-6-
keçmişdir. 2004-cü ilin sentyabrında agentliyin həyatında çox əlamətdar bir hadisə baş
vermiş, AzərTAc Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına
(OANA)-ya üzv qəbul olunmuşdur. Bunun sayəsində AzərTAc-ın hər gün 20-25
informasiyası, o cümlədən fotoinformasiyaları OANA-nın saytında (www.oananews.org)
yerləşdirilir və quruma üzv olan 33 ölkənin 40 informasiya agentliyi həmin məlumatlardan
məhdudiyyətsiz istifadə edə bilir.
AzərTAc-ın həyatında ən mühüm hadisələrdən biri də 2008-ci il aprelin 18-nə təsadüf
edir. Həmin gün AzərTAc daha bir nüfuzlu regional media qurumuna, Avropa Xəbər
Agentlikləri Alyansına (EANA)-ya üzv qəbul olunmuşdur.
AzərTAc 2008-ci ildən Asiya Xəbər Agentlikləri Konsorsiumunun (Asiya Pulse)
üzvüdür.
“Azərbaycan reallıqlarını dünyaya çatdırmaqda yeni texnologiyalardan istifadə” adlı
ikinci yarımfəsildə isə göstərilir ki, Dünyanın nüfuzlu xəbər agentlikləri insanları operativ
surətdə informasiya ilə təmin etmək üçün daim müasirləşən informasiya texnologiyaları
vasitələrindən daha geniş istifadə etməyə çalışır. Bu baxımdan AzərTAc da fəaliyyətinin
key¬fiyyətcə yeni dövrünə qədəm qoyur, zamanla ayaqlaşmağa çalışır. Qlobal informasiya
dünyasının ən müasir texnoloji innovasiyaları AzərTAc-ın fəaliyyətində də geniş yer
tutmaq¬dadır.
AzərTAc-ın texnik strukturunda 80-dən çox kompyuter, 18 ədəd səs yazma cihazı, 2 ədəd
çap maşını, 9 ədəd faks avadanlığı və.s avadanlıqlar yerləsir. Rus və ingilis dilləri ilə yanaşı,
alman, fransız və ərəb dillərində də audio və videomateriallar hazırlanması istiqamətində
intensiv iş gedir.
ABSTRACT
The thesis carried out the analysis of features of the modern people resources of
opportunities, at the same time the benefiting from information, information cast a glance to
the history of AzerTaj, the news agency in Azerbaijan connected with news production as
information place of our country in the research in the modern time and problems have been
taken as situation of the usage from him basicly.
The thesis consists of the Introduction, three Chapters, Result and References.
-7-
Mündəricat
Giriş ............................................................................................................................. 8
I Fəsil.
İnformasiya və xəbər agentliyi məfhumları ....................................................... 15
1.1. İnformasiya nədir? ................................................................................................ 15
1.2. İnformasiyaya tələbatın təmin edilməsində xəbər agentliklərinin rolu ................ 23
1.3. İnformasiya mənbələri, xəbərlərin əldə edilməsi yolları, hazırlanması və yayılması
problemləri .......................................................................................................................... 26
II Fəsil. Müasir dövrdə dövlət xəbər agentliyi–AzərTAc .............................................. 35
2.1. AzərTAc-ın yaranması və inkişaf mərhələləri ...................................................... 35
2.2. Müstəqillik dövründə AzərTAc ............................................................................ 41
2.2.1. Müstəqilliyin ilk illərində AzərTAc .................................................................. 43
2.2.2. Son illərdə AzərTAc .......................................................................................... 44
2.3. Müstəqil AzərTAc-ın informasiya siyasəti ........................................................... 48
III Fəsil. Ölkənin dünya informasiya orbitinə inteqrasiyasında AzərTAc-ın rolu ..... 60
3.1. AzərTAc və digər xəbər agentlikləri: oxşar və fərqli cəhətlər ............................. 60
3.2. Azərbaycan reallıqlarını dünyaya çatdırmaqda yeni texnologiyalardan istifadə .. 69
Nəticə ........................................................................................................................... 77
Ədəbiyyat ..................................................................................................................... 82
-8-
Giriş
Bəşəriyyət yarandığı vaxtdan insanlar həmişə məlumat əldə etməyə ehtiyac
duymuşdur. Tarix boyunca xəbərlərin ötürülməsinin müxtəlif üsulları olmuşdur: tonqal
işarələri, qasidlər, göyərçinlər, məktublar, teleqraf, telefon, radio, qəzetlər, informasiya
agentlikləri, televiziya, internet və s.
İlk xəbər agentliklərin yaranması 19-cu əsrə təsadüf edir. Tam olaraq bu cür adlanması
da, dünyada xəbər agentliyinin ilk nümunəsi bostonlu tacir Samuel Gilbertin adı ilə
bağlıdır. Bostonda digər ölkələrdə baş verənlər barədə məlumat əldə etmək istəyən şəxslər
Avropadan gələn gəmiləri qarşılayaraq, dənizçilərdən xəbər almağa çalışırdılar. Bostonlu
tacirlərin ticarət və siyasət sahəsindəki xəbərlərə olan ehtiyacını nəzərə alan Samuel
Gilbert 1811-ci ildə öz dükanının bir hissəsini qiraətxana və çay salonuna çevirmişdir. O,
salonda iki dəftər qoyaraq, dənizçilərdən aldığı xəbərləri və məlumatları bu dəftərlərə
köçürüldü.
Bügünkü mənada xəbər agentliyinin ilk nümunəsi isə əslən macar olan fransalı Çarlz
Luis Havasın 1832-ci ildə yaratdığı “Havas Bürosu”dur. Bu agentliyinin devizi bu gün də
hamının nail olmağa çalışdığı məqsəd idi: “xəbəri tez al, tez çatdır”. Havasın ardınca,1850-
ci illərdə Londonda Röyter Xəbər Agentliyinin əsası qoyulmuş, 1853-cü ildə Turində
Stefani Agentliyi, 1855-ci ildə Almaniyada Volf Xəbər Agentliyi, 1857- ci ildə isə ABŞ-da
Nyu York Assoşieyted Press fəaliyyətə başlamışdır.
Dünya sivilizasiyanın yeni mərhələsi sayılan 20-ci əsrin sonu və üçüncü minilliyin
başlanğıcı müasir məzmunlu informasiya cəmiyyətini formalaşdırmışdır. Ən yeni texnika
və texnologiyaların yaratdığı mühit insan şüuruna, onun təfəkkürünə və sosial həyat tərzinə
də ciddi təsir göstərməklə yeni universal düşüncəli şəxsiyyət tipini meydana gətirmişdir.
Bu inkişaf bir çox mühüm sahələrdə dünyanın birgə-kollektiv idarə olunmasına, təbii
ehtiyatların və ekologiyanın müştərək istifadəsinin yeni meyarlarının müəyyənləşdiril-
məsinə, yeraltı, yerüstü və kosmik fəaliyyətlərin birgə tənzimlənməsinə gətirib çıxarmışdır.
Tərəqqinin bu cür gedişi insan amilinin bütün sahələrdə nəzərə alınmasını və cəmiyyətin
sərhədsiz, maneəsiz, senzurasız informasiya təminatının labüdlüyünü zəruri etmiş və bütün
bunları inkarolunmaz, həm də artıq geriyə dönülməsi mümkün olmayan fakta çevirmişdir.
Müasir cəmiyyət çoxyönlü və çoxçeşidli informasiya kanallarına, çox zəngin və
əhatəli informasiya ehtiyyatlarına malikdir. Ən başlıcası da odur ki, cəmiyyətin hər bir
üzvü bu informasiyani almaq, ondan bəhrələnmək və ona öz şəxsi münasibətini bildirmək,
əlavələr etmək imkanları da qazanmışdır. Bu, insanın şəxsi və sosial həyatını birbaşa
siyasələşməsi ilə deyil, eyni zamanda, onun intellektual qabiliyyətinin, mədəni səviyyəsi-