-26-
Qeyd etmək lazımdır ki, mətbuatla müqayisədə informasiya agentliklərinin, o
cümlədən AzərTAc-ın dünya informasiya məkanında geniş qarşılıqlı əlaqələri, əməkdaşlığı
vardır. Bu, həm ikitərəfli qaydada, həm də agentliklərin regional birlikləri çərçivəsində
həyata keçirilir.
Ayrı-ayrı müştərilər (abunəçilər) üçün hazırlanan materialları nəzərə almasaq,
informasiya agentliklərinin məhsulları “hamı üçün” buraxılır. Başqa sözlə, qəzetlərdən
fərqli olaraq, onlar auditoriyanı itirmək qorxusu ilə üzləşmir.
İnformasiya-kommunikasiya texnologiyaları inkişaf etdikcə, agentliklərinin fəaliy-
yətinin səmərəliyinin artırılması üçün də yeni-yeni imkanlar yaranır. Bu isə qəzetlərin
əksinə olaraq, insanların bütövlükdə cəmiyyətin informasiyaya tələbatının təmin
edilməsində agentliklərin rolunu daha da artırır. Buna görə də onların real vaxt rejimində
və fasiləsiz yayılan informasiyalarına təlabat həmişə olacaqdır.
1.3. İnformasiya mənbələri, xəbərlərin əldə edilməsi yolları,
xəbərlərin hazırlanması və yayılması problemləri
İnformasiyaya əsaslanan biliklər cəmiyyətinin yaradıcılığı müasir şəraitdə informasiya
və kommunikasiya texnologiyalarından, xüsusən qlobal elektron informasiya şəbəkə-
lərindən hamının istifadə etməsi bu məqsədə catmaq üçün mütləq zərurətdir. Bundan əlavə,
informasiya hüququnun təmin edilməsi və mədəni müxtəlifliyin qorunub saxlanması
məqsədi ilə elektron məkanda çoxdilliliyin inkişaf etdirilməsi strateji baxımdan həyati
əhəmiyyət kəsb edir.Təbii ki, informasiya mənbələrinin ən əhəmiyyətlisi sənəddir. Sənəd-
yazılı formada maddi informasiya daşıyıcısıdır. Lüğətlərdə bu terminə aşağıdakı kimi
qisaca tərif verilir: “Sənəd hüquqi cəhətdən təsdiq edilmiş yazılı kağız olub, onun sahibinin
müəyyən imtiyaza malik olması ilə bağlı hər hansı faktı təsdiq edir.”
17
Lakin “sənəd”
sözünün daha geniş anlamı da mövcuddur. Q. V. Lazutina yazır: “Jurnalistika üçün bu
sözün hər iki mənası aktualdır: “işgüzar kağız” jurnalistin fəaliyyətinin məqsədinə müvafiq
olaraq onun diqqət sahəsinə düşən sənədli informasiya mənbələrinin çox müxtəlif
növlərindən yalnız biridir.”
18
Bu mənbələrin növləri arasında dövlət və hökümət
qərarlarını, press-relizləri, informasiya agentliklərinin və digər KİV- lərin xəbərlərini və s.
göstərmək olar.
17
Məhərrəmli Q.M. Kino, televiziya, radio terminləri. İzahlı lüğət. Bakı: “Azərbaycan Milli Ensiklopediyası”
Nəşriyyat –Poliqrafiya Birliyi, 2002, səh. 352
18
Əhmədli N.A. Kütləvi informasiya vasitələri xaricə siyasi təbliğat sistemində. B.: Bakı Universiteti
nəşriyyatı, 2004, səh. 86
-27-
Jurnalistin işləməli olduğu faktların bütün növləri arasında auditoriya informasiyası
xüsusi yer tutur. Bu və ya digər vəziyyəti, bu və ya digər faktı necə qavranması barədə
məlumatlar müntəzəm alınmadıqda və dərk edilmədikdə KİV öz məhsulunun bazarda
rəqabət qabiliyyətli olması şansını tamamilə itirir. “Auditoriyanı öyrənmək KİV-lərdə pe-
şəkar işin zəruri və ən mühüm cəhətidir. Burada təkcə xidməti vəzifələrin yerinə yeti-
rilməsi mənasında deyil, həm də auditoriyaya ixtisaslı, savadlı yanaşma baxımından peşə-
karlıqdan söhbət gedir.”
19
İnformasiyanın ən mühüm mənbələrindən biri də jurnalisti əhatə edən aləmdir. O,
informasiyanı həmin aləmdən müstəqil şəkildə əldə edə bilər. İnformasiya mənbələrinin bu
növündən söhbət gedəndə jurnalistin şəxsi müşahidələrini, ifadələrini fərqləndirmək olar.
Yenilikləri yaradan şəxs çox vaxt öz materiallarına heç bir sənəddə və ya informasiya
agentliklərinin məlumatında olmayan faktlar daxil edir və öz növbəsində, onun hazırladığı
materiallar həmkarları və digər KİV-lər üçün ilk informasiya mənbəyi rolunu oynayır.
Beləliklə, jurnalist onu əhatə edən aləmdən müstəqil şəkildə əldə etdiyi informasiyanın
retranslyatoruna çevrilir.
Şəxsi müşahidə jurnalistikada çoxdan mənimsənmiş və əvəzedilməz informasiya
mənbəyidir. Jurnalistlər müşahidəni maksimum səmərə ilə aparmaq üçün müvəqqəti olaraq
öz peşələrini dəyişmiş (bu cür müşahidəyə qoşma müşahidə deyilir) və fəaliyyət sahəsini
öyrənmək istədikləri adamların “donuna girmişlər”.
İnformasiya əldə edilməsinin digər yolları da vardır, məsələn:
ədəbiyyat materialı ilə işləmək və icmallar tərtib etmək;
informasiyanı saxlayan təşkilatlara (dövlət və ictimai təşkilatlar və müəssisələrə)
sorğular göndərmək;
bu işə məsləhətçilər və ya ekspertlər cəlb etmək;
internetdə informasiya axtarışı.
İnformasiya mənbələrinin çoxalması, onların infrastrukturunun gündən-günə artması,
məlumat bazasının məzmunca və formaca zənginləşməsi, çeşidli şəbəkələr halına gəlməsi
müasir dövrün reallığına çevrilmişdir.
İqtisadi inkşafın yeni tipinə, vətəndaş cəmiyyətinə və hüquqi dövlətə keçid, siyasi
plüralizm həyatın bütün sahələrində informasiyaya çox böyük zərurət və ictimai tələbat
doğurur. Bu isə öz növbəsində, informasiyanın vətəndaşlar üçün açıq olmasını və onların
informasiya əldə etmək barədə konstitusiya hüququnun həyata keçməsini təmin etməyə
19
Məmmədli C.Ə. Jurnalistikanın müasir inkişaf meyilləri. Bakı: Elm, 2006, səh. 464