Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə13/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   ...   9   10   11   12   13   14   15   16   ...   37

 

-28- 


yönəlməsi  deməkdir.  Bu  zərurət  KİV-lərin  cəmiyyət  həyatında  xüsusi  rolunu,  informa-

siyanın  kütləvilik,  tiraj,  dövrilik  kimi  mühüm  xassələrini,  daim  artan  informasiya 

resurslarından  istifadə  edilməsini,  ilkin  informasiya  mənbələri  funksiyalarının  yerinə 

yetirilməsini  və  s.  şərtləndirir.  Digər  tərəfdən,  müasir  kütləvi  informasiya  vasitələri 

dünyada baş verən hadisələri operativ  əks etdirməklə  yanaşı,  həm  də daha geniş  mənada 

informasiyanın təhlili, onun ilkin süzgəcdən keçirilməsi və məqsədyönlü şəkildə seçilməsi 

ilə məşğul olur. 

Bir  qayda  olaraq,  hər  bir  yeni  informasiya  müəyyən  metodlardan  istifadə  etməklə 

yaranır.  Publisistik  materialların  hazırlanması  da  onun  kimə  və  nə  formada  təqdim 

edilməsindən, layihənin məqsəd və vəzifələrindən, habelə materialın konkret olaraq, hansı 

auditoriyaya  ünvanlanmasından  əhəmiyyətli  dərəcədə  aslıdır.  Məsələn,  eyni  mövzuda 

qəzet  məqaləsi,  videomaterial  və  sair  hazırlamaq  olar.  Bu  material  mühüm  problemin 

mövcud  olması  və  onun  səbəbləri  barədə  yığcam,  ifadəli  və  qavranılması  asan  olan 

formada məlumat verməlidir. Belə materialda praktiki tövsiyələr, fəaliyyətə çağırışlar mü-

hüm yer tutmalıdır. Təbii ki, burada elmi ciddilikdən danışmağa dəyməz. Sadəcə olaraq, bu 

materialın  məzmununu  başqa  sənədlərin  köməyi  ilə  əsaslandırmaq  və  belə  sənədlərin 

olduğunu xatırlatmaq lazımdır. İnformasiyanın mənşəyi haqqında məlumatlar onun düzgün 

başa  düşülməsi  və  qiymətləndirilməsi,  material  ilə  səmərəli  işləmək  üçün  zəruridir. 

İnformasiya  mənbəyində  bu  cür  məlumatların  olması  onun  həqiqiliyini  və  müəyyən 

dərəcədə  tamlığını  qiymətləndirməyə  imkan  verir.  Elmi  nəşrlər  üçün  istifadə  edilmiş 

mənbələrə,  tətbiq  edilmiş  metodlara  istinadların  olması  zəruridir.  Ancaq  digər 

informasiyalarda istinadların ciddi qaydalar üzrə tərtib edilməsi çox zaman bilinmir. Buna 

baxmayaraq,  məlumatların  haradan  götürüldüyünün  göstərilməsi,  hər  bir  halda,  informa-

siya  mənbəyinin  hər  hansı  bir  üstünlüyüdür.  Məsələn,  yoluxucu  xəstəliyin  yayılma 

coğrafiyası  barədə  kiçik  imformasiyada  həmin  məlumatın  əldə  edildiyi  mənbə  göstərilə 

bilər:  “Rayon  sanitar-epidemioloji  stansiyasının  məlumatına  görə”  və  ya  “müəllif  tərəfin-

dən aparılmış  araşdırmaların nəticələrinə  əsasən”. Bu cür istinad həmin faktla bağlı  əlavə 

məlumatı haradan əldə etməyin mümkün olduğunu göstərir. 

Əgər materialın müəllifi şərhin gedişində ilkin müddəalar əsasında müəyyən nəticələr 

çıxarırsa,  məntiqi  mühakimənin  bütövlüyü  təmin  olunmalı,  əsaslandırmada  nəzərdən 

qaçmış  elementlərin  olmasına  imkan  verilməməlidir.  Məsələn,  müəyyən  texnologiyanın 

qısa təsvirindən sonra onun ekoloji təhlükəsizliyi barədə fikir  yalnız o halda əsaslandırıl-

mış hesab edilə bilər ki, bu texnologiyanın ətraf mühitə və insanın sağlamlığına təsiri də 



 

-29- 


nəzərdən  keçirilmiş  olsun.  Beləliklə,  mənbəyi  istinad  və  əsaslandırmaların  olması 

informasiya ilə işin əsas amilidir. 

Müasir jurnalistika elmində “İnternet hüdudsuz informasiya xəzinəsidir” ifadəsinə tez-

tez  rast  gəlirik.  Bu,  inkarolunmaz  həqiqətdir.  Artıq  jurnalistikada  internet  kimi  yeni  bir 

fenomen  yaranmışdır.  Məsələyə  geniş  mövqedən  yanaşsaq,  internet  sənəddən,  insandan, 

eləcə  də  ətraf  mühitdən  alınan  informasiyanın  toplandığı  zəngin  xəzinədir.  Ümümdünya 

internet şəbəkəsində olan informasiyanı jurnalist üçün əhəmiyyəti əvəzsizdi. 

İnformasiya mənbələri içərisində informasiya agentliklərinin böyük rolu vardır. KİV-

lərə inormasiya məhz həmin agentliklərdən daxil olur.Şərhlər və jurnalist “tapıntıları”ı ilə 

sığallanmış bu materiallar istehlakçıya internet saytları, qəzetlər və s. informasiya vasitələri 

ilə təqdim edilir. 

İnformasiya  mənbələri  içərisində  statistika  idarələri  və  statistik  informasiyalar  da 

xüsusi yer tutur və onların məlumatları müəyyən vaxt ərzində dəyişdirilməli və ona xüsusi 

nəzarət edilməlidir. 

Mühüm informasiya mənbəyi kimi kitabxanaların da böyük rolu vardır və informasiya 

mənbələri içərisində onun nüfuzu həmişə yüksəkdir. 

Bu sahədə arxiv idarələrinin də rolu böyükdür. Arxivlər dedikdə, dövlət və bələdiyyə 

arxivləri,  dövlət  muzeylərinin  və  kitabxanalarının,  Elmlər  Akademiyası  sisteminə  aid 

müəssisələrin arxivləri və s. kimi geniş bir şəbəkə nəzərdə tutulur. 

Bunlardan  başqa,  birja  və  maliyyə,  habelə  iqtisadi  və  kommersiya  informasiyalarını 

əhatə edən kompleks məlumat bazaları da vardır. Onlar əsasən, sərmayəçilər və müəssisə 

rəhbərləri  üçün  nəzərdə  tutulmuşdur.  Əsasən,  xarici  ölkələrdə  işgüzar  fəaliyyətlə  bağlı 

yeniliklər xarici informasiya agentliklərinin məlumat bazalarında (LEXİS-NEXİS, Dialog, 

Reuters) saxlanılır. 

İnformasiya  üçün  əsas  mənbələr  müxtəlif  mövzular  üzrə  məlumat  bazalarını 

birləşdirən dünya şöhrətli informasiya agentlikləridir. Onların hazırladıqları “məhsullar” –

kütləvi  istehlak  üçün  nəzərdə  tutulan  informasiyalar  insanların  geniş  dairəsində  maraq 

doğurur. 

Kütləvi və istehlak informasiyası sektoruna xəbər xidmətlərinin və agentliklərin infor-

masiyası,  mətbuat,  elektron  jurnallar,  məlumat  kitabları,  ensiklopediyalar,  əyləncə  xarak-

terli  informasiyalar,  hava  haqqında  məlumatlar,  nəqliyyatın  hərəkəti  barədə  xəbərlər 

daxildir. Bu sektor elektron kompyuter oyunları, istehlakçılar üçün reklam, mübadilə, alqı-

satqı barədə təkliflər, mehmanxana və restoranların sorğu kitablarını, turist səfərləri barədə 

məlumatları və s. təklif edir. 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə