Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə18/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   ...   14   15   16   17   18   19   20   21   ...   37

 

-39- 


məsul işi çox tezliklə öyrənmək lazım gəlirdi.İnformasiyanı yaymaq üçün texniki imkanlar 

son  dərəcə  məhdud  idi  və  mümkün  olan  bütün  üsullardan  istifadə  etməyə  çalışırdıq. 

Məsələn, Kommunist və Caparidze (indiki İstiqlaliyyət və Əziz Əliyev –A.A.) küçələrinin 

kəsişməsində  quraşdırılmış  böyük  ekranda  nümayiş  etdirilən  işıq-qəzet  informasiyanın 

yayılmasında  mühüm  rol  oynayırdı.  Sonralar  Bakının  fəhlə  rayonlarında  da  nümayiş 

etdirilən belə işiq–qəzetlər–oxucu–tamaşıçılar tərəfindən maraqla qarşılanırdı”. 

25

 

Zaqafqaziya Federasiyası yarandıqdan sonra, 1923-cü ilin martında üç Cənubi Qafqaz 



respublikasının informasiya agentlikləri ZaqTA yenidən müstəqil informasiya orqanı kimi 

fəaliyyətini bərpa etdi. 

1932-ci  ildə  Azərbaycan  Xalq  Komissarları  Sovetinin  xüsusi  olaraq  ayırdığı  valyuta 

hesabına  xaricdən  alınmış  “Kleynşmidt”  markalı  ilk  teletayp  qurulduqdan  sonra  vəziyyət 

bir  qədər  yüngülləşdi.  Bu  respublikanın  informasiya  xidmətində  o  vaxta  görə,  həqiqətən, 

texniki  inqilab  idi.  Teletayp  ittifaq  və  dünya  xəbərlərinin  alınması  və  mətbuata,  radioya 

ötürülməsində bütün prosesi sürətləndirməyə imkan verirdi. 

Bütün  bunlar  Azərbaycan  Teleqraf  Agentliyinin  fəaliyyətinin  yalnız  bir  tərəfi  idi. 

Agentliyin  fəaliyyətini  heç  də  az  əhəmiyyətli  olmayan  tərəfi,  əlbəttə  ki,  AzərTA  müxbir-

lərinin  işi  idi.  Onlar  Azərbaycan  xalqının  –fəhlə  və  kəndlilərin,  alimlərin,  mədəniyyət, 

maarif  xadimlərinin  fədakar  əməyi  sayəsində  respublikamızda  baş  verən  böyük  dəyişik-

liklərin salnaməsini yaradırdılar. 

Lakin  faşist Almaniyasının SSRİ-yə qəfil hücumu dinc quruculuq işlərini dayandırdı. 

O vaxtkı böyük ölkənin, o cümlədən Azərbaycan həyatı müharibə ab-havasına kökləndi və 

yalnız bir məqsədə-qələbə üçün və qələbə naminə mümkün olan və olmayan bütün işləri 

görməyə istiqamətləndirildi. 

Müharibədən sonrakı illərdə iqtisadi, ictimai-siyasi, mədəni həyatdakı nailiyyətlər ye-

nidən AzərTA-nın materiallarının başlıca mövzusuna çevrilmişdi. Respublikanın həyatının 

müxtəlif sahələrindən, Xəzərin qəhrəman dəniz neftçilərinin, pambıqçıların əmək qələbələ-

rindən, Bakının, Sumqayıtın və digər şəhərlərimizin yeni tikintilərindən, Azərbaycan alim-

lərinin  elmi  axtarışlarından,  incəsənət  ustalarının  uğurlarından,  nəhayət,  ictimai-siyasi 

həyatdakı dəyişikliklərindən bəhz edən AzərTA-nın müxtəlif informasiyaları SİTA vasitə-

silə İttifaqda və xaricdə yayılırdı. 

Azərbaycanın  mətbuatının,  xüsusilə  də  1972-ci  ildən  Azərinform  adlanan  xəbər 

agentliyinin inkişafı da yüksəliş yoluna qədəm qoymuş respublikanın uğurları ilə sıx bağlı 

olmuşdur. Yəni ildən-ilə görünməmiş sürətlə inkişaf edən Azərbaycanda KİV, o cümlədən 

                                                           

25

 Aslanov  A.,  Musayev  V.,  İsmayılov  D.  AzərTAc-dan  AzərTAc-a:  mürəkkəb  və  şərəfli  yol.  Bakı:  Şərq-



Qərb, 2008, səh. 56

 



 

-40- 


də  informasiya  agentliyi  diqqətdən  kənarda  qala  bilməzdi.  Heydər  Əliyev  Azərinformun 

rəhbərliyi  ilə  müntəzəm  görüşür,  respublikanın  informasiya  siyasətinin  təkmilləşdirilməsi 

ilə  əlaqədar  konkret  tapşırıqlar  verir,  dəqiq  fəaliyyət  istiqamətini  müəyyənləşdirirdi. 

Bununla  yanaşı,  o,  Azərinformun  maddi-texniki  bazasının  möhkəmləndirilməsinə,  iş 

şəraitinin  yaxşılaşdırmasına,  problemlərin  vaxtında  həll  olunmasına  da  xüsusi  diqqət 

yetirirdi.  Təsadüfi  deyil  ki,  məhz  o  dövrdə  Azərinformun  işçilərinin  böyük  bir  hissəsi 

dövlət mükafatları ilə təltif edilmişdi.

26

 



Elə  buna  görə  də  ötən  əsrin  80-ci  illərinin  axırları,  90-cı  illərinin  əvvəlləri  Azərin-

forumun jurnalistləri, bütün əməkdaşları üçün çox ciddi siyasi kamillik, vətəndaş cəsarəti, 

vətənpərvərlik  sınağı  oldu.  Maddi,  mənəvi,  siyasi  və  ideoloji  dayaqlardan  məhrum  olan 

Azərbaycan mətbuatı çətin problemlərlə üz-üzə qalmışdı. Həmin ağır illərdə Azərbaycanda 

baş  verən  hadisələrə  keçmiş  İttifaq  məkanında  və  ümumən  dünyada  formalaşmış  qərəzli 

münasibətin əsas səbəblərindən biri bu idi. 

1990-cı  ilin  Qanlı  Yanvar  günlərində,  sovet  imperiyası  qoşunlarının  qəflətən 

Azərbaycana  soxularaq,  vahid  ölkənin  tərkibinə  daxil  olan  respublikanın  dinc  əhalisinə 

tarixdə  görünməmiş  vəhşiliklə  divan  tutduğunu,  qəzetlərin  çıxmasına  imkan  verilmədiyi, 

enerji  bloku  təxribatçılar  tərəfindən  partladıldığına  görə  radio  və  televiziyanın  susduğu 

günlərdə  insanlar  son  hadisələrdən  ancaq  Azərinformun  Bakının  müxtəlif  yerlərində 

divarlara yapışdırılan bülletenlərindən xəbər tuturdular. 

Həmin  bülletenlərdəki  xəbərlərin  heç  də  hamısı  respublikanın  o  vaxtkı  rəhbərliyinin 

xoşuna  gəlmirdi.  Buna  baxmayaraq,  Azərinformun  jurnalistləri  öz  peşə  borcuna  sadiq 

idilər və real faktlara əsaslanan doğru-düzgün məlumatı əhaliyə çatdırırdılar. Bu xəbərlərin 

başlıca dəyəri, ilk növbədə, onların operativliyində idi. Həmin xəbərlər Azərbaycan və rus 

dillərində  buraxılır  və  Azərinformun  öz  müxbirləri  vasitəsilə  respublikanın  digər  bölgə-

lərində də yayılırdı. Vərəqlər müxtəlif surətdə, hərbi senzuradan (Azərinformun binasında 

onun daimi nümayəndəsi otururdu –A.A.) gizli hazırlanır və qaranlıq düşən kimi Bakının 

muxtəlif  məhəllələrində  evlərin  divarına  yapışdırılırdı.  Lakin  səhər  açılan  kimi  imperiya 

əsgərləri  onları  divarlardan  qoparıb  atırdılar.  O  günlərin  dəhşətli  həqiqətini  çılpaqlığı  ilə 

nümayiş etdirən Azərinformun fotovitrininin də taleyi belə oldu. 

Daglıq  Qarabaga  erməni  separatizminin  baş  qaldırması  və  sonradan  Ermənistanın 

hərbi  təcavüzü  müstəqilliyini  yenicə  bərpa  etmiş  Azərbaycanın  silahlı  münaqişəyə  cəlb 

olunmasına  gətirib  çıxardı.  Xaricdəki  güclü  erməni  lobbisinin,  bəzi  dövlətlərin  birbaşa 

maliyyə və hərbi dəstəyinə arxalanan Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini 

                                                           

26

 Aslanov A.Ə., Heydər Əliyev və AzərTAc. Bakı: Nurlan, 2005, səh.36 



 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə