-24-
xəbərlərin verilicəyini (anonsda bildirilən bir-ikisindən başqa) bilmir və buna görə də
axıradək gözləməlidir. Eynilə internet saytlarını da onu maraqlandıran xəbərlərin,
yeniliklərin olduğunu bilmək üçün xeyli axtarmalıdır. Qəzet və ya jurnalı isə bir-iki dəqiqə
gözdən keçirməklə lazımi informasiyanın və ya digər materialın olub-olmadığını asanlıqla
bilmək mümkündür.
Yazılı mətbuatda qərəzsiz, obyektivliyi əks etdirən materialların dərc edilməsi bütün
dövrlərdə oxucular tərəfindən maraqla qarşılanmışdır. Konkret olaraq Azərbaycan
mətbuatını götürsək, təəssüflə deməliyik ki, belə yazılara çox az-az hallarda rast gəlirik.
Əlbəttə, burada bəzi qəzetlərdə baş alıb gedən qərəzli qarayaxmalardan yox, insanlarda
narahatlıq doğuran məsələlərin qaldırılmasından, əlaqədar strukturların bunların həllini
diqqətinin yönəldilməsindən söhbət gedir. Bu baxımdan səriştəli, obyektiv jurnalist
araşdırmalarının səmərəsi daha çox olardı. Deyilənləri təkcə gündəlik qəzetlərdə yox, eyni
dərəcədə telekanallara da şamil etmək olar.
Cəmiyyətin informasiyaya təlabatı ictimai tələbatdır və o, daim təkmilləşir, yeni
məzmun kəsb edir. Zaman keçdikcə insanların baxışları, yeni şəraitə uyğun ehtiyacları,
maraq dairəsi, bütövlükdə həyat tərzi dəyişir. “Bu da öz növbəsində kütləvi informasiya
vasitələrinin fəaliyyətində də müəyyən dəyişiliklər tələb edir. Burada müəyyən suallar
meydana çıxır. İlk növbədə, bu tələbatın xarakteri nədən ibarətdir və onun inkişaf meyli
necədir? Jurnalist fəaliyyətində bunları aydınlaşdırmaq və bu dəyişikləri müəyyən etmək
vacibdir.”
16
Şübhəsiz ki, heç bir qəzet və ya jurnal nə qədər çalışsa da, cəmiyyətin bütün təbə-
qələrinin, maraq qruplarının arzu və istəklərini tam şəkildə müəyyənləşdirə, informasiyaya
tələbatını yetərincə təmin edə bilməz. Bu, sadəcə mümkün deyildir. Lakin konkret
auditoriyanın şüurunda nəyi dəyişmək, nəyi sıxışdırıb aradan qaldırmaq, hansı dəyəri təbliğ
etmək, hansı suallara cavab vermək, dünyagörüşünü zənginləşdirmək üçün hansı
məlumatları vermək –bütün bunlar yazılı mətbuatın səmərəli fəaliyyət göstərməsi üçün
vacib şərtlərdəndi.
İnformasiya mübadiləsinin həm kəmiyyət, həm də keyfiyyət baxımından intensivləş-
məsi şəraitində ənənəvi kütləvi informasiya vasitələri sosial kommunikasiyanın tələblərini
ödəyə bilmirdi. Kompyuter texnologiyalarının inkişafı ilk vaxtlar hərbi məqsədlər üçün
yaradılmış interneti,sonralar sosial kommunikasiyanın tamamilə yeni vasitəsinə çevirmiş-
16
Буданцев Ю.П. Системность в изучении массовых информационных процессов. М.: Наука, 1986,
стр. 168
-25-
dir. Bu isə, yazılı mətbuatdan fərqli olaraq, informasiya agentliklərinə öz fəaliyyətini
genişləndirmək üçün yeni imkanlar açmışdır.
1970-ci illərin əvvəlində xəbərlərini bütün dünyaya yayan beş informasiya agentliyi
vardı: Assoşieyted Press, Yunayted Press (ABŞ ), Röyter (İngiltərə), Frans Press (Fransa)
və SİTA (SSRİ). Digər ölkələrin xəbər agentlikləri isə öz məhsullarını əsasən daxildə,
qismən də yerləşdikləri regionlarda yayırdı. İnternet yaranana qədər informasiya agentlik-
ləri məhsullarını geniş auditoriyaya bilavasitə çatdıra bilmirdi. Teleteyp, telefaks, elektron
şəbəkələr, poçt və digər rabitə vasitələrinin köməyi ilə yayılan bu məhsullar operativ
informasiya, müəyyən sahələrə aid xəbər bülletenləri, tematik paketlər, təcili buraxılışlar,
həftəliklər şəklində təqdim olunurdu.
İnternetin yaranmasından sonra isə informasiya agentliklərinin öz məhsullarını real
vaxt rejimində yaymaq imkanı vardır. Bu məhsulların bir qismi konkret abunəçilərə
göndərilsə də, bütövlükdə agentliklərin saytlarında yerləşdirilir. Beləliklə, yeni şəraitdə
xəbər agentliklərinin məhsullarından istifadəçilərin sayı qat-qat çox, coğrafiyası isə daha
genişdir.
Başqa sözlə desək, indi dünya informasiya məkanı yuxarıda adı çəkilən beş xəbər
agentliyinin inhisarında deyil,digər böyük və kiçik ölkələrin informasiya agentlikləri də bu
məkanda öz yerlərini tutmuşdur və tutacaqdır. Xəbər agentliklərinin özlərinin internet
serverlərini yaratması məhsullarını yaymaq üçün vasitəçilərin xidmətindən istifadəyə olan
ehtiyacı da aradan qaldırmışdır. İndi agentliklər müəyyən fərdi tipoloji əlamətlərə-
auditoriyaya, daxili struktura, janrlara, tərtibata və s. malik olan bitkin kütləvi informasiya
vasitəsinə çevrilmişdir. Beləliklə, “hadisə–informasiya agentliyi–KİV–cəmiyyət” zəncirin-
də agentliklərin vasitəçi rolu dəyişmişdir.
Yeni şəraitdə postsovet məkanında abunəçilərin dairəsinin genişlənməsi ilə xəbər
agentliklərinin məhsullarının çeşidi də dəyişmişdir. Bu isə bazar iqtisadiyyatının inkişafı
ilə bilavasitə bağlıdır. Keçmiş sovet dövründəki əsasən təbliğat xarakteri daşıyan
informasiyaların yerini daha çox iqtisadiyyat, maliyyə –biznes xəbərləri tutmağa başlamış-
dır. İnformasiya agentliklərinin fəaliyyətində daha bir yeni istiqamət görüntülü-səsli
xəbərlərin hazırlanmasıdır.
Qəzetlərdən fərqli olaraq, informasiya agentliklərinin çoxu fasiləsiz rejimdə işləyir,
yəni ütün sutka ərzində (o cümlədən istirahət və bayram günlərində) xəbərlər yayır. Bu
qurumların fəaliyyətinin səmərəliliyi bir də ondadır ki, tərəfdaşları ilə əməkdaşlıqdan
istifadə edərək, konkret ölkənin həyatına dair ən mühüm xəbərləri operativ şəkildə yaxın
və uzaq regionlara da çatdıra bilir.