-18-
həyatının elə bir sahəsi yoxdur ki, mətbuatda bu barədə informasiya olmasın. Buna görə də
“informasiya cəmiyyəti” termininin yaranması və ona önəm verilməsi tamamilə təbiidir.
Çünki informasiya cəmiyyətini əvvəlki sosial quruluşlardan mahiyyətcə fərqləndirən ən
əsas cəhət bu cəmiyyətin iqtisadi sistemində informasiyanın həlledici əhəmiyyətə malik
olmasıdır.
Lakin informasiya cəmiyyəti haqqında elmi konsepsiyalarda bu iki sözün ehtiva etdiyi
anlayışa genetik mənada yanaşmalara da rast gəlmək mümkündür. Bu cür düşünənlərin
fikrincə, informasiya cəmiyyətinin yaşı bütövlükdə bəşəriyyətin yaşından heç də az
deyildir: cəmiyyətin inkişafının bütün mərhələlərində informasiya onun zəruri
atributlarından biri olmuşdur.
Əlbəttə ki, ibtidai sivilizasiyalarda da, digər formasiyalarda da təkamülün əsas aktor-
larından biri informasiya olmuşdur. “Böyük Rusiya Ensiklopediyası”nda deyildiyi kimi,
cəmiyyətin inkişafının ilk mərhələsində yaşamaq uğrunda mübarizədə, evlərin inşasında,
geyimlərin hazırlanmasında, ərzaq təminatında, məhsul ehtiyatlarının yaradılmasında və
qorunmasında, müharibə-müdafiə və hərbi yürüşlərdə təchizat və silahlanmada, təbiət
hadisələrinin meydana gəlməsində və inkişafında mövcud biliklərin toplanması, ötürülməsi
və ondan təkamülün təminedici vasitəsi kimi istifadə olunması labüd hala çevrilmişdir. İlk
texniki avadanlığın meydana gəlməsi, nəqliyyat vasitələrinin getdikcə təkmilləşdirilməsi,
metaldan istifadə və bu sahələrdə mövcüd təcrübələrin öyrənilməsi informasiyasız
mümkün ola bilməzdi. Cəmiyyətin inkişafında istehsalın artmasının sənayeləşmə ilə
nəticələnən böyük təkamülündə informasiyanın nə dərəcədə mühüm rol oynadığını
təsəvvür etmək mümkündür. Bu, formalaşmaqda olan postindustrial sivilizasiya ilə sosial
quruluşun ən qədim formaları arasında genetik əlaqənin olmasını göstərir. Təəccüblü deyil
ki, indiyə qədər hələ heç bir iqtisadçı ibtidai icma dövrü ilə müasir sivilizasiya arasındakı
varislik əlaqəsini izləməyə cəhd göstərməmişdir. Halbuki, müasir cəmiyyətlə müqayisədə
bizim uzaq əcdadlarımızın həyatında informasiyanın əhəmiyyəti heç də az olmamışdır.
Çünki informasiya bütün dövrlərdə işə yaramış və ictimai transformasiyanın başlıca
mənbəyi olmuşdur.
9
Əgər “informasiya ictimai transformasiyanın başlıca mənbəyi olmuşdur” sa, alimlər nə
üçün “informasiya cəmiyyəti” konsepsiyasını əsaslandırmaq üzərində baş sındırırlar?
İnformasiya cəmiyyəti tarixi reallıqdır, yoxsa utopiya? “Həqiqət müqayisədə meydana
çıxır” prinsipi ilə yanaşsaq, suala “tarixi reallıqdır” cavabını verməli olacağıq. Çünki
9
Gündüz O.M. Jurnalistlər üçün informasiya texnologiyaları. Bakı: Multimedia informasiya sistemləri və
texnologiyaları mərkəzi, 2009, səh.101
-19-
informasiya cəmiyyəti kateqoriyasını sənaye cəmiyyəti və ondan əvvəlki cəmiyyətlərə
müqayisə edəndə, artıq yeni sosial quruluşun tarixi reallıq olduğu aydın görünür.
Sənaye cəmiyyətindən əvvəlki cəmiyyətlərin tarixinə diqqət yetirsək görərik ki,
insanların yaşamaq uğrunda mübarizəsinin rəhni əzələ qüvvəsi idi. Belə cəmiyyətdə rifah
təbii amillərdən –yağışdan və quraqlıqdan, torpağın vəziyyətindən, iqlimin sərt və ya
mülayim keçməsindən asılı olurdu.
Sənaye cəmiyyəti isə çevikdir, istehlak tələbatını istehsal vasitələrini inkişaf etdirmək-
lə tənzimləyir. Bu cəmiyyətdə insan təbiəti dəyişdirmək istəyən qüvvəyə çevrilir, dünya
texniki xüsusiyyət qazanır və daha da rasional olur, həyatın ritmi insan zəkasının məhsulu
olan ən müasir texnikanın sürəti və iş ahəngi ilə ölçülür.
Bəs informasiya cəmiyyətini fərqləndirən xüsusiyyətlər hansılardır? İnformasiya
cəmiyyəti zəngin və daha geniş, çoxçeşidli xidmətlərə əsaslanır. Bu cəmiyyətdə əsas rol
oynayan yalnız əzələ qüvvəsi və enerji deyil, onu tənzimləyən və inkişafa təkan verən, yol
göstərən informasiyadır. Hazırda ətraf aləm haqqında biliklərin toplanmasının da aid
olduğu informasiya xarakterli proseslər, əslində, cəmiyyətin inkişaf istiqamətini və sürətini
müəyyən edir. Buna görə də “informasiya cəmiyyəti” termininin yaranması və ona böyük
önəm verilməsi tamamilə təbiidir.
Dünyada informasiyanın əhəmiyyəti durmadan artır, hazırda bu sektor bütövlükdə iq-
tisadiyyatın digər sahələrindən daha sürətlə inkişaf edir. Bu sahənin inkişafı Azərbaycanda
da sürətlə gedir. Təsadüfi deyil ki, Azərbaycanda sənayenin neft-qaz sektorundan sonra
inkişaf sürətinə və yatırılan sərmayələrin həcminə görə informasiya –kommunikasiya
texnologiyaları sahəsi ikinci yerdədir. “Azərbaycan Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2010-2020 ci illər üçün Dövlət Proqramı” nda deyilir:
“Hazırda İKT sektorunun inkişaf tempi bu sahədə ümumdünya göstəricilərini təxminən üç
dəfə qabaqlayır. Dünya İqtisadi Forumu tərəfindən 2008-2009-cu illər üçün hazırlanmış
“İnformasiya texnologiyalarının qlobal inkişafı haqqında hesabat” da Azərbaycan 134 ölkə
sırasında 60-cı yeri tutmaqla bir çox nüfuzlu ölkələri qabaqlamışdır və MDB-nin iştirakçısı
olan dövlətlər arasında lider olmuşdur.”
10
İnformasiya məkanının formalaşdığını bir sıra əsas komponentlər təsdiq edir.
Bunlardan birincisi, qlobal və milli informasiya resurslarıdır. İkinci əsas komponent müasir
tələblərə cavab verən informasiya-telekommunikasiya infrastrukturudur. Üçüncü kom-
ponent kütləvi informasiya sistemidir. Dördüncüsü, informasiya məhsulları və xidmətləri
bazarıdır. Bu komponent növbəti amili –açıq dünya şəbəkələri ilə əlaqəni şərtləndirir.
10
Hiebert R., Ungurait D., Bohn T., Kütləvi informasiya vasitələri: Müasir kommunikasiyaya giriş / İngilis
dilindən tərcümə edəni X.Hüseynova, K.Aslan. VI nəşr. Bakı: Xəzər Universiteti nəşriyyatı, 2005, səh.603