-22-
yazır ki, formal informasiya məzmunundan və formasından asılı olmayaraq, aşağıdakı
tələblərə cavab verməlidir:
1) Maksimum dəqiq olmalı, həqiqi vəziyyəti əks etdirməlidir (informasiyanın qəsdən
təhrif edilməsinə gəldikdə isə, bu, etika problemlərinə aiddir.);
2) Yetərli olamılıdır. İnformasiyanın yetərli olmaması sosial ünsiyyəti zəiflədir, onun
səmərəsini azaldır. Lakin informasiyanın azlığı kimi, onun çoxluğu da işin zərərinədir,
çünki bu, ümumi informasiyanın içində ən başlıca və mühüm olanı aydınlaşdırmağı və
başa düşməyi çətinləşdirir;
3) İnformasiya vaxtında daxil olmalıdır. Hətta son dərəcə qiymətli informasiya da
ünvanına çox gec və ya çox tez çatanda əhəmiyyətini itirir. Sonuncu halda informasiya
kifayət qədər aktual təsir bağışlasa da, onu alan şəxs buna diqqət yetirməyə bilər;
4) İnformasiya anlaşıqlı olmalıdır. Bu, istifadə olunan informasiyanın məzmunu və
ifadə forması baxımından semantik birtiplilik hesabına əldə edilir. İnformasiyanın
məzmununda yekrəngli mətnlərdə ümumi qəbul edilmiş və müəyyən olunmuş
anlayışlardan, terminlərdən, işarələrdən, göstəricilərdən istifadə edilməsini nəzərdə tutur.
İnformasiyanın verilmə forması, ilk növbədə, onun daşıyıcısı ilə bağlıdır və forma
razılaşdırmalı, hətta standartlaşdırılmalıdır. Məsələn, geniş əhali təbəqələri üçün
hakimiyyət orqanlarının bu və ya digər hərəkətlərini izah edən informasiya sadələşdirilmiş
formada təqdim edilməlidir;
5) İnformasiyanın ötürülməsinin bir formasından digərinə, məsələn, sənəd
formasından çap formasına keçmək imkanının olması da faydalıdır;
6
) İnformasiya maksimum yığcam olmalı, onun bütün vətəndaşlar tərəfindən asan
qavranılması təmin edilməlidir.
15
Bəs qeyri-rəsmi informasiya nədir? Onu rəsmi informasiyadan necə fərqləndirmək
olar? Müasir media məkanında bu cür informasiyalar bloqgerləri şəbəkəsi tərəfindən
hazırlanıb dövriyyəyə buraxılır. Qeyri-rəsmi informasiyaların mənbəyi qeyri-rəsmi
kanallardır. Bu informasiyalar müəyyən maraq qrupları tərəfindən uydurmalar və
fərziyyələr əsasında hazırlanır. Müasir kommunikasiya sistemində rəsmi informasiya azlıq
təşkil edəndə qeyri-rəsmi informasiyanın həcmi artır. Ona görə də internet resurslarından
əldə edilən informasiyaların etibarlığının yoxlanmasının, o cümlədən məlumatı yayanın
identikləşdirilməsinin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.
Yuxarıda deyilənləri ümumiləşdirərək bu qənaətə gəlmək olar ki, informasiya və onun
mübadiləsi müasir cəmiyyətdə inkişafın mühüm tərkib hissəsidir.
15
Афанасьев В.Г. Социальная информация. М.: Наука, 1994, стр.199
-23-
1.2. İnformasiyaya tələbatın təmin edilməsində xəbər agentliklərinin
rolu
Müasir dünyada informasiyaya tələbat tarixin əvvəlki dövrlərindən müqayisəedilməz
dərəcədə artmışdır. Bu isə informasiyanın məzmununa və formasına da ciddi təsir göstərir.
Hər bir konkret cəmiyyətdə ayrı-ayrı təbəqələrin ehtiyaclarını ödəmək üçün müxtəlif
məzmunlu və janrlı informasiyalara tələbat vardır. Ona görə də informasiya bazarının
istehsalçıları getdikcə artan bu tələbatı ödəmək üçün ən müasir texnologiyalardan və
texniki vasitələrdən istifadə etməklə yeni yollar axtarırlar. Lakin informasiya yayımının
həmcinin sürətlə artmasına, məzmun və forma müxtəlifliyinin çoxalmasına baxmayaraq,
21-ci əsrin bu ən mühüm məhsuluna tələbat nəinki azalmır, əksinə, onun dolğun şəkildə
ödənilməsi problemi yaranır. Hər gün oxucular milyonlarla nüsxə qəzet və jurnal alır.
Yüzlərlə xəbər agentliyi Yer kürəsinin hər bir guşəsindən yenilikləri, baş vermiş hadisələri
insanlara çatdırır. Minlərlə radio stansiyası və televiziya kanalı gecə-gündüz ən müxtəlif
məzmunlu informasiyalar yayır.Qloballaşma dalğası ötən dövrlərin vaxt, məsafə
anlayışlarını büsbütun aradan qaldırmışdır. Müasir dünyanı informasiyasız və onun
istehsalçıları olan KİV-lərsiz təsəvvür etmək mümkün deyildir. Bunlar milyardlarla insanın
düşüncə tərzinin, davranışının, beynəlxalq miqyasda və konkret cəmiyyətlərdə ictimai
rəyin formalaşmasına çox güclü təsir göstərir.
Bu qlobal prosesdə kütləvi informasiya vasitələrinin ilk formaları olan mətbuatın,
xəbər agentliklərinin öz yeri və rolu vardır. Kütləvi informasiya vasitələrinin dairəsi və
imkanları genişləndikcə, xüsusilə televiziyanın, müasir dövrdə isə internetin inkişafı ilə
ənənəvi mətbuatın –qəzet və jurnalların informasiya bazarında mövqeləri getdikcə
zəifləyir.
Bununla belə, hesab edirik ki, yazılı mətbuatın müəyyən üstün cəhətləri də vardır.
Bilik mənbəyi adlandırılan kitabı (elektron versiyası da daxil olmaqla) heç bir kütləvi
informasiya vasitəsi tam mənada əvəz edə bilməz. Eyni fikri müəyyən dərəcədə qəzet və
jurnallara da aid etmək olar. Oxucunun yazılı mətbuatdakı məlumatlara onun üçün
münasib olan istənilən vaxtda, saatda tanış olmaq imkanı var. O, bunu heç bir texniki
vasitəyə ehtiyac duymadan hər yerdə (işdə, küçədə, nəqliyyatda, evdə, səyahətdə,
ezamiyyətdə və s.) edə bilər. Oxucunun yazılı mətbuatda özünə lazım olan materialı
saxlamaq imkanı var və o, sonralar da ehtiyac yarandıqda ondan istifadə edir. Qəzet və
jurnallarda dərc olunmuş materiallardan istifadəni asanlaşdıran daha bir məqamı da
xatırlatmaq istərdik. Televiziya və ya radionun xəbərlər buraxılışında tamaşacı –
dinləyicinin lazım olan informasiyanı seçmək imkanı olmur. Çünki buraxılışda hansı