-41-
işgal etməsi, apardıgı etnik təmizləmə siyasəti respublikada gərgin vəziyyət yaratmışdı.
Ermənistan ərazisindəki tarixi torpaqlarından zorla qovulmuş azərbaycanlılar da daxil
olmaqla ,bir milyondan çöx qaçqın və məcburi köçkün ordusunun yaranması Azərbaycanı
humanitar fəlakət qarşısında qoymuşdu. Belə bir şəraitdə Azərinformun müxbirləri həm də
döyüş bölgölərinə, doğma yurdlarından didərgin düşmüş insanların müvəqqəti məskunlaş-
dıqları və yaşayış üçün ən adi şəraiti olmayan çadı düşərgələrinə gedərək materiallar ha-
zırlayır və ölkəmizin fəlakətli vəziyyəti barədə həqiqəti beynəlxalq ictimaiyyətə çatdır-
mağa çalışırdılar.
Həmin illərdə Azərinformun və “Azərbaycan“ nəşriyyatının səyi ilə müxtəlif nəşrlər,
Ermənistanın təcavüzkar siyasətini, onun qədim Azərbaycan torpağı olan və ermənilərin
yalnız XIX əsrin 30-cu illərindən sonra, çarizmin təşəbbüsü ilə məskunlaşdığı Dağlıq
Qarabağ əsassız, o vaxtkı sovet rəhbərliyi tərəfindən dəstəklənən iddialarını ifşa edən
kitablar da çap edilirdi.”Dənizdən-dənizə” Ermənistan dövləti yaratmaq erməni millətçi-
separatçılarının qərəzli niyyətlərindən qaynaqlanan hadisələrin əsl mahiyyəti, demək olar
ki, ilk dəfə məhz bu kitaplarda tam gerçəkliyi ilə açılıb göstərilmişdir.
Beləliklə, ölkəmizin ilk xəbər agentliyi olan Azərbaycan Dövlət Teleqraf Agentliyi-
AzərTAc yarandığı dövrdən bu günə qədər mürəkkəb və şərəfli bir inkişaf yolu
kecmişdir.” Mürəkkəb və şərəfli yol” dedikdə, bu, bədii ritorika kimi qəbul edilməməlidir.
Agentliyin təkcə adının 7 dəfə dəyişdirilməsi –1920-ci ildə AzərTAc, yenə də həmin ildə
AzQafROSTA, 1921-ci ildə AzərTa, 1922-ci ildə ZaqTa, 1936-cı ildə yenidən AzərTA,
1972-ci ildə Azərinform, nəhayət 1992-ci ildə AzərTAc adlandırılmasının özü keçilmiş
tarixi yolun mürəkkəbliyini təsdiq edən faktlardan biridir. Bütün çətinliklərə baxmayaraq,
o dövr üçün müasir sayılan texniki avadanlıqdan istifadə etməklə öz vəzifəsini ləyaqətlə
yerinə yetirmişdir.
27
2.2. Müstəqillik dövründə AzərTAc
1991-ci il iyunun 28-də Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dövlət
İnformasiya Agentliyi haqqında” qərar qəbul etdi. İki bölmədən ibarət olan bu qərarın
birinci bölməsində Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) fəaliyyətinin daha da
təkmilləşdirilməsi və onun yaydığı informasiyanın yüksək keyfiyyətini və operativliyini
təmin etmək məqsədi ilə həyata keçiriləcək tədbirlərdən bəhs olunurdu.Qərarın ikinci
bölməsi Azərbaycan Dövlət İnformasiya Agentliyi (Azərinform) haqqında Əsasnamənin
təsdiq edilməsi ilə başlayır, sonrakı bəndlərdə isə deyilirdi:
27
Кязимзаде А. От АзКавРОСТА до Азеринформ. Газ. “Бакинский рабочий”, Баку, 1990, 8 мая
-42-
1. Azərinforma tapşırılsın ki, zəruri halda bülletenlər, jurnallar, qəzetlər və digər
informasiya məhsullarının buraxılışının təşkili üzrə iş aparılsın;
2. Dövlət orqanları və müəssisələr iuçun informasiya və digər materiallarının
toplanması, işlənməsi, yayılması dövlətin ehtiyacları üçün görülən işlər kompleksi kimi
yerinə yetirilir və respublika büdcəsinin vəsaitləri hesabına ödənilir;
3. Respublikanın iqtisadi idarələri xalq təsərrüfatının inkişafını planlaşdırarkən
Azərinformun fəalliyyətini ayrıca sətir kimi nəzərdə tutsunlar, agentliyin normal fəaliyyət
göstərməsi məqsədi ilə onu maddi-texniki resurslarla Azərbaycan Respublikasının dövlət
komitələri üçün müəyyən edilmiş qaydada təmin etsinlər;
4. Respublikada Rabitə Nazirliyi sistemi müəssisələrinin zəruri kanalları və vasitələri
Azərinformun bölmələrin və müxbir məntəqələrinin istifadəsinə müqavilə əsasında təqdim
edilir, Azərinformun və onun təşkilatlarının korrespondensiyaları və fototeleqramları res-
publika Rabitə Nazirliyinin rabitə kanalları vasitəsilə hökumət teleqramları kateqoriyaları
üzrə ötürülür, telefon danışıqları isə zəruri hallarda ikinci təcililik kateqoriyası üzrə təqdim
edilir;
5. Azərinformun fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki bazanın inkişaf
etdirilməsinə dair onun qarşısında qoyulmuş vəzifələrin həyata keçirilməsi və sosial
məsələlərin həlli üçün zəruri şərait yaratmaq məqsədi ilə.
Azərinformun tabeliyində olan müəssisə və təşkilatlar vergilərin bütün növlərindən
(respublika büdcəsinə köçürülən vergilərin məbləği həddində), o cümlədən xarici valyuta
şəklində yıgımlar, rüsümlar və büdcəyə ayırmalar ödəməkdən azad edilsinlər; bu
məqsədlər üçün kommersiya fəaliyyətindən alınan bütün gəlirlərdən və digər büdcədən-
kənar maliyyələşdirmə mənbələrindən əldə edilən vəsaitlərdən müstəqil istifadə etməyə
icazə verilsin”
28
.
SSRİ-nin dağılması ərəfəsində Nazirlər kabinetinin qəbul etdiyi bu qərar heç bir
hüquqi qüvvəyə malik olmadığı üçün agentliyin fəaliyyətinə də müsbət təsir göstərə
bilmədi.Əslində, ayrı-ayrı siyasət oyunbazlarının diqqətindən kənarda qalmış AzərTAc o
dövrün çətinliklərinə tab gətirməyərək daha bir ağır vəziyyətə düşmüş, hətta dövlət
büdcəsindən maliyyələşdirilmədən də çıxarılıraq, heç bir statusu olmayan quruma
çevrilmişdi.
28
Aslanov A.Ə., Heydər Əliyev və AzərTAc. Bakı: Nurlan, 2005, səh. 41