-16-
Bu konsepsiyalardan irəli gələn qənaəti ümumiləşdirərək, informasiyanın cəmiyyət
həyatındakı əhəmiyyətini qısaca belə ifadə etmək olar: cəmiyyətin inkişafının yeni
mərhələsində iqtisadiyyatın və sosial həyatın əsas resurslarından biri informasiyadır.
Müasir dünyada informasiya həm də çox baha qiymətə satılan, mübadilə edilən və
kifayət qədər etibarlı vasitələrlə qorunan məhsuldur. Digər resurslardan fərqli olaraq,
informasiya maddi sərvətlərin əla növüdür ki, o heç vaxt tükənmir, əksinə getdikcə daha da
artır, işləndikcə köhnəlmir, keyfiyyətcə yeniləşir, eyni zamanda, ondan təbii əmtəə
növlərindən səmərəli faydalanmaqda, onların qorunmasında, yenilərinin yaradılmasında
istifadə edilir. Çünki informasiyanın ehtiva etdiyi elmi və təcrübi biliklər olmadan təbii
sərvətlərin hasilatı,emalı və bazara –istehlakçıya çatdırılmasının yeni üsullarını yaratmaq
mümkün deyildir.
Digər mühüm məqam ondan ibarətdir ki, maddi sərvətlərlə bağlı sövdələşmələr
rəqabət doğurduğu halda, informasiya mübadiləsi əməkdaşlığa rəvac verir və burada
meydana çıxan rəqabət intellektual mahiyyət daşıyır. Bu mənada informasiya elə sərvətdir
ki, onu təəssüflənmədən başqaları ilə bölüşmək olar. İnformasiya istehsalı və istehlakının
digər üstün xüsusiyyəti də vardır: maddi sərvətlərin istehsalı və istehlakı ətraf mühitə ciddi
ziyan vurduğu halda, informasiyadan istifadə texnogen təhlükə doğurmur, eyni zamanda,
insanlarda ekoloji bilikləri artırır, təbiət haqqında təsəvvürlərdəki qeyri-müəyyənliyə
aydınlıq gətirir.
İnformasiya resursları bütövlükdə insanın intellektual fəaliyyəti prosesində yaranan və
formalaşan məlumatlar toplusundan ibarət olduğuna görə, hər bir ölkənin inkişaf
istiqamətlərini müəyyənləşdirməkdə, qərarların qəbul edilməsində, strateji, taktiki və
operativ məsələlərin həllində ondan geniş istifadə edilir. Bəs bütün informasiyalardan bu
məqsədlə istifadə etmək olarmı? Suala birmənalı olaraq “yox” cavabı veriləcəkdir.
Problem bəzi hallarda informasiyanın yoxlanılmamış, ilk mənbədən dəqiqləşdirilməmiş
faktlar əsasında və ya qərəzli mövqedən yazılması ilə bağlıdır. Hazırda qlobal internet
şəbəkəsində hər gün xeyli sayda informasiya yerləşdirilir. Ancaq bu məlumatların heç də
hamısı nəinki işə yaramır, hətta fərdin şüuruna zərərli təsir göstərir, sivilizasiyalar və
dövlətlər arasında nifaq toxumu səpir. Müasir dünyada maraq qrupları bu qəbil
informasiyalardan öz məqsədləri üçün məharətlə istifadə edirlər.
Bu amili nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
AzərTAc-ın 90 illik yubileyi mərasimində və MDB Ölkələri Milli İnformasiya Agentlikləri
Rəhbərləri Şurasının iclasında iştirak edən nümayəndə heyətlərinin başçıları ilə görüşdə
-17-
demişdir: “Ölkələr və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində
informasiya agentliklərinin, kütləvi informasiya vasitələrinin fəaliyyətində çox şey aslıdır.
Həqiqi məlumatın vaxtında verilməsi operativ qərarların qəbulu, proseslərin düzgün
şərh edilməsi, ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasında mühüm rol
oynayır. Lakin təəsüf ki, bəzən əksinə də olur. Bəzən hansısa yoxlanılmamış və ya qərəzli
informasiya, yaxud sifariş xarakterli informasiya ikitərəfli münasibətlərə müəyyən
dərəcədə zərər də vura bilər. Buna görə də KİV nümayəndələri öz vəzifələrinə
məsuliyyətlə yanaşmalıdırlar.”
7
Buradan aydın görünür ki, tarixi inkişafın müasir mərhələsində kütləvi informasiya
vasitələrinin cəmiyyətin həyatında rolu və əhəmiyyəti qeyri-adi dərəcədə artmış, mass-
medianın qarşısında qoyulan ictimai-siyasi tələblər və peşəkarlıqla bağlı meyarlar
dəyişmişdir. Vaxtilə inkişaf etmiş ölkələrdə, habelə keçmiş SSRİ-də dövlətin siyasətinə
uyğun olan informasiyanı ictimai şüura aşılamağa xidmət edən xüsusi qurumlar var idi. Bu
qurumlar informasiyanın həqiqi elmi-ictimai məzmunundan daha çox onun təbliğati-
ideoloji mahiyyətinə əhəmiyyət verirdi. Kütləvi şüura yalnız dönə-dönə süzgəcdən keçiril-
miş faktlar deyil, həm də həmin faktların geniş ictimaiyyət tərəfindən qavranılması üsulları
yeridilirdi, yəni əslində, auditoriyaya əvvəlcədən formalaşdırılmış fikirlər təlqin olunurdu.
Totalitar rejimin süqutundan sonra birqütüblü dünyada mətbuat nəinki ideoloji
buxovlardan azad olmuş, həm də yeni keyfiyyətlərlə zənginləşərək ən müxtəlif mövzularda
saysız-hesabsız informasiyanın yer aldığı qlobal şəbəkəyə çevrilmişdir. İnternet adlanan bu
planetar şəbəkəyə məcazi mənada “ümumdünya hörümçək toru” tərifini verənlər
haqlıdırlar. Tarix elmləri doktoru Əli Həsənov yazır: “Elmi-texniki inqilabın və elektron
texnologiyaların sürətlə informasiya və kommunikasiya sahələrini əhatə etməsi üçüncü
minilliyin başlanğıcında planetin geosiyasi məkanını “vahid dünyanın transmilli kütləvi
informasiya vasitələri ölkələrin milli hüdudlarını aşaraq vahid, virtual informasiya və
təbliğat məkanı yaratmışdır.”
8
Bu virtual məkanda hər kəs nəinki onu maraqlandıran informasiyanı əldə edə, hətta
fikir mübadiləsi apara, şərh verə bilər. Təsadüfi deyil ki, mətbuatın müasir tipoloji sistem-
lərinin təsnifatını verməyə çalışan tədqiqatçılar mass-medianın qlobal, yaxud regional,
rəsmi, yaxud qeyri-formal, ciddi, yaxud bayağı-bulvar, demokratik, yaxud totalitar, yazılı,
yaxud audiovizual cütlərini təklif edirlər. Bu təsnifatdan aydın görünür ki, cəmiyyət
7 Prezident İlham Əliyev AzərTAc-ın 90 illik yubileyi mərasimində və MDB Ölkələri Milli İnformasiya
Agentlikləri Rəhbərləri Şurasının iclasında iştirak edən nümayəndə heyətlərinin başçılarını qəbul etmişdir.
“Azərbaycan” qəz., Bakı, 2010, 2 mart
8
Həsənov Ə.M.,Geosiyasət Dərslik. Bakı: Aypara-3, 2010, səh. 486