Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə10/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

 

-22- 


yazır  ki,  formal  informasiya  məzmunundan  və  formasından  asılı  olmayaraq,  aşağıdakı 

tələblərə cavab verməlidir: 

1)  Maksimum dəqiq  olmalı, həqiqi vəziyyəti  əks  etdirməlidir (informasiyanın  qəsdən 

təhrif edilməsinə gəldikdə isə, bu, etika problemlərinə aiddir.); 

2) Yetərli olamılıdır. İnformasiyanın  yetərli olmaması sosial ünsiyyəti zəiflədir, onun 

səmərəsini  azaldır.  Lakin  informasiyanın  azlığı  kimi,  onun  çoxluğu  da  işin  zərərinədir, 

çünki  bu,  ümumi  informasiyanın  içində  ən  başlıca  və  mühüm  olanı  aydınlaşdırmağı  və 

başa düşməyi çətinləşdirir

3)  İnformasiya  vaxtında  daxil  olmalıdır.  Hətta  son  dərəcə  qiymətli  informasiya  da 

ünvanına  çox  gec  və  ya  çox  tez  çatanda  əhəmiyyətini  itirir.  Sonuncu  halda  informasiya 

kifayət qədər aktual təsir bağışlasa da, onu alan şəxs buna diqqət yetirməyə bilər

4)  İnformasiya  anlaşıqlı  olmalıdır.  Bu,  istifadə  olunan  informasiyanın  məzmunu  və 

ifadə  forması  baxımından  semantik  birtiplilik  hesabına  əldə  edilir.  İnformasiyanın 

məzmununda  yekrəngli  mətnlərdə  ümumi  qəbul  edilmiş  və  müəyyən  olunmuş 

anlayışlardan,  terminlərdən,  işarələrdən,  göstəricilərdən  istifadə  edilməsini  nəzərdə  tutur. 

İnformasiyanın  verilmə  forması,  ilk  növbədə,  onun  daşıyıcısı  ilə  bağlıdır  və  forma 

razılaşdırmalı,  hətta  standartlaşdırılmalıdır.  Məsələn,  geniş  əhali  təbəqələri  üçün 

hakimiyyət orqanlarının bu və ya digər hərəkətlərini izah edən informasiya sadələşdirilmiş 

formada təqdim edilməlidir; 

5)  İnformasiyanın  ötürülməsinin  bir  formasından  digərinə,  məsələn,  sənəd 

formasından çap formasına keçmək imkanının olması da faydalıdır; 

6

)  İnformasiya  maksimum  yığcam  olmalı,  onun  bütün  vətəndaşlar  tərəfindən  asan 



qavranılması təmin edilməlidir.

15

 



Bəs  qeyri-rəsmi  informasiya  nədir?  Onu  rəsmi  informasiyadan  necə  fərqləndirmək 

olar?  Müasir  media  məkanında  bu  cür  informasiyalar  bloqgerləri  şəbəkəsi  tərəfindən 

hazırlanıb  dövriyyəyə  buraxılır.  Qeyri-rəsmi  informasiyaların  mənbəyi  qeyri-rəsmi 

kanallardır.  Bu  informasiyalar  müəyyən  maraq  qrupları  tərəfindən  uydurmalar    və 

fərziyyələr əsasında hazırlanır. Müasir kommunikasiya sistemində rəsmi informasiya azlıq 

təşkil  edəndə  qeyri-rəsmi  informasiyanın  həcmi  artır.  Ona  görə  də  internet  resurslarından 

əldə  edilən  informasiyaların  etibarlığının  yoxlanmasının,  o  cümlədən  məlumatı  yayanın 

identikləşdirilməsinin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. 

Yuxarıda deyilənləri ümumiləşdirərək bu qənaətə gəlmək olar ki, informasiya və onun 

mübadiləsi müasir cəmiyyətdə inkişafın mühüm tərkib hissəsidir. 

                                                           

15

 Афанасьев В.Г. Социальная информация. М.: Наука, 1994, стр.199 



 


 

-23- 


1.2.  İnformasiyaya  tələbatın  təmin  edilməsində  xəbər  agentliklərinin 

rolu 

Müasir  dünyada  informasiyaya  tələbat  tarixin  əvvəlki  dövrlərindən  müqayisəedilməz 

dərəcədə artmışdır. Bu isə informasiyanın məzmununa və formasına da ciddi təsir göstərir. 

Hər  bir  konkret  cəmiyyətdə  ayrı-ayrı  təbəqələrin  ehtiyaclarını  ödəmək  üçün  müxtəlif 

məzmunlu  və  janrlı  informasiyalara  tələbat  vardır.  Ona  görə  də  informasiya  bazarının 

istehsalçıları  getdikcə  artan  bu  tələbatı  ödəmək  üçün  ən  müasir  texnologiyalardan  və 

texniki  vasitələrdən  istifadə  etməklə  yeni  yollar  axtarırlar.  Lakin  informasiya  yayımının 

həmcinin  sürətlə  artmasına,  məzmun  və  forma  müxtəlifliyinin  çoxalmasına  baxmayaraq, 

21-ci  əsrin  bu  ən  mühüm  məhsuluna  tələbat  nəinki  azalmır,  əksinə,  onun  dolğun  şəkildə 

ödənilməsi  problemi  yaranır.  Hər  gün  oxucular  milyonlarla  nüsxə  qəzet  və  jurnal  alır. 

Yüzlərlə xəbər agentliyi Yer kürəsinin hər bir guşəsindən yenilikləri, baş vermiş hadisələri 

insanlara  çatdırır.  Minlərlə  radio  stansiyası  və  televiziya  kanalı  gecə-gündüz  ən  müxtəlif 

məzmunlu  informasiyalar  yayır.Qloballaşma  dalğası  ötən  dövrlərin  vaxt,  məsafə 

anlayışlarını  büsbütun  aradan  qaldırmışdır.  Müasir  dünyanı  informasiyasız  və  onun 

istehsalçıları olan KİV-lərsiz təsəvvür etmək mümkün deyildir. Bunlar milyardlarla insanın 

düşüncə  tərzinin,  davranışının,  beynəlxalq  miqyasda  və  konkret  cəmiyyətlərdə  ictimai 

rəyin formalaşmasına çox güclü təsir göstərir. 

Bu  qlobal  prosesdə  kütləvi  informasiya  vasitələrinin  ilk  formaları  olan  mətbuatın, 

xəbər  agentliklərinin  öz  yeri  və  rolu  vardır.  Kütləvi  informasiya  vasitələrinin  dairəsi  və 

imkanları  genişləndikcə,  xüsusilə  televiziyanın,  müasir  dövrdə  isə  internetin  inkişafı  ilə 

ənənəvi  mətbuatın  –qəzet  və  jurnalların  informasiya  bazarında  mövqeləri  getdikcə 

zəifləyir. 

Bununla  belə,  hesab  edirik  ki,  yazılı  mətbuatın  müəyyən  üstün  cəhətləri  də  vardır. 

Bilik  mənbəyi  adlandırılan  kitabı  (elektron  versiyası  da  daxil  olmaqla)  heç  bir  kütləvi 

informasiya  vasitəsi  tam  mənada  əvəz  edə  bilməz.  Eyni  fikri  müəyyən  dərəcədə  qəzet  və 

jurnallara  da  aid  etmək  olar.  Oxucunun  yazılı  mətbuatdakı  məlumatlara  onun  üçün 

münasib  olan  istənilən  vaxtda,  saatda  tanış  olmaq  imkanı  var.  O,  bunu  heç  bir  texniki 

vasitəyə  ehtiyac  duymadan  hər  yerdə  (işdə,  küçədə,  nəqliyyatda,  evdə,  səyahətdə, 

ezamiyyətdə  və  s.)  edə  bilər.  Oxucunun  yazılı  mətbuatda  özünə  lazım  olan  materialı 

saxlamaq  imkanı  var  və  o,  sonralar  da  ehtiyac  yarandıqda  ondan  istifadə  edir.  Qəzet  və 

jurnallarda  dərc  olunmuş  materiallardan  istifadəni  asanlaşdıran  daha  bir  məqamı  da 

xatırlatmaq  istərdik.  Televiziya  və  ya  radionun    xəbərlər  buraxılışında  tamaşacı  – 

dinləyicinin  lazım  olan  informasiyanı  seçmək  imkanı  olmur.  Çünki  buraxılışda  hansı 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə