-37-
agentliyin müvəqqəti olaraq Poçt və Teleqraf Nazirliyinin Naberejnaya və Sadovaya
küçələrinin kəsişməsindəki binasında yerləşdiyi bildirilirdi.
24
AzərTAc-ın xəbər bülletenləri, bayram günləri də daxil olmaqla hər gün iki dildə-
Azərbaycan və rus dillərində buraxılırdı. Xəbər büllütünlərində gənc Azərbaycan
dövlətində baş verən mühüm hadisələr işıqlandırılır, hökümətin gördüyü işlər tarixin
yaddaşına yazılırdı.Bülletenlərdə Moskva, Paris, Bəsrə, Roma, Tiflis, Daşkənd, Şimali
Qafqaz, Zakaspi, Qara dəniz sahilləri radiostansiyalarından, eləcə də telefon və teleqrafla
müxbirlərdən alınan xəbərlər dərc olunurdu.
Agentliyin texniki imkanlarına gəldikdə, onun sərəncamında həm “sönən”, həm də
“sönməyən” rəqs tipli stansiyalarla işləyən avadanlıq vardı. Bu da ona hər iki
radiostansiyadan göndərilən xəbərləri qəbul etməyi imkan verirdi. Başqa mənbələr istisna
olmaqla, agentlik təkcə radiostansiyaların köməyi ilə sutkada 40 min işarə həcmində
xəbərlər qəbul edirdi. Gələcəkdə başqa ölkələrin informasiya agentlikləri ilə müqavilələr
bağlandıqdan sonra agentliyin öz xəbərlərini əvvəlcə qonşu ölkələrə, daha sonra uzaq
ölkələrə yayması nəzərdə tutulurdu. Azərbaycanın bölgələrinə isə xəbərlərin ən iri əyalət
mərkəzində quraşdırılacaq radiostansiyalardan və hərbi nazirliyin tabeliyindəki
stansiyalardan istifadə etməklə, eləcə də telefon və teleqraf vasitəsilə ötürülməsi
planlaşdırılırdı.
Lakin AzərTAc cəmi iki aya yaxın müstəqil fəaliyyət göstərə bildi. Bolşevik
Rusiyasının işğalı nəticəsində 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti
süqut etdi. Həmin gün və ertəsi Rusiya Teleqraf Agentliyi –ROSTA isə bolşevik
təbliğatına xas olan riyakarlıqla xəbər verirdi ki, guya Bakıda çevriliş olmuş, xalq kütlələri
köhnə höküməti devirmişdir.
Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk aylarda AzərTAc formal olaraq öz
müstəqilliyini qoruyub saxlasa da, əslində, Rusiya Teleqraf Agentliyinin (ROSTA) filialı
kimi fəaliyyət göstərirdi. Bölgələrdən göndərilən xəbərlər istisna olmaqla, AzərTAc qalan
bütün xəbərləri ROSTA-dan alırdı. Bu informasiyalar arasında Moskva, Petroqrad,
Çelyabinsk, Saratov və Vladivostokdan alınan, habelə Rusiyanı bürüyən vətəndaş
müharibəsi haqqında xəbərlər geniş yer tuturdu. AzərTAc həmin xəbərləri əsasən divar
qəzetlərinə, plakat vərəqinə və yerli qəzetlərə göndərirdi.
Agentliyin ROSTA-nın bir bölməsi kimi rəsmi status alması 1920-ci il iyunun 9-na,
Nəriman Nərimanovun “Azərbaycan Mərkəzi Mətbuat Kollegiyası yaradılması haqqında”
dekreti imzalanmasından sonraya təsadüf edir. Həmin dekretlə o vaxt fəaliyyət göstərə
24
Aslanov A., Musayev V., İsmayılov D. AzərTAc-dan AzərTAc-a: mürəkkəb və şərəfli yol. Bakı: Şərq-
Qərb, 2008, səh. 184
-38-
ROSTA-nın Qafqaz diyar şöbəsinin Azərbaycan bölməsi (AzQafROSTA) aparıcı şöbələr-
dən biri hüququnda Kollegiyaya daxil edilir. Quruma ROSTA-nın Qafqaz üzrə səlahiyyətli
nümayəndəsi, 1903-cü ildən kommunist partiyasının üzvü S.Y.Boqdatyev başçılıq edirdi.
İnformasiya işinin təşkilində kollegiyanın sədri, tanınmış jurnalist Ağababa Yusifzadənin
böyük rolu olmuşdu.
1920-ci il avqustun 20-də Xalq Maarif Nazirliyinin kollegiya iclasında AzərTAc-ın
vəziyyəti və onun prespektivi müzakirə olunmuşdu. Kollegiya iclasında çıxış edən məru-
zəçi AzərTAc-ın hələ formalaşma mərhələsi yaşadığını, bu səbəbdən onun qarşısında
qoyulan bütün tapşırıqları yerinə yetirmək iqtidarında olmadığını bildirmişdi. Onun
sözlərinə görə,əgər bölgələrdə və bəzi Şərq ölkələrində agentliyin müxbir məntəqələri
açılsa və əməkdaşların maddi vəziyyəti yaxşılaşdırılsa, təşkilat daha məhsuldar fəaliyyət
göstərə bilərdi. Lakin kollegiya iclasının sədri Bünyadzadə bu təklifə qarşı çıxmış və
AzərTAc əksər informasiyanı ROSTA-dan aldığına görə, onun maddi-texniki bazasının
möhkəmləndirilməsi üçün xüsusi aparatın alınmasına ehtiyac görmədiyini bildirmişdi.
İclas iştrakçılarından Şeytlin də AzərTAc-ın müstəqilliyinin formal xarakter daşıdığını
əsas gətirərək, Bünyadzadənin söylədiyi fikri dəstəkləmişdi. Onun fikrincə, bu məsələnin
müzakirəsi təxirə salınmamalı və “respublikanın gücünə və vəsaitlərinə uyğun olaraq,
AzərTAc-ın gələcək mövcudluğu” məsələsi həll olunmalı idi.AzQafROSTA-nın fəaliyyəti
təkcə Bakı ilə məhdudlaşmır, respublikanın digər şəhərlərində də (Gəncə, Şuşa, Lənkəran
və s.) onun bölmə və məntəqələri fəaliyyət göstərirdi. Onlar nəinki yerlərdə baş verən
hadisələr haqqında mərkəzə məlumat göndərir, eyni zamanda, özləri də daxili
imkanlarından istifadə etməklə informasiya xarakterli divar qəzetləri və təşviqat plakatları
buraxırdı. Bu işdə görkəmli rəssam Əzim Əzimzadə də yaxından iştirak edirdi. Döyüşə
çağırışın, inqilabi şeirlərin əks olunduğu həmin plakatlar mağazaların vitrinlərinə, şəhər və
kəndlərdə evlərin, dəmir yol stansiyaları binalarının divarlarına yapışdırılırdı.
1921-ci ildə AzərTA QafROSTA-nın bazasında yenidən təşkil olunandan sonra Qubad
Qasımov iyulun 14-də agentliyin direktoru təyin edilir. “Azərbaycan musiqi mədəniyyəti
tarixinin, o cümlədən Üzeyir Hacıbəyovun yaradıcılığını” məşhur araşdırıcılarından biri
kimi tanınmış Qubad Qasımov xatirələrində bu barədə yazırdı; “1921-ci ildə məni yəni
informasiya orqanının direktoru təyin etdilər. O vaxt mən hərbi hissələrdən birində
döyüşçülər arasında savadsızlığın ləğvi üzrə fövqəladə komissiyaya başçılıq edirdim.
Siyasi və mədəni iş sahəsində müəyyən səriştəm olsa da, jurnalist təcrübəm yox idi. O vaxt
gənc Azərbaycan Sovet Respublikasında kadrlar problemi ən kəskin məsələlərdən biri idi
və belə gözlənilməz təyinatlar adi hal sayılırdı. Ona görə də tamamilə yeni və olduqca