-4-
Lakin AzərTAc cəmi iki aya yaxın müstəqil fəaliyyət göstərə bildi. Bolşevik Rusiyasının
işğalı nəticəsində 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.
Azərbay-canda sovet hakimiyyətinin qurulduğu ilk aylarda AzərTAc formal olaraq öz
müstəqilliyini qoruyub saxlasa da, əslində, Rusiya Teleqraf Agentliyinin (ROSTA) filialı kimi
fəaliyyət göstərirdi.
1921-ci ildə AzərTA QafROSTA-nın bazasında yenidən təşkil olunandan sonra Qubad
Qasımov iyulun 14-də agentliyin direktoru təyin edilir.
Zaqafqaziya Federasiyası yarandıqdan sonra, 1923-cü ilin martında üç Cənubi Qafqaz
respublikasının informasiya agentlikləri ZaqTA yenidən müstəqil informasiya orqanı kimi
fəaliyyətini bərpa etdi.
Azərbaycanın mətbuatının, xüsusilə də 1972-ci ildən Azərinform adlanan xəbər
agentliyinin inkişafı da yüksəliş yoluna qədəm qoymuş respublikanın uğurları ilə sıx bağlı
olmuşdur. Beləliklə, ölkəmizin ilk xəbər agentliyi olan Azərbaycan Dövlət Teleqraf Agentliyi
–AzərTAc yarandığı dövrdən bu günə qədər mürəkkəb və şərəfli bir inkişaf yolu kecmişdir.
Agentliyin təkcə adının 7 dəfə dəyişdirilməsi –1920-ci ildə AzərTAc, yenə də həmin ildə
AzQafROSTA, 1921-ci ildə AzərTA, 1922-ci ildə ZaqTA, 1936-cı ildə yenidən AzərTA,
1972-ci ildə Azərinform, nəhayət 1992-ci ildə AzərTAc adlandırılmasının özü keçilmiş tarixi
yolun mürəkkəbliyini təsdiq edən faktlardan biridir. Bütün çətinliklərə baxmayaraq, o dövr
üçün müasir sayılan texniki avadanlıqdan istifadə etməklə öz vəzifəsini ləyaqətlə yerinə
yetirmişdir.
“Müstəqillik dövründə AzərTAc” adlı ikinci yarımfəsil özü də iki qısa yarımfəsildən
ibarətdir. Bu qısa yarımfəsillərdə əsasən müstəqillik dövründə AzərTAcın fəaliyyətindən
danışılır. Göstərilir ki, Azərbaycan Respublikasının o vaxtkı Prezidenti Əbülfəz Elçibəy 1992-
ci il dekabırın 18-də “Azərbaycan Dövlət İnformasiya Agentliyinin (Azərinformun) tarixi
adının bərpa edilməsi” haqqında Sərəncam imzaladı.
“Azərbaycan Teleqraf Agentliyinin (AzərTAc-ın) yenidən təşkil edilməsi haqqında”
Prezident 1995-ci il 3 mart tarixli Fərmanı ilə AzərTAc-ın ənənəvi adı saxlanılmaqla Nazirlər
Kabineti yanında Dövlət Teleqraf Agentliyi yaradıldı, ona rəsmi dövlət informasiya orqanı
statusu verildi. Fərmanda Nazirlər Kabinetində AzərTAc-ın maddi-texniki bazasının müasir
tələblərə uyğunlaşdırılması və onun dünya standartları səviyyəsində fəaliyyət göstərməsi üçün
lazımi tədbirlər görmək tapşırılmışdı.
Fərmanın icrası ilə bağlı Nazirlər Kabineti 1995-ci il iyulun 3-də “Azərbaycan Teleqraf
Agentliyinin (AzərTAc-ın) yenidən təşkil edilməsi haqqında” qərar qəbul etdi. AzərTAc-ın
-5-
Türkiyədə, Rusiyada, ABŞ-da, İranda, Almaniyada, İngiltərədə, Türkmənistanda, Gürcüstan-
da və Özbəkistanda müxbir məntəqələrinin açılmasına icazə verildi.
Prezident Heydər Əliyev 2000-ci il yanvarın 17-də “Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) fəaliyyətinin təkmilləşdirilməsi
haqqında” Fərman imzaladı. Fərmana əsasən AzərTAc Nazirlər Kabinetinin tabeliyindən
çıxarılaraq, Prezidentə tabe olan müstəqil qurum –Azərbaycan Dövlət Teleqraf Agentliyi
adlandırıldı, agentliyin tərkibində xarici dillərdə xəbərlər hazırlayan və yayan baş redaksiya
yaradıldı.
2002-ci il iyunun 29-da Prezidentin Fərmanı ilə “Azərbaycan Dövlət Teleqraf Agentliyi
(AzərTAc) haqqında “Əsasnamə” təsdiq edildi.
2010-ci il AzərTAc-ın tarixinə əlamətdar il kimi daxil oldu –agentlik özünün 90 illiyini
qeyd etdi.
“Müstəqil AzərTAc-ın informasiya siyasəti” adlanan ikinci fəslin üçüncü yarımfəslində
göstərilir ki,AzərTAc xəbər agentliyində daha cox siyasi xəbərlərə yer verilir.Bundan əlavə
iqtisadi, mədəniyyət, elm və təhsil və.s xəbərləri və dünyada baş verən ən son yeniliklər
barədə də geniş məlumat verilir. Siyasi xəbərlərdə əsasən Azərbaycanın xarici dövlətlərlə
əməkdaşlı, Milli Məclisdə qəbul edilən qərarlar, prezidentin xarici ölkələrə səfəri barədə və s
informasiyalar təşkil edir.
AzərTAc günümüzdə abunəsi olan 80 ölkəyə xəbər köməkliyi edir. Rusca, ingiliscə,
almanca və ana dilində informasiya verən agentliyin xəbər toplamaqda əməyi keçən 194 işçisi
vardır. Agentlik günlük teqribi 400 xəbər yayır və bu xəbərlərin də 20-25-i xarici ölkələrlə
bağlı xəbərlərdir.
“ÖLKƏNİN DÜNYA İNFORMASİYA ORBİTİNƏ İNTEQRASİYASINDA AzərTAc-
ın ROLU” adlanan üçüncü fəsil iki yarımfəsildən ibarətdir.
“AzərTAc və digər xəbər agentlikləri: oxşar və fərqli cəhətlər”adlı birinci fəsildə qeyd
edilir ki:AzərTAc-ın 1920-ci ildə dövlət informasiya agentliyi kimi fəaliyyət göstərdiyi ilk
aylarda xarici əlaqələri barədə konkret faktlar olmasa da, ötürücü radiostansiyadan istifadə
etdiyini nəzərə alsaq, qonşu ölkələrlə xəbər mübadiləsinin olmasını ehtimal edə bilərik.
Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) Türkdilli Ölkələrin Agentlikləri Birliyi adı ilə
1992-ci ilin noyabrında Türkiyə Cünhuriyyətinin paytaxtı Ankarada Anadolu Agentliyi
(Türkiyə), AzərTAc (Azərbaycan), Kaztaq (indiki Kazinform –Qazaxıstan), “Kabar” (Qırğı-
zıstan) və TAK (Şimali Kipr) agentlikləri tərəfindən yaradılmışdır
AzərTAc 2011-ci il iyunun 13-15-də BSANNA-nın 5-ci Baş Assambleyasına ev sahibliyi
etmişdir. Bu Assambleyada BSANNA-ya prezidentlik növbəti toplantıya qədər AzərTAc-a