-32-
Beləliklə, informasiyanın iki xüsusiyyəti var: 1) dövlət orqanları tərəfindən yaradılan,
ictimai sərvət olan informasiya “dövlət sektoru tərəfindən yaradılan informasiya” kimi
daha geniş anlayışın tərkib hissəsidir; 2) bu informasiyanın bir qismi müxtəlif səbəblər
üzündən bağlı saxlana bilər.
Dövlət müəssisələri və ictimai təşkilatlar tərəfindən bütün sahələrdə və bütün
səviyyələrdə yaradılan informasiya, prinsip etibarilə əhali üçün əlyetən olmalı, həmin
informasiyadan bu cür istifadə edilməsinə hər hansı rəsmi qadağalar isə xüsusi qayda ilə
əsaslandırılmalı və bu informasiyanın mümkün qədər az hissəsinə şamil edilməlidir.
Bundan əlavə, dövlətlər tərəfindən maliyyələşdirilən bütün hökumətlərarası təşkilatlar
özlərinin nəşrlərindən və xüsusən inkişaf etməkdə olan ölkələrdəki potensial istifadəçilərin
müraciət etmələri üçün nəzərdə tutulan məlumat bazalarından açıq və pulsuz istifadə
imkanını təmin etməlidirlər. Bu mənada Azərbaycan dövlətinin təcrübəsi örnək ola bilər.
Azərbaycanda prezident saytından tutmuş bütün dövlət və hökümət qurumlarının, o
cümlədən AzərTAc-ın elektron informasiya resurslarındakı məlumatlar kütləvi auditoriya
üçün əlyetəndir. Bu gün Azərbaycanda dövlət orqanları tərəfindən yaradılan açıq
informasiyanın hamısına dünya elektron şəbəkəsi vasitəsilə müraciət etmək olar.
Müasir dövrün informasiya axınında informasiyanın yaranması, öyürülməsi ilə yanaşı,
onun qorunması da mühüm və ciddi problemə çevirmişdir. Bu sahənin tədqiqatçılarının
yazdığı kimi, informasiya mülkiyyətin (dövlətin, kollektivin,
ayrıca şəxsin mülkiyyətinin)
predmeti olması ilə əlaqədar həmin informasiyanın təhlükəsizliyinə təhdid problemi
labüddür.
22
Problemin mahiyyəti informasiyanın nəzarətsiz yayılması, oğurlanması,
icazəsiz məhv edilməsi, təhrif olunması və informasiyadan istifadə imkanlarından məhrum
edilməsi şəklində təzahür edir. Buna görə də informasiyanın və onun daşıyıcılarının
təhdidlərdən qorunması müasir dövrün ən aktual problemlərindəndir.
İnformasiyanın yayılması zamanı mənbə, vaxt və yer barədə məlumatlara istinad
edilməsi zəruridir (məsələn, “hökümət başçısı iyunun 17-də mətbuat konfrasında bildir-
mişdir ki,..”). Bəyanatların müəlliflərindən sitatlar gətirərkən durğu işarələrindən –vasitəli
nitqi vasitəsiz nitqdən ayıran dırnaq işarələrindən düzgün istifadə etmək vacibdir. Bu,
oxucunun diqqətini bilavasitə ilk mənbə (bəyanatın müəllifi) tərəfindən deyilmiş sözlər
üzərində cəmləşdirməyə və eyni zamanda, materialın müəllifinin (yəni hadisəni
işıqlandıran jurnalistin) şərhini adekvat qəbul etməyə imkan verər.
22
Bəşirli A., Kərimova A., Vəkilova D., Xəbərçilik: xəbərin toplanması və yayılması: Dərslik. Bakı: Oskar
mətbəəsi, 2007, səh. 196
-33-
Multimedia vasitələrinin inkişafı hazırlanan və yayılan materialın dəqiqliyini artıra
bilər. Məsələn, xəbər materialı audio və ya videoreportajla müşayiət oluna bilər. Bu
materiala baxmaq və ya onu dinləmək xəbərin həqiqiliyinə auditoriyanın yarana biləcək
şübhələrini aradan qaldırır. Eyni zamanda, bir ifratçılıqdan digərinə varmaq, yəni
videomaterialı jurnalistin şərhi olmadan təqdim etmək olmaz.
Yuxarıda deyilənləri yekunlaşdıraraq qeyd etmək lazımdır ki, jurnalist üçün əsas
informasiya mənbələri sənədlər, insan və bizi əhatə edən aləmdir. 20-ci əsrin sonlarından
etibarən arxivlər və kitabxanalarla yanaşı, internet də informasiya mənbələrinin getdikcə
genişlənən anbarına çevirmişdir. Bu anbardan material hazırlanması üçün sonsuz sayda
zəruri məlumat əldə etmək olar. Xəbər materiallarına münasibətdə multimedia vasitələri
ənənəvi KİV-ləri –televiziya, radio və yazılı mətbuatı sıxışdırmaqdadır. İnformasiyanın
əldə edilməsi üsulları sənədlərlə iş, müsahibələr, kütləvi anket sorğuları və şəxsi
müşahidədir. Jurnalistlərin məlumatlandırılması üsulları arasında KİV üçün brifinqləri,
mətbuat konfranslarını, təqdimatları, press-relizlərin və informasiya bülletenlərinin nəşr
edilməsini göstərmək olar. Material hazırlanarkən informasiyanın dəqiqliyini rəhbər
tutmaq, etibarlı reputasiya qazanmış mənbələrə istinad etmək və müəllifin subyektivliyi
elementini azaltmaqla yayılan xəbərləri gerçəkliyə maksimum yaxınlaşdırmaq zəruridir.
Məsələyə bu cür peşəkarlıqla yanaşdıqda, informasiya istifadəçilərinin konkret KİV-lərə
etibarını qoruyub saxlamaq çətin olmayacaqdır.
Bu fəsildən irəli gələn qənaətləri ümumiləşdirərək aşağıdakı kimi ifadə etmək olar:
1.
Cəmiyyətin inkişafının yeni mərhələsində əsas resurslardan biri informasiyadır.
İnformasiya cəmiyyəti özündən əvvəlki cəmiyyətlərdən sosial və iqtisadi həyatda həlledici
rol oynamasına görə fərqlənir. İnformasiya elə bir maddi sərvətdir ki, o, nəinki tükənmir,
köhnəlmir, əksinə, getdikcə daha da artır, işləndikcə keyfiyyətcə yaxşılaşır. Maddi
sərvətlərlə bağlı sövdələşmələr rəqabət doğurduğu halda, informasiya mubadiləsi əmək-
daşlığa sövq edir. Bu xüsusiyyətlərinə görə müasir dünyada informasiya iqtisadiyyatın əsas
sahəsinə çevrilmişdir və ölkənin inkişafında rolu getdikcə artır.
2.
Müasir dövrdə KİV-lərin sayının sürətlə çoxalmasına, onların texniki və maliyyə
imkanlarının genişlənməsinə baxmayaraq, yeni minilliyin ən mühüm məhsulu sayılan
informasiyaya tələbatın yetərincə ödənilməsi problemi yaranır. Bu tələbatın ödənilməsi
üçün KİV-lər özlərinin, ilk növbədə, oxucu auditoriyalarını müəyyənləşdirməli, onun
səviyyəsini və maraq dairəsini nəzərə alaraq fəaliyyətini bu istiqamətdə qurmalıdır.
3.
İnformasiya –kommunikasiya texnologiyalarının sürətli inkişafı yazılı mətbuatı
müəyyən qədər sıxışdırsa da, onu tam sıradan çıxarması mümkün deyil. Oxucuya seçim