Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə21/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   ...   17   18   19   20   21   22   23   24   ...   37

 

-45- 


Martın  15-də  Nazirlər  Kabineti  Prezidentin  2000-ci  il  17  yanvar  tarixli  Fərmanının 

icrası  ilə  bağlı  müvafiq  qərar  qəbul  etdi.  Qərara  əsasən,  AzərTAc-ın  maddi-texniki 

bazasının  müasir  tələblər  səviyyəsinə  çatdırılması,  o  cümlədən  xarici  ölkələrdəki  müxbir 

məntəqələrinin texniki avadanlıqla təchiz olunması məqsədi ilə 500 milyon manat, 2000-ci 

il  yanvarın  17-dən  etibarən  əməkdaşların  əməkhaqqının  50  faiz  artırılması  ilə  əlaqədar 

373,5 milyon manat vəsait ayrıldı. 

2002-ci  il  iyunun  29-da  Prezidentin  Fərmanı  ilə  “Azərbaycan  Dövlət  Teleqraf 

Agentliyi (AzərTAc) haqqında “Əsasnamə” təsdiq edildi. 

Əsasnaməyə  görə,  Azərbaycan  Respublikasının  Prezidentinə  tabe  olan  Azərbaycan 

Dövlət  Teleqraf  Agentliyi-AzərTAc  ölkənin  ictimai-siyasi,  iqtisadi  ,sosial  və  mədəni  

həyatı  barədə  informasiya  toplayan,  onu  kütləvi  informasiya  vasitələrinə  (o  cümlədən 

xarici olkələrin İnformasiya vasitələrinə),Azərbaycan Respublikasının dövlət  orqanlarına, 

idarə, təşkilat və müəsisələrinə, ictimai birliklərə operativ surətdə çatdıran dövlət orqanıdır. 

Fərmanda  həmçinin  göstərilir  ki,  fəaliyyətində  Azərbaycan  Respublikasının 

Konstitusiyasını,  Azərbaycan  Respublikasının  qanunlarını,  Azərbaycan  Respublikasının 

Prezidentinin  fərman  və  sərəncamlarını,  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

qərar  və  sərəncamlarını,  Azərbaycan  Respublikası  tərəfindən  imzalanmış  beynəlxalq  

müqavilələri  və  sazişləri,  habelə  bu  Əsasnaməni  rəhbər  tutan  AzərTAc  hüquqi 

şəxsdir,müstəqil  balansı,  operativ  idarəçilik  hüququ  ilə  dövlət  mülkiyyəti,  müvafiq  bank 

hesabları,  Azərbaycan  Respublikasının  dövlət  gerbinin  təsviri,  agentliyin  Azərbaycan  və 

ingilis  dillərində adı əks olunmuş möhürü, müvafiq ştampları, öz emblemi və firma nişanı 

vardır.  AzərTAc-ın  fəaliyyətinin  müəyənləşdirlməsi  Azərbaycan  Respublikasının  dövlət 

büdcəsi və qanunvericilikdə qadağan olunmayan digər mənbələr hesabına keçirilir.

31

 



AzərTAc-ın  əsas  vəzifəsi  dövlət  səviyyəsində  rəsmi  xəbərləri  xalqa  çatdırmaqdan  və 

Azərbaycan  Respublikası  haqqında  obyektiv  məlumatları  beynəlxalq  miqyasda  geniş 

yaymaqdan ibarətdir. 

AzərTAc  Əsasnamə  ilə  müəyyən  edilmiş  vəzifələrə  uyğun  olaraq  aşağıdakı 

funksiyaları həyata keçirir: 

10.1.Ölkənin  daxili  və  xarici  siyasətinin  ən  mühüm  hadisəsləri    haqqında,  ictimai-

siyasi,  regional  və  beynəlxalq  hadisələr  barədə  xəbərləri  və  fotoşəkilləri,  Azərbaycan 

Respublikasının  Prezidentinin,  Azərbaycan  Respublikası  Milli  Məclisinin,  Azərbaycan 

Respublikası  Nazirlər  Kabinetinin  və  başqa  dövlət  hakimiyyəti  orqanlarının  rəsmi 

                                                           

31

 Azərbaycan Respublikasının fərmanları və sərəncamları (aprel-iyun 2001-ci il). Bakı: Azərbaycan, 2001, 



səh. 78  


 

-46- 


materiallarını  kütləvi informasiya vasitələri, arzu edən bütün hüquqi və fiziki şəxslər üçün 

öz kanalları ilə və beynəlxalq internet şəbəkəsi vasitəsilə yayır; 

10.2.  Özünün  nəşrlərini  (qəzet,  jurnal,)informasiya  bülletenlərini,  çap,  kompyuter, 

foto,  vizual  və  digər  məhsullarını  buraxır  və    onları  Azərbaycan    Respublikasnda  və 

xaricdə abunə, pərakəndə satış, fərdi yol ilə, eləcə də internet vasitəsi ilə yayır; 

10.3.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada, 

dövlətin siyasətinə uyğun olaraq və mövcüd imkanlar daxilində ölkədə və xaricdə özünün 

informasiya  xidmətlərini  (müxbir  məntəqələrini,  informasiya  mərkəzlərini)    təsis  edir, 

yenidən qurur və ləğv edir

10.4. Xarici ölkələrin znformasiya agentlikləri və  digər kütləvi informasiya orqanları 

ilə  mübadilə  və  ya  kommersiya  şərtləri  əsasında  informasiya  verilməsi  (əldə  edilməsi) 

haqqında müqavilələr bağlayır; 

10.5.  Müəyyən  olunmuş  qaydada  informasiya  sahəsində    ixrac-idxal  əməliyyatları 

aparır,  təmsilçilik fəaliyyəti göstərir, kommersiya fəaliyyəti ilə məşğul olur; 

10.6.  Qanunvericiliyə  uyğun  olaraq,  müxtəlif  idarə,  təşkilat  və  müəssisələr, 

Azərbaycan Respublikasında işləyən xarici şirkətlərlə birgə fəaliyyət haqqında müqavilələr 

bağlayır. 

Prezidentin  2002-ci  il  dekabrın  28-də  imzaladığı  “Azərbaycan    Dövlət  Teleqraf 

Agentliyi (AzərTAc) işçilərinin maddi təminatının yaxşılaşdırılması haqqında” sərəncama 

əsasən işçilərin aylıq vəsifə maaşları 1,5 dəfə artırıldı. İstirahət və bayram günləri də  daxil 

olmaqla, agentliyin gecə-gündüz fasiləsiz fəaliyyət  göstərməsini təmin etmək məqsədi ilə 

işçilərin əmək haqlarına əlavələr və digər ödənişlər müəyyənləşdirildi.

32

 

2003-cü  il  yanvarın  1-dən  fasiləsiz  iş  rejimində  fəaliyyət  göstərməyə  başlayan 



AzərTAc  gün  ərzində  orta  hesabla  350  min  işarədən  çox  informasiya,  30-40  fotoinfor-

masiya buraxmağa nail oldu ki, bu da ötən illərlə müqayisədə 10 dəfə çoxdur. 

2005-ci  il  AzərTAc-ın  tarixinə  əlamətdar  il  kimi  daxil  oldu  –agentlik  özünün  85 

illiyini qeyd etdi. 

AzərTAc-ın  zəngin  informasiya  və  foto  arxivin  qorunduğu  ən  müasir  server  qurğusu 

və  tamamilə  yeniləşdirilmiş  saytı  vardır  (www.azertag.gov.az).  Saytda  təxminən  hər  iki 

dəqiqədən  bir  altı  dildə  –Azərbaycan,  rus,  ingilis,  alman,  fransız  və  ərəb  dillərində 

materiallar yerləşdirilir. 

AzərTAc-ın  buraxdığı  xəbərləri  respublika  mətbuatı,  informasiya  agentlikləri, 

səfirliklər,  müxtəlif  təşkilatlar  gün  ərzində  e-mail,  FTP  və  s.  vasitəsilə  alırlar.Hazırda 

                                                           

32

 Azərbaycan Respublikasının fərmanları və sərəncamları (aprel-iyun 2001-ci il). Bakı: Azərbaycan, 2001, 



səh. 103 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə