-20-
Nəhayət, sonuncu komponent mükəmməl informasiya qanunvericiliyi sisteminin
qurulmasıdır. Bu komponentlərin hamısı Azərbaycanda vardır və deyə bilərik ki, ölkəmiz
dünya informasiya məkanının fəal subyektlərindən biridir.
Proqnozlara görə, 10-15 ildən sonra iqtisadi potensial getdikcə daha sürətlə tükən-
məkdə olan xammal ehtiyatları və enerji resursları ilə deyil, yeni elmi texnologiyalarının
inkişaf səviyyəsi ilə müəyyən ediləcəkdir. Artıq dünyada informasiya texnologiyaları
hazırlayan şirkətlərin göstəriciləri də bunu sübut edir.
Tədqiqatçı alim V.Kuznetsov 5 il əvvəlin statistikasına istinad edərək yazır ki, ABŞ-da
resursların təqribən 60 faizi və məşğul əhalinin 80 faizi informasiyanın işlənməsi ilə
əlaqədar sahələrin payına düşür. İnformasiyanın inkişafı baxımından ABŞ başqa ölkələri 8-
10 il qabaqlayır və dünyada total hökümdarlığı əldən verməməyə çalışır. ABŞ-da 5 mindən
çox firma ictimaiyyətlə əlaqələrin öyrənilməsi və məsləhət xidmətləri ilə əlaqədar sahədə
çalışır. Onların illik gəliri yüz milyonlarla ölçülür. İri firmaların hamısında ictimaiyyətlə
əlaqə şöbələri fəaliyyət göstərir. Bu sahədə 250 mindən çox reklamçı və 30 mindən çox
jurnalist çalışır. 200-dən çox universitet və kollecdə bu sahə üçün mütəxəssis hazırlanır.
11
Göründüyü kimi, ABŞ-da informasiyanın istehsalı və mübadiləsi üçün mükəmməl
elmi, texniki, sosial, siyasi və iqtisadi mexanizmlər yaradılmışdır.Bu mexanizmlərin hər
biri öz fünksiyası çərçivəsində dünyada gedən proseslərə dair informasiyaları toplayıb
təhlil etmək, superdövlətin qlobal məkanda nüfuz dairəsini möhkəmləndirmək və
genişləndirmək işinə xidmət edir. Həmin iş digər vasitələrlə yanaşı, həm də informasiyanın
mübadiləsi üzərində qurulur.
İnformasiya mübadiləsi ölkə daxilində yerli qanunvericilik aktları, beynəlxalq aləmdə
isə dövlətlər, transmilli qurumlar arasında imzalanmış müqavilələr və sazışlər əsasında
həyata keçirilir. İnformasiya mübadiləsi ilə əlaqədar ilk beynəlxalq sazişlər 19-cu əsrə
aiddir. O vaxt bu müqavililər əsasən teleqraf rabitəsinə aid idi. Radionun, sonradan
televiziyanın kəşfi nəticəsində yayım şəbəkəsinin qanunvericilik yolu ilə tənzimlənməsi
zərurəti yaranmışdır. Tarixdən bəllidir ki, istər ideoloji sistemlərin, yaxud müharibə edən
tərəflərin təbliğatına qarşı aparılan mübarizə işi informasiya mübadiləsinin yeni
parametrlərini müəyyənləşdirmiş və onun tənzimlənməsində xüsusi rol oynamışdır.
Müharibə dövrlərinə aid elmi-tarixi ədəbiyyat müəlliflərinin qənaətinə görə, qanlı-qadalı
illərdə informasiyanın təsir gücü silahın gücündən heç də az olmamışdır. T.Y. Lebedevanın
fikrincə, müharibə, xüsusilə də İkinci Dünya müharibəsi yalnız ABŞ-da deyil, həm də
11
Кузнецов В Ф. Свяази с общественностыю. Теория и технологии: Учебник для студентов вузов по
спеециалъности. М.: Аспект Пресс, 2006, стр. 47
-21-
Böyük Britaniya, Almaniya, Fransa və başqa ölkələrdə ictimaiyyətlə əlaqələrin inkişafı
üçün təkan olmuşdur.
12
Ölkələr arasında informasiya mübadiləsi həm rəsmi dövlət qurumları (diplomatik
nümayəndəliklər, yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri, hökümətlərarası
komissayalar, müvafiq nazirliklər və s.), həm də milli xəbər agentlikləri vasitəsilə həyata
keçirilir. Müstəqil Azərbaycan Respublikasında bu funksiyanın yerinə yetirilməsində rəsmi
dövlət informasiya agentliyi olan AzərTAc-ın da mühüm rolu vardır. Dünyanın müxtəlif
ölkələrinin milli xəbər agentlikləri ilə informasiya mübadiləsinə dair müqavilə və sazişlərin
imzalanması AzərTAc-ın fəaliyyətinin üstünün istiqamətlərindən biridir. Bu barədə agent-
liyin Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 iyun tarixli Fərmanı ilə təsdiq
edilmiş Əsasnaməsində deyilir: “AzərTAc xarici ölkələrin informasiya agentlikləri və
digər kütləvi informasiya orqanları ilə mübadilə və ya kommersiya şərtləri əsasında
informasiya verilməsi (əldə edilməsi) haqqında müqavilələr bağlayır.”
13
Azərbaycanda dövlət müstəqilliyini bərpa etdikdən sonra AzərTAc informasiya
mübadiləsinə dair ilk rəsmi sənədi 1992-ci ildə Türkiyə Cümhuriyyətinin Anadolu
Agentliyi ilə bağlamışdır. Hazırda Asiya və Avropanın 25 dövlətinin milli xəbər
agentlikləri ilə imzalanmış müqavilə və sazişlər əsasında informasiya mübadiləsi aparılır.
14
Son illər Azərbaycanın regionun geosiyasi həyatında oynadığı rola artan marağın
nəticəsidir ki, bu müqavilə və sazişlərin böyük əksəriyyəti müvafiq ölkələrin milli
agentliklərinin təşəbbüsü ilə bağlaanmışdır. AzərTAc cəmiyyət həyatının ən müxtəlif
sahələrinə dair yenilikləri təkcə müqavilələr və sazişlər əsasında deyil, həm də birbaşa
əlaqələr yolu ilə beynəlxalq aləmdə və ölkədə yayır. Hazırda AzərTAc dünyanın 90-dan
çox dövlətinin milli xəbər agentliyi ilə informasiya mübadiləsi edir.
Mübadilə prosesində informasiyanın xüsusiyyətləri və formaları haqqında məsələ də
böyük əhəmiyyət kəsb edir. Tədqiqatçılar dövlətlər arasında mübadilə olunan informasiya-
ları “mənşəyinə” görə iki qrupa –rəsmi (formal) və qeyri-rəsmi (qeyri-formal) informasi-
yaya bölürlər. Bunlardan birincisi rəsmi strukturlarda və ictimaiyyətlə rəsmi əlaqə kanalla-
rında, ikincisi isə qeyri-rəsmi strukturlarda və kanallarda dövr edir. Formal informasiya
sosial idarəetmə sistemində rəsmi orqanlar tərəfindən hazırlanır və ötürülür, xarici əlaqə-
lərin qurulmasında çox mühüm və həlledici rol oynayır. Rusiyalı sosioloq V.Afanasıyev
12
Vəliyev H.A. Dünya informasiya agentlikləri: Dərs vəsaiti. B.: Bakı Universiteti nəşriyyatı, 2003, səh. 63
13
Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları (aprel-iyun 2001 ci il) Bakı:
Azərbaycan, 2001, səh. 104
14
www.azertag.gov.az/ “Bizim tərəfdaşlar bölməsi”