Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə12/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   ...   8   9   10   11   12   13   14   15   ...   37

 

-26- 


Qeyd  etmək  lazımdır  ki,  mətbuatla  müqayisədə  informasiya  agentliklərinin,  o 

cümlədən AzərTAc-ın dünya informasiya məkanında geniş qarşılıqlı əlaqələri, əməkdaşlığı 

vardır.  Bu,  həm  ikitərəfli  qaydada,  həm  də  agentliklərin  regional  birlikləri  çərçivəsində 

həyata keçirilir. 

Ayrı-ayrı  müştərilər  (abunəçilər)  üçün  hazırlanan  materialları  nəzərə  almasaq, 

informasiya  agentliklərinin  məhsulları  “hamı  üçün”    buraxılır.  Başqa  sözlə,  qəzetlərdən 

fərqli olaraq, onlar auditoriyanı itirmək qorxusu ilə üzləşmir. 

İnformasiya-kommunikasiya  texnologiyaları  inkişaf  etdikcə,  agentliklərinin  fəaliy-

yətinin  səmərəliyinin  artırılması  üçün  də  yeni-yeni  imkanlar  yaranır.  Bu  isə  qəzetlərin 

əksinə  olaraq,  insanların  bütövlükdə  cəmiyyətin  informasiyaya  tələbatının  təmin 

edilməsində  agentliklərin rolunu daha da artırır. Buna  görə  də  onların  real  vaxt rejimində 

və fasiləsiz yayılan informasiyalarına təlabat həmişə olacaqdır. 

 

1.3. İnformasiya mənbələri, xəbərlərin əldə edilməsi yolları, 

xəbərlərin hazırlanması və yayılması problemləri 

İnformasiyaya əsaslanan biliklər cəmiyyətinin yaradıcılığı müasir şəraitdə informasiya 

və  kommunikasiya  texnologiyalarından,  xüsusən  qlobal  elektron  informasiya  şəbəkə-

lərindən hamının istifadə etməsi bu məqsədə catmaq üçün mütləq zərurətdir. Bundan əlavə

informasiya  hüququnun  təmin  edilməsi  və  mədəni  müxtəlifliyin  qorunub  saxlanması 

məqsədi  ilə  elektron  məkanda  çoxdilliliyin  inkişaf  etdirilməsi  strateji  baxımdan  həyati 

əhəmiyyət kəsb edir.Təbii ki, informasiya mənbələrinin ən əhəmiyyətlisi sənəddir. Sənəd-

yazılı  formada  maddi  informasiya  daşıyıcısıdır.  Lüğətlərdə  bu  terminə  aşağıdakı  kimi 

qisaca tərif verilir: “Sənəd hüquqi cəhətdən təsdiq edilmiş yazılı kağız olub, onun sahibinin 

müəyyən  imtiyaza  malik  olması  ilə  bağlı  hər  hansı  faktı  təsdiq  edir.”

17

 Lakin  “sənəd” 



sözünün  daha  geniş  anlamı  da  mövcuddur.  Q.  V.  Lazutina  yazır:  “Jurnalistika  üçün  bu 

sözün hər iki mənası aktualdır: “işgüzar kağız” jurnalistin fəaliyyətinin məqsədinə müvafiq 

olaraq  onun  diqqət  sahəsinə  düşən  sənədli  informasiya  mənbələrinin  çox  müxtəlif 

növlərindən  yalnız  biridir.”

18

 Bu  mənbələrin  növləri  arasında  dövlət  və  hökümət 



qərarlarını, press-relizləri, informasiya agentliklərinin və digər KİV- lərin xəbərlərini və s. 

göstərmək olar. 

                                                           

17

 Məhərrəmli Q.M. Kino, televiziya, radio terminləri. İzahlı lüğət. Bakı: “Azərbaycan Milli Ensiklopediyası” 



Nəşriyyat –Poliqrafiya Birliyi, 2002, səh. 352 

 

18



Əhmədli  N.A.  Kütləvi  informasiya  vasitələri  xaricə  siyasi  təbliğat  sistemində.  B.:  Bakı  Universiteti 

nəşriyyatı, 2004, səh. 86 




 

-27- 


Jurnalistin  işləməli  olduğu  faktların  bütün  növləri  arasında  auditoriya  informasiyası 

xüsusi  yer  tutur.  Bu  və  ya  digər  vəziyyəti,  bu  və  ya  digər  faktı  necə  qavranması  barədə 

məlumatlar  müntəzəm  alınmadıqda  və  dərk  edilmədikdə  KİV  öz  məhsulunun  bazarda 

rəqabət qabiliyyətli olması şansını tamamilə itirir. “Auditoriyanı öyrənmək KİV-lərdə pe-

şəkar  işin  zəruri  və  ən  mühüm  cəhətidir.  Burada  təkcə  xidməti  vəzifələrin  yerinə  yeti-

rilməsi mənasında deyil, həm də auditoriyaya ixtisaslı, savadlı yanaşma baxımından peşə-

karlıqdan söhbət gedir.”

19

 



İnformasiyanın  ən  mühüm  mənbələrindən  biri  də  jurnalisti  əhatə  edən  aləmdir.  O, 

informasiyanı həmin aləmdən müstəqil şəkildə əldə edə bilər. İnformasiya mənbələrinin bu 

növündən söhbət  gedəndə jurnalistin şəxsi  müşahidələrini, ifadələrini fərqləndirmək olar. 

Yenilikləri  yaradan  şəxs  çox  vaxt  öz  materiallarına  heç  bir  sənəddə  və  ya  informasiya 

agentliklərinin məlumatında olmayan faktlar daxil edir və öz növbəsində, onun hazırladığı 

materiallar  həmkarları  və  digər  KİV-lər  üçün  ilk  informasiya  mənbəyi  rolunu  oynayır. 

Beləliklə,  jurnalist  onu  əhatə  edən  aləmdən  müstəqil  şəkildə  əldə  etdiyi  informasiyanın 

retranslyatoruna çevrilir. 

Şəxsi  müşahidə  jurnalistikada  çoxdan  mənimsənmiş  və  əvəzedilməz    informasiya 

mənbəyidir. Jurnalistlər müşahidəni maksimum səmərə ilə aparmaq üçün müvəqqəti olaraq 

öz peşələrini dəyişmiş (bu cür müşahidəyə qoşma müşahidə deyilir) və fəaliyyət sahəsini 

öyrənmək istədikləri adamların “donuna girmişlər”. 

İnformasiya əldə edilməsinin digər yolları da vardır, məsələn: 

 

 ədəbiyyat materialı ilə işləmək və icmallar tərtib etmək



 

 informasiyanı  saxlayan  təşkilatlara  (dövlət  və  ictimai  təşkilatlar  və  müəssisələrə) 

sorğular göndərmək; 

 

 bu işə məsləhətçilər və ya ekspertlər cəlb etmək



 

 internetdə informasiya axtarışı. 

İnformasiya mənbələrinin çoxalması,  onların  infrastrukturunun  gündən-günə artması, 

məlumat bazasının məzmunca və formaca zənginləşməsi, çeşidli şəbəkələr halına gəlməsi 

müasir dövrün reallığına çevrilmişdir. 

İqtisadi  inkşafın  yeni  tipinə,  vətəndaş  cəmiyyətinə  və  hüquqi  dövlətə  keçid,  siyasi 

plüralizm  həyatın  bütün  sahələrində  informasiyaya  çox  böyük  zərurət  və  ictimai  tələbat 

doğurur. Bu isə öz növbəsində, informasiyanın vətəndaşlar üçün açıq olmasını və onların 

informasiya  əldə  etmək  barədə  konstitusiya  hüququnun  həyata  keçməsini  təmin  etməyə 

                                                           

19

Məmmədli C.Ə. Jurnalistikanın müasir inkişaf meyilləri. Bakı: Elm, 2006, səh. 464  



 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə