-11-
Müasir informasiya nəzəriyyəçilərindən E.Toffler, L.Zemlyanova, Y.Zasurski, V.Te-
rin, A.Panarin, M. Nazarov və başqalarının tədqiqatları məşhurdur. Jurnalistika sahəsində
ardıcıl tədqiqat aparanlar –E.Proxorov, E.Dotsensko, S.Mixaylov, V.Sapunov, M.Şkondin,
A.Tertıçnı, V.Voroşilov, eləcə də kulturoloq, sosioloq, psixoloq və filosoflardan S.Kara
Murza, D.İvanov, M.Verşinin, A.Yuryev və başqalarının tədqiqatları informasiya cəmiy-
yətinin və onun ayrı-ayrı problemlərinin tədqiqinə həsr olunmuşdur. Son dövrlərdə Qərbdə,
Latın Amerikasında, Rusiyada və Asiya ölkələrində fəaliyyət göstərən müxtəlifyönlü
informasiya agentliklərinin işi də ardıcıl olaraq öyrənilir.
Şərqdə ilk demokratik respublikanın –Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı
olan AzərTAc-ın tarixi və keçdiyi inkişaf yolu ilə bağlı indiyə qədər ayrıca tədqiqat işi
aparılmamışdır. Ayrı-ayrı yubiley məqalələrini, bəzi jurnalist xatirələrini nəzərə almasaq,
demək olar ki, bu sahədə heç bir iş görülməmişdir. AzərTAc-ın keçdiyi tarixi inkişaf yolu,
müstəqillik illərində onun fəaliyyətinin təkmilləşdirilməsi üçün dövlət səviyyəsində görü-
lən böyük işlər, agentliyin dünya informasiya məkanına çıxmasına nail olmaq sahəsində
tədbirlər geniş araşdırmalar aparılmasını bir vəzifə kimi qarşıya qoymuşdur.
Yeni minilliyin ilk onilliyi informasiya texnologiyalarının cəmiyyətin bütün təbəqə-
lərinə təsirinin genişlənməsi ilə əlamətdardır. Bu, həm də onun aydın göstəricisidir ki, dün-
yada informasiya siyasəti yeni, genişməkanlı, çoximkanlı və qarşısıalınmaz təsirə malik bir
mərhələyə qədəm qoymuşdur. Yer üzündə baş verən hadisələrin müxtəlif təzahürlərinin
daha tez və tam gerçəkliyi ilə öyrənilməsi, onların daha dərin və obyektiv təhlili göstərir ki,
qloballaşan dünyanın gələcəyinin müəyyənləşdirilməsi həm də informasiya siyasəti və
onun düzgün təşkili ilə sıx bağlıdır. Ona görə də bu sahənin yeniliklərinin, habelə tarixi,
siyasi, sosial-fəlsəfi və psixoloji cəhətlərinin öyrənilməsi xüsusi əhəmiyyət daşıyır.
Qərəzsizlik və aşkarlıq müasir media məkanının vacib aspekti olmalıdır. Yeri
gəlmişkən, bu barədə Asiya və Sakit Okeanın Ölkələri Xəbər Agentlikləri Təşkilatı
(OANA) İcraiyyə Komitəsinin 2008-ci ilin sentyabrında AzərTAc-ın ev sahibliyi ilə
Bakıda “Qloballaşan dünyada informasiya hamı üçün” mövzusunda keçirilmiş 30-cu
iclasında da geniş danışılaraq bildirilmişdir ki, bu mühüm amil etimada əsaslanan
beynəlxalq ab-havanın yaranmasına kömək edir. Unutmamalıyıq ki, Yer kürəsinin
müəyyən hissəsi hələ də etnik- ərazi münaqişələrinin məngənəsindədir. Bu münaqişələrin
həlllinin ləngiməsinin əsas səbəblərindən biri, adətən, media strukturlarının formalaşdırdığı
kütləvi şüur və ictimai rəydir. Siyasətçilər və mühüm məsələləri həll edənlər çox vaxt
informasiya siyasətinin girovlarına çevrilir ki, bu da bəzən çox şeyi həll edir. Nəticədə biz
-12-
təkcə real və düzgün mövqe tutulmamasının deyil, həm də bu və ya digər regionun
xüsusiyyətlərinin başa düşülməməsi kimi halların şahidi oluruq.
1
Xüsusilə ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan bu sahədə böyük çətin-
liklərlə üzləşmiş, informasiya blokadasına alınmışdı. Ölkəmizə zidd mövqe tutan, regionda
öz maraqları olan bəzi qüvvələr isə bu vəziyyətdən yararlanmağa, dövlətçiliyimizə ziyan
vurmağa çalışırdılar. Ümumilli lider Heydər Əliyev bununla əlaqədar müsahibələrinin
birində vurğulamışdı: “Mən dəfələrlə bəyan etmişəm və indi də deyirəm, müstəqil
Azərbaycan müxtəlif dövlətlərin mənafeləri ilə oynamır, o öz xarici siyasətində “soyuq
müharibə” dövründən miras qalmış metodları tətbiq etməyəcəkdir. Suveren respublika heç
bir ayrı dövləti yeni “böyük qardaş” rolunda görmək istəmir, lakin ona xeyirxahlıqla
yanaşanların, əməkdaşlığın əsarətli rejimini ona zorla qəbul etdirməyənlərin və bərabər-
hüquqlu, qarşılıqlı surətdə faydalı şərtlər seçənlərin, nəhayət, Ermənistan-Azərbaycan
münaqişəsindən Azərbaycan ilə Rusiya arasında süni surətdə yaradılmış qarşıdurmanı
sərtləşdirmək üçün sui-istifadə edənlərlə deyil, bu münaqişənin tezliklə ədalətli şəkildə
nizama salınmasına həvəs göstərənlərin hamısı ilə tərəfdaşlığa hazırdır”.
2
Bu gün ölkəmizin uğurlarından yazan əcnəbi jurnalistlər yekdilliklə etiraf edirlər ki,
əgər Azərbaycan təhlükəsiz bir regionda yerləşsəydi, o, şübhəsiz, daha böyük uğurlar
qazanardı. Möhkəm daxili sabitlik və təhlükəsizlik, yüksək səviyyəli dövlət idarəçiliyi,
dünyəvi inkişaf xətti və Qərbə inteqrasiya Azərbaycanın uğurlarını təmin edən əsas
amillərdir. Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilməsi, ardıcıl
surətdə ən böyük iqtisadi artıma nail olunması dünya mətbuatında dərc olunan material-
larda xüsusi vurğulanır. Eyni zamanda, Azərbaycanın Qərbin enerji təhlükəsizliyinə böyük
töhfələr verdiyi dönə-dönə qeyd olunur.Fransada nəşr olunan “La Lettre diplomatique”
jurnalı son illər Azərbaycanda aparılan uğurlu iqtisadi islahatlara toxunaraq yazır: “Ölkə
rəhbərliyinin ayrı-ayrı vaxtlarda regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun aradan
qaldırılması və ölkənin davamlı inkişafı və digər məsələlərlə bağlı qəbul etdiyi proqramlar
və qərarlar illerdə Azərbaycanın simasını tamamilə dəyişmiş, ölkəni dünyanın aparıcı
dövlətləri sırasına çıxarmış, dünyadakı imicinin yüksəlməsinə səbəb olmuşdur.”
3
Tədqiqat işində Azərbaycanda xəbər istehsalı ilə bağlı görülən işlərin tarixinə nəzər
salınmaqla müasir dövrdə ölkəmizin bir informasiya məkanı kimi özəlliklərinin təhlili, bu
sahədə böyük tarixi xidmətləri olan AzərTAc-ın fəaliyyətinin tədqiqi, eyni zamanda,
1
Qloballaşan dunyada informasiya hamı ücün.Bakı: Şərq-Qərb, 2009, səh. 53
2
Əliyev Heydər. Müstəqilliyimiz əbədidir.Bakı:Azərnəşr, 2009, səh. 217
3
Azerbaidjan: un Carrefour strategiue entre|’Orient et’| Occident.La Lettre diplomatique,Paris, 2011, №92,
səh.143