünya informasiya məkanı yuxarıda adı çəkilən beş xəbər agent-
liyinin inhisarında deyil,digər böyük və kiçik ölkələrin informasiya agentlikləri də bu
məkanda öz yerlərini tutmuşdur və tutacaqdır.
“İnformasiya mənbələri, xəbərlərin əldə edilməsi yolları, xəbərlərin hazırlanması və
yayılması problemləri”adlanan üçüncu yarımfəsildə isə informasiyanın əldə edilmə yolları
haqqında məlumat verilir.
İnformasiya əldə edilməsinin yolları əsasən bunlardır:
• ədəbiyyat materialı ilə işləmək və icmallar tərtib etmək;
• informasiyanı saxlayan təşkilatlara (dövlət və ictimai təşkilatlar və müəssisələrə)
sorğular göndərmək;
• bu işə məsləhətçilər və ya ekspertlər cəlb etmək;
• internetdə informasiya axtarışı.
İnformasiya mənbələrinin çoxalması, onların infrastrukturunun gündən-günə artması,
məlumat bazasının məzmunca və formaca zənginləşməsi, çeşidli şəbəkələr halına gəlməsi
müasir dövrün reallığına çevrilmişdir.
Tədqiqatın “MÜASİR DÖVRDƏ DÖVLƏT XƏBƏR AGENTLİYİ –AzərTAc” adlanan
ikinci fəsli üç yarımfəsil və iki qısa yarımfəsildən ibarətdir.
“AzərTAc-ın yaranması və inkişaf mərhələləri” adlanan birinci yarımfəsildə göstərilir ki,
1920-ci il martın 2-də “Azərbaycan” qəzetində ilk dəfə olaraq “AzərTAc” imzası ilə
xəbərlər dərc olundu. Bu fakt agentliyin məhz 1920-ci il martın 1-də fəaliyyətə başladığını
deməyə əsas verir.