-30-
Çoxsaylı mənbələrdən ən lazımlılarını seçərkən müəyyən meyarları rəhbər tutmaq
lazımdır. Bu meyarların ən əsası dəqiqlik və etibarlılıqdı. Jurnalistikada qəbul edilmiş
qaydaya görə, etibarlı informasiya daşıyıcısı kimi sabit nüfuz qazanmış mənbələrə etibar
edilir. Bu, ilk növbədə, mövzuya birbaşa aidiyyəti olan və hadisələrə bilavasitə cəlb
edilmiş vəzifəli şəxslər və təşkilatlardır. Hadisələrin iştrakçılarının özləri, eləcə də səriştəli
və hadisələrin bütün təfərrüatına bələd olan mətbuat xidmətləri bu qabildəndir.
Yoxlanılmış və naməlum mənbələrdən (eləcə də üçüncü şəxslərin və ya təşkilatların
sözlərinə əsasən) alınmış informasiyadan istifadə edilməsinə son dərəcə ehtiyatla yanaş-
maq lazımdır. Əks təqdirdə, xəbərlərini yoxlanılmamış məlumatlara əsaslanıb hazırlayan
və yayan informasiya agentliklərinə istehlakçıların (auditoriyanın) etimadı itər. Buna görə
də məlumatları və faktları başqa mənbələrdən alınmış informasiya ilə tutuşdurmaq, onlar
bir-birinə uyğun olmadığı halda xüsusi təhqiqat aparmaq və hər şeyi diqqətlə yenidən
yoxlamaq son dərəcə vacibdir.
İnformasiya axtarışı və KİV işçilərinin məlumatlandırılması sisteminin mükəmməlliyi
məsələsi də çox vacib amillərdəndir. İnformasiyanın haradan əldə edilməsi jurnalist üçün
ən başlıca məsələdir. Cəmiyyətdə belə bir fikir yaranmışdır ki, mütətəkkil informasiya
dəstəyi göstərilməsi KİV-lər üçün zəruridir. Bu gün cəmiyyətdə baş verən hadisələr barədə
jurnalistlərin məlumatlandırılması üçün kifayət qədər geniş sistem mövcuddur.
Məlumatlandırmanın əsas formalarına aşağıdakıları aid etmək olar:
Brifinqlər –kütləvi informasiya vasitələri işçilərinin qısa müşavirələri. Burada onlar
hakimiyyət strukturlarının bu və ya digər məsələyə dair mövqeyi ilə tanış olurlar;
Təqdimatlar –yeni müəssisə, yeni məhsul, fəaliyyətin yeni nəticələri ilə tanış olmaq
üçün hər hansı dövlət, ictimai və ya özəl strukturların nümayəndələrini ictimaiyyətlə, o
cümlədən mətbuat nümayəndələri ilə görüşləri;
Mətbuat konfransları –dövlət və ya ictimai xadimlərin, elm, mədəniyyət nümayəndə-
lərinin və başqalarının jurnalistlərə aktual hadisələrlə əlaqədar məlumat vermək və ya
onların suallarını cavablandırmaq üçün keçirdiyi görüşlər;
Press-relizlər müvafiq mətbuat xidmətlərinin bu və ya digər mühüm məsələlər barədə
hazırladığı məlumatların xüsusi icmalları;
Müxtəlif idarələrin və ictimai birliklərin mətbuat katiblərindən, mətbuat
xidmətlərindən, mətbuat mərkəzlərindən kütləvi informasiya orqanlarına faks və ya
elektron poçt vasitəsilə daxil olan təcili məlumatlar.
20
20
Azərbaycan mətbuat tarixi: Ali məktəb tələbələri üçün dərslik / A.Şahverdiyevin redaktəsi ilə. Bakı:
Təhsil, 2006, səh. 250
-31-
Jurnalistlərin dövlət orqanlarından və təşkilatlardan, ictimai birliklərdən və vəzifəli
şəxslərdən informasiya tələb etmək və onu almaq hüququnun qanunvericilik yolu ilə
nəzərdə tutulması son dərəcə əhəmiyyətli faktdır.
İnformasiyanın yayılması üçün müxtəlif kanallar seçərkən təcrübədə özünü doğruldan
aşağıdakı mühüm amillər nəzərə alınır.
-
Auditoriyanın həcmi;
-
Auditoriyanın keyfiyyət (peşə, sosial, problemə maraq dərəcəsi və s.) tərkibi;
-
İnformasiyanın çatdırılma müddəti (elektron məktub ünvan sahibinə bir neçə
dəqiqəyə çatırsa, çap edilmək üçün redaksiya tərəfindən qəbul edilmiş məqalənin nəşrini
bir neçə ay gözləmək lazım gələ bilər);
-
İnformasiyanın həmin kanal vasitəsilə yayılması üçün zəruri resurslar, o cümlədən
maliyyə resursları.
Hər bir dövlətin əsas məqsədlərindən biri öz vətəndaşlarına informasiya və biliklərə
yiyələnmək və vətəndaşların əsas azadlıqlarından birini –öz fikrini ifadə etmək, mədəni
həyatda və elmi tərəqqidə iştirak etmək azadlığını həyata keçirmək hüququ verməkdir.
Dövlət orqanları bu məqsədə nail olmaq üçün getdikcə daha çox həcmdə elə informasiya
yaradırlar ki, onlara İnternet vasitəsilə müraciət mümkündür. Bu informasiyanın bir
qisminin əhali tərəfindən açıq istifadə edilməsinə məhdudiyyət qoyulmuşdur, çünki həmin
hissə intellektual mülkiyyət hüquqları kimi qorunur, milli təhlükəsizlik və ya vətəndaşların
şəxsi həyat sahəsinə aiddir, ya da başqa səbəblərə görə məxfi informasiya hesab
edilir.Qlobal elektron informasiya məkanından hamılıqla yararlanmaq, çoxdilliliyi inkişaf
etdirmək və bu imkandan istifadə barədə YUNESKO-nun tövsiyəsində ictimai sərvət olan
informasiyaya aşağıdakı kimi tərif verilir: “Əhali üçün əlyetən olan, istifadə edilməsi,
məxfiliyə riayət olunması barədə qanunla nəzərdə tutulan hüquq və öhdəliklərin heç birini
pozmayan informasiya ümumi sərvət hesab edilir. Bu tərif, bir tərəfdən bütün əsərlərə və
ya müəllif hüquqlarına oxşar hüquqların obyektlərinə şamil edilir. Bu obyektlər lap
əvvəldən milli və ya beynəlxalq qanunvericiliklə qorunmadığına görə, yaxud bu cür
müdafiənin müddəti başa çatdığına görə cəmiyyətin bütün üzvləri heç bir icazə almadan
onlardan istifadə edə bilərlər. Digər tərəfdən, bütün rəsmi informasiya və cəmiyyət
tərəfindən yaradılmış, istifadə edilməsinə məhdudiyyətlər dövlət orqanları və ya
beynəlxalq təşkilatlar tərəfindən könüllü şəkildə ləğv olunmuş məlumatlar bu tərifə uyğun
gəlir.”
21
21
Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA): f.24, siy.1, sax., vah. 412. v.19