-9-
nin yüksəlməsi və dünyəvi proseslərə qoşulmaq imkanına malik olması ilə səciyyələnir.
İndi dövlət siyasətini, dünya və regional səviyyəli iqtisadi tədbirləri, habelə kommersiya
fəaliyyətlərini informasiyasız təsəvvür etmək mümkün deyildir. Ona görə də hər bir
regionun, dövlətin, xalqın, onun ayrı-ayrı sosial qruplarının və fərdlərin informasiya
tələbatının təmin edilməsi çox ciddi və aktual problemə çevrilmişdir. İnformasiya
cəmiyyətinin bütün təbəqələrini öyrənmək, dünyəvi və cəmiyyətdaxili problemləri tədqiq
etməklə baş verən hadisə və təzahürlərə bağlı informasiyaları hazırlayıb müasir
kommunikasiya vasitələrinə ötürmək çox ciddi yaradıcılıq tələb edən işdir.
İnformasiya işi bütünlükdə cəmiyyətin həyati, o cümlədən dövlət, onun daxili və xarici
siyasəti, beynəlxalq əlaqələri ilə bağlı bir məsələdir. Vaxtilə informasiya işi ilə yalnız
mətbuat məşğul olurdusa, indi bununla bütün siyasi, iqtisadi, mədəni qurumlar, özəl
müəssisə və təsisatlar,xüsusilə də kommersiya müəssisələri məşğul olur və onların
ictimaiyyətlə əlaqələr şöbələri də vardır. Ən nüfuzlu, güclü təşkilatlarla yanaşı, indi adi,
sadə strukturlu idarələrdə də informasiya işi ilə məşğul olan ayrıca şəxslər, müşavirlər və
məsləhətçi qruplar fəaliyyət göstərir. Bir sözlə, informasiya işi müasir idarəetmə siste-
mində ən mühüm amilə çevrilmişdir. İnformasiya işinin təşkili, toplanmış informasiyadan
istifadə, demək olar ki, idarəetmənin bütün səviyyələrində özünəməxsus yer tutur. Bu isə
informasiyanın ictimai münasibətlərdə, iqtisadiyyatın təşkilində, daxili və xarici siyasətdə
getdikcə çox önəmli rol oynadığını göstərir.
Müasir informasiya işi, eyni zamanda, çağdaş tarixin gedişi və istiqaməti ilə bağlı bir
məsələdir. Bu gün tarixin məzmunu tamamilə başqalaşmış, siyasi və iqtisadi baxımdan
yeni düşüncəyə əsaslanan “yeni tarix” meydana gəlmişdir. Yeni dünyəvi, iqtisadi siyasətin
yaradılması ilə əlaqədər yeni tipli cəmiyyətə keçid həqiqi demokratik, hüquqi dövlətlərin
qurulmasını, eyni zamanda, informasiya cəmiyyətinin bütün təbəqələrə təsirini nəzərdə
tutur. Çünki bütün sivilizasiyalı cəmiyyətlər informasiya işini özlərinin sosial-iqtisadi,
siyasi və mədəni inkişafının əsası sayır. Buna görə hər bir dövlət özünün müstəqil,
məqsədyönlü informasiya siyasətini, həm də ideologiyasını müəyyənləşdirir. Zəngin və
əhatəli informasiya resursları cəmiyyətin və dövlətin kapitalıdır. Nəzərə almaq lazımdır ki,
milli informasiya resurslarının formalaşması, xəbərlərin toplanması, yayılması və onlardan
siyasi və sosial idarəetmədə, habelə kommersiya məqsədi ilə istifadə olunması məsələləri
çox mühüm, həm də beynəlxalq əhəmiyyətli işdir. Bu, eyni zamanda, müasir dövrün ən
ciddi ekoloji, siyasi və sosial problemləri ilə bağlıdır. “Böyük səkkizlik” ölkələrinin yeni
informasiya siyasətinin formalaşması və onun ardıcıl surətdə həyata keçirilməsi də bu
-10-
məsələnin nə qədər aktual olduğunu göstərir. Bu, həm dövlətlərarası, həm də hər bir
dövlətin daxili məsələsidir.
Hər bir ölkənin informasiya siyasəti onun sosial, iqtisadi və mədəni inkişaf
xüsusiyyətlərindən aslıdır. Ölkələr bu siyasəti həyata keçirmək üçün qısamüddətli və
uzunmüddətli proqramlar qəbul edir və bu sahədə mövcud olan inkişaf sürəti ilə
ayaqlaşmağa çalışırlar. Həmin proqramların əsas məqsədi inkişafın yeni mərhələsinə
keçmək üçün geniş informasiya cəmiyyətinin qurulmasını və onun dünya informasiya
məkanına daxil olmasını təmin etməkdir.
İndi Azərbaycan dünya informasiya məkanında öz yeri olan, yayılan xəbərlərin
dəqiqliyi və etibarlığı ilə seçilən bir ölkəyə çevrilmişdir. Ona görədə beynəlxalq miqyasda
tanınmış informasiya agentlikləri nüfuzlu mənbə kimi AzərTAc-ın xəbərlərindən istifadə
edir. Bu yenilik və təcrübələrin ümumiləşdirilməsi, elmi cəhətdən araşdırılması da böyük
aktuallıq kəsb edir. Məhz buna görə də AzərTAc-ın keçdiyi tarixi inkişaf yolu,
Azərbaycanın ictimai-siyasi, mədəni həyatında, dövlətçiliyin möhkəmlənməsi yolunda
fəaliyyəti, ölkəmizin qarşılaşdığı informasiya blokadasının aradan qaldırılmasında və
Azərbaycan həqiqətlərinin dünyada yayılmasında rolunun araşdırılması bu tədqiqat işində
əsas götürülmüşdür. Lakin burada da dünya təcrübəsi, onun regiondakı təzahürləri, iqtisadi
və sosial məsələlərdə informasiyanın rolu, beynəlxalq əlaqələr, informasiya məkanı kimi
Azərbaycanın imkanları, madd-texniki və intellektual resursları da diqqətdə saxlanılmışdır.
Digər tərəfdən, informasiya ictimai-siyasi məzmun kəsb etməklə yanaşı, həm də elmi və
mədəni yaradıcılıq işidir, tarixin, jurnalistikanın, ədəbiyyatşünaslığın, sosial fəlsəfənin və
politologiyanın da çulğalaşdığı bir sahədir. Tədqiqat işində informasiyanın həmin sahələrlə
əlaqələrinə və AzərTAc-ın təcrübəsinin ümumiləşməsinə də yer verilmişdir.
Müasir dünyada informasiya şəbəkələrinin genişlənməsi, kommunikasiya texnologiya-
larının sürətli inkişafı, internetin, süni peyk əlaqələrinin güclənməsi, kabel televiziyasının,
rəqəmli və multimedia sistemlərinin vüsətli tərəqqisi, bu sahənin cəmiyyətə, insanlara
təsirinin getdikcə artması bütün bunların elmin müxtəlif sahələrində araşdırılmasına təkan
vermişdir. Bununla belə, sırf informasiya işi-onun hadisə yerindən əldə edilməsi,
görüntülü, yazılı, səsli, səssiz və s. formalarda hazırlanması, onun siyasi, iqtisadi, mədəni
və mənəvi amil kimi insanlara təsiri, ideoloji mübarizədə ondan istifadə forması, müasir
cəmiyyətdə ümumiləşmələrlə yanaşı, qütbləşmə prosesləri informasiya işinin elmi-nəzəri
və praktik təhlilində mühüm yer tutur. Elmi araşdırılmalarda məsələnin siyasi, ideoloji,
kulturoloji, sosioloji,psixoloji və fəlsəfi tərəfləri geniş tədqiq olunur.