-34-
etmək imkanı verməsi, heç bir texniki vasitədən istifadə etmədən istənilən vaxtda onunla
tanış olmağın mümkünlüyü və s. xüsusiyyətlərinə görə, yazılı mətbuat bundan sonra da
informasiya mənbələrindən biri kimi qalacaqdır.
4.
KİV-lər siyasi proseslərə təsir edən, ictimai rəyi formalaşdıran əsas vasitələrdir.
Ona görə də müasir kütləvi informasiya vasitələri dünyada baş verən hadisələri operativ
işıqlandırmaqla yanaşı, həm də informasiyanı geniş təhlil etməli, onu ilkin süzgəcdən
keçirməli və məqsədyönlü şəkildə seçməlidir.
5.
Müxtəlif informasiya mənbələrinin istehlakçının diqqətini cəlb etmək üçün bir-biri
ilə rəqabət apardığı bir zamanda bu mənbələrə müraciət edərkən onların potensial
imkanları, istehlakçıya təklif etdikləri informasiyanın mötəbərliyi və dolğunluğu nəzərə
alınmalıdır.
6.
İnformasiya hazırlandıqdan sonra növbəti mərhələ onun auditoriyaya hansı üsulla
çatdırılmasıdır. İnformasiyanın yayılması üçün kanallar seçərkən auditoriyanın miqyası,
onun keyfiyyət tərkibi, çatdırılma müddəti və yayım kanallarının zəruri resursları, o
cümlədən maliyyə resursları nəzərə alınmalıdır.
-35-
II FƏSİL
MÜASİR DÖVRDƏ DÖVLƏT XƏBƏR AGENTLİYİ –
AzərTAc
2.1. AzərTAc-ın yaranması və inkişaf mərhələləri
İnformasiya təşkilatlarının meydana gəlməsi tarixi şəraitlə, siyasi və ictimai tələblərə
əsaslanan inkişaf prosesləri ilə bağlı məsələdir. Keçmiş imperiyalar öz monopoliya
siyasətini həyata keçirməkdə yalnız siyasi təzyiq vasitələrindən deyi, həm də ideoloji təsir
vasitələrindən istifadə edirdi. 20-ci əsrin əvvəllərində dünyada, o cümlədən Rusiyada
gedən demokratik inqilabi hərəkat, milli azadlıq uğrunda mübarizələr söz, mətbuat və
informasiya azadlıqlarını da gündəliyə gətirmiş və onu xalqın ən vacib tələbləri sırasına
yüksəltmişdi. Ona görə də azadlıq uğrunda mübarizələr dövründə informasiya işi çox vacib
amilə çevrilmişdi.
1919-cu il martın 3-də hökümətin –Nazirlər Şurasının iclasında Azərbaycan Teleqraf
Agentliyinin təşkili barədə məsələ müzakirə olunmuşdu. Həmin iclasda Nazirlər Şurasının
sədri Fətəli xan Xoyskinin bu barədə məruzəsi dinlənilmiş, xalq maarif naziri Nəsib bəy
Usubbəyova Azərbaycan Teleqraf Agentliyinin təşkil edilməsi tapşırılmışdı.
23
Agentliyinin bütün fəaliyyətini, informasiyanın qəbulu və ötürülməsini radio – texniki
vasitələrdən kənarda təsəvvür etmək mümkün deyildi. Həmin vasitələrin Poçt və Teleqraf
Nazirliyinin tabeliyində olması birbaşa onun təyinatına uyğunluğu nəzərə alınaraq, sonralar
agentliyin təşkil olunması Maarif Nazirliyindən alınaraq Poçt və Teleqraf Nazirliyinə
tapşırılmışdı.
AzərTAc-ın yaradılmasında məqsəd Avropa, Asiya və Amerikanın siyasi mərkəzlərin-
dən alınan məlumatlara Xalq Cümhuriyyətinin dövlət təsisatlarını, mətbuat orqanlarını,
ictimai və senaye müəssisələrini təmin etmək, eyni zamanda, Azərbaycanın ictimai,
hərbi,iqtisadi həyatı, hökümətin fəaliyyəti və parlamentin işi haqqında məlumatları
respublikanın bölgələrinə, Qafqaz və Avropa ölkələrinə göndərmək idi. Layihəyə görə,
agentlik məlumatlar əsasında gündəlik “Bülletenlər”, ən vacib informasiyalar əsasında isə
“Xəbərlər” hazırlamalı və sərəncamında olan vasitələrdən istifadə etməklə onları yaymalı
idi. Əsasnamədə 1920-ci il yanvarın 1-də Poçt və Teleqraf Nazirliyinin nəzdində xüsusi
bölmə hüququnda Azərbaycan Teleqraf Agentliyinin təşkil olunması, baş redaktor
vəzifəsini tutan şəxsin həm də ona rəhbərlik edəcəyi bildirildi. İşin təşkili ilə əlaqədar
nizam-intizam qaydalarını həll etmək, layihələri, smetanı hazırlamaq üçün baş redaktorun
23
Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA): f.51, siy.1, sax., vah. 33, vər.104
-36-
rəhbərliyi altında Şura çağırılmalı idi. Agentliyin rəhbəri Poçt və Teleqraf Nazirliyi
tərəfindən təyin olunmalı idi. Digər əməkdaşların işə qəbulu isə baş redaktorun səlahiyyət-
ləri daxilində idi.Agentliyin gəlirləri onun buraxdığı bülletenlərə abunə yazılışı əsasında
formalaşmalı idi.1920-ci il fevralın 2-də hökümətin növbəti iclasında Azərbaycan Teleqraf
Acanslığının –AzərTAc-ın ştatlarının layihəsi və əsasnaməsinin müəyyən dəyişikliklər lə
parlamentə çıxarılması qərara alınır.
Bundan bir neçə gün sonra, 1920-ci il fevralın 23-də parlamentin 127-ci iclasında “Ba-
kı sahil radiostansiyanın ştatı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatlar
Azərbaycan Teleqraf Agentliyinin yaradılmasını zəruriliyindən, yenicə müstəqilliyini
qazanmış ölkə üçün belə bir agentliyin əhəmiyyətindən bəhs etmişlər. Məruzəçi kimi çıxış
edən deputat Ağa Eminov sahil radiostansiyanın (simsiz teleqraf) ikisi qəbuledici, biri isə
həm qəbuledici, həm də ötürücü olmaqla üç aparatdan ibarət olduğunu bildirmişdi.
1920-ci il martın 2-də “Azərbaycan” qəzetində ilk dəfə olaraq “AzərTAc” imzası ilə
xəbərlər dərc olundu. Bu fakt agentliyin məhz 1920-ci il martın 1-də fəaliyyətə başladığını
deməyə əsas verir. Qəzetin 3 mart tarixli nömrəsində isə “AzərTAc-ın daxili xəbərləri” adı
altında Şuşa, Qaryağın (indiki Füzuli) və Xankəndidən alınmış qısa xəbərlər verilmişdi.
Martın 9-da yenə həmin qəzetdən AzərTAc-ın 7 mart tarixli 7 nömrəli bülletenindən “Gür-
cüstana yardım” sərlövhəli xəbər dərc olunmuşdu. Gürcüstana yardım barədə xəbərin özü
də maraqlıdır və gənc Azərbaycan hökümətinin humanist təbiətini göstərir. Xəbərdə deyilir
ki, Nazirlər Şurası zəlzələdən zərər çəkmiş Gürcüstan əhalisinə maddi yardım göstərmək
üçün Maliyyə Nazirliyinə hökümətə 2 milyon rubl ayrılması barədə qanun layihəsi hazır-
lamağı tapşırmışdır.
Bu tarixdən təxminən bir ay sonra, 1920-ci il martın 25-də Azərbaycan Teleqraf
Agentliyinin Xalq Maarif Nazirliyinə göndərdiyi 17 nömrəli təliqə agentliyin məhz martın
1-də yarandığını təsdiq edən tutarlı dəlildir. Təliqədə hökümətin 1 mart tarixli qərarına
uyğun olaraq, Poçt və Teleqraf Nazirliyinin nəzdində Azərbaycan Teleqraf Agentliyinin
yaradıldığı və onun formalaşma dövrü yaşadığı bildirilir. Bundan əlavə, təliqədə aprel
ayının 1-dən etibarən hökümət tabeliyində olan müəssisələrdən və vəzifəli şəxslərdən
AzərTAc-ın bülletenlərinə abunə yazılışının başlanacağına dair məlumat da verilmişdi.
Abunə xərclərinə gəldikdə isə, çatdırılma xərcləri də daxil olmaqla Bakıda 300 rubl,
Azərbaycanın başqa şəhərlərində isə 3000 rubl məbləğində müəyyənləşdirilmişdi. Təliqədə