Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə17/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   ...   13   14   15   16   17   18   19   20   ...   37

 

-37- 


agentliyin  müvəqqəti  olaraq  Poçt  və  Teleqraf  Nazirliyinin  Naberejnaya  və  Sadovaya 

küçələrinin kəsişməsindəki binasında yerləşdiyi bildirilirdi. 

24

 

AzərTAc-ın  xəbər  bülletenləri,  bayram  günləri  də  daxil  olmaqla  hər  gün  iki  dildə-



Azərbaycan  və  rus  dillərində  buraxılırdı.  Xəbər  büllütünlərində  gənc  Azərbaycan 

dövlətində  baş  verən  mühüm  hadisələr  işıqlandırılır,  hökümətin  gördüyü  işlər  tarixin 

yaddaşına  yazılırdı.Bülletenlərdə  Moskva,  Paris,  Bəsrə,  Roma,  Tiflis,  Daşkənd,  Şimali 

Qafqaz,  Zakaspi,  Qara dəniz sahilləri radiostansiyalarından,  eləcə  də  telefon və  teleqrafla 

müxbirlərdən alınan xəbərlər dərc olunurdu. 

Agentliyin  texniki  imkanlarına  gəldikdə,  onun  sərəncamında  həm  “sönən”,  həm  də 

“sönməyən”  rəqs  tipli  stansiyalarla  işləyən  avadanlıq  vardı.  Bu  da  ona  hər  iki 

radiostansiyadan göndərilən xəbərləri qəbul etməyi imkan verirdi. Başqa mənbələr istisna 

olmaqla,  agentlik  təkcə  radiostansiyaların  köməyi  ilə  sutkada  40  min  işarə  həcmində 

xəbərlər  qəbul  edirdi.  Gələcəkdə  başqa  ölkələrin  informasiya  agentlikləri  ilə  müqavilələr 

bağlandıqdan  sonra  agentliyin  öz  xəbərlərini  əvvəlcə  qonşu  ölkələrə,  daha  sonra  uzaq 

ölkələrə  yayması  nəzərdə tutulurdu. Azərbaycanın  bölgələrinə isə xəbərlərin ən iri  əyalət 

mərkəzində  quraşdırılacaq  radiostansiyalardan  və  hərbi  nazirliyin  tabeliyindəki 

stansiyalardan  istifadə  etməklə,  eləcə  də  telefon  və  teleqraf  vasitəsilə  ötürülməsi 

planlaşdırılırdı. 

Lakin  AzərTAc  cəmi  iki  aya  yaxın  müstəqil  fəaliyyət  göstərə  bildi.  Bolşevik 

Rusiyasının  işğalı  nəticəsində  1920-ci  il  aprelin  28-də  Azərbaycan  Xalq  Cümhuriyyəti 

süqut  etdi.  Həmin  gün  və  ertəsi  Rusiya  Teleqraf  Agentliyi  –ROSTA  isə  bolşevik 

təbliğatına xas olan riyakarlıqla xəbər verirdi ki, guya Bakıda çevriliş olmuş, xalq kütlələri 

köhnə höküməti devirmişdir. 

Azərbaycanda sovet hakimiyyətinin  qurulduğu ilk aylarda  AzərTAc  formal  olaraq öz 

müstəqilliyini qoruyub saxlasa da,  əslində, Rusiya Teleqraf Agentliyinin (ROSTA) filialı 

kimi fəaliyyət göstərirdi. Bölgələrdən göndərilən xəbərlər istisna olmaqla, AzərTAc qalan 

bütün  xəbərləri  ROSTA-dan  alırdı.  Bu  informasiyalar  arasında  Moskva,  Petroqrad, 

Çelyabinsk,  Saratov  və  Vladivostokdan  alınan,  habelə  Rusiyanı  bürüyən  vətəndaş 

müharibəsi  haqqında  xəbərlər  geniş  yer  tuturdu.  AzərTAc  həmin  xəbərləri  əsasən  divar 

qəzetlərinə, plakat vərəqinə və yerli qəzetlərə göndərirdi. 

Agentliyin  ROSTA-nın  bir  bölməsi  kimi  rəsmi  status  alması  1920-ci  il  iyunun  9-na, 

Nəriman Nərimanovun “Azərbaycan Mərkəzi  Mətbuat Kollegiyası  yaradılması haqqında” 

dekreti  imzalanmasından  sonraya  təsadüf  edir.  Həmin  dekretlə  o  vaxt  fəaliyyət  göstərə 

                                                           

24

 Aslanov  A.,  Musayev  V.,  İsmayılov  D.  AzərTAc-dan  AzərTAc-a:  mürəkkəb  və  şərəfli  yol.  Bakı:  Şərq-



Qərb, 2008, səh. 184 

 



 

-38- 


ROSTA-nın Qafqaz diyar şöbəsinin Azərbaycan bölməsi (AzQafROSTA) aparıcı şöbələr-

dən biri hüququnda Kollegiyaya daxil edilir. Quruma ROSTA-nın Qafqaz üzrə səlahiyyətli 

nümayəndəsi,  1903-cü ildən kommunist partiyasının  üzvü S.Y.Boqdatyev başçılıq  edirdi. 

İnformasiya işinin  təşkilində kollegiyanın sədri, tanınmış jurnalist  Ağababa Yusifzadənin 

böyük rolu olmuşdu. 

1920-ci  il  avqustun  20-də  Xalq  Maarif  Nazirliyinin  kollegiya  iclasında  AzərTAc-ın 

vəziyyəti  və  onun  prespektivi  müzakirə  olunmuşdu.  Kollegiya  iclasında  çıxış  edən  məru-

zəçi  AzərTAc-ın  hələ  formalaşma  mərhələsi  yaşadığını,  bu  səbəbdən  onun  qarşısında 

qoyulan  bütün  tapşırıqları  yerinə  yetirmək  iqtidarında  olmadığını  bildirmişdi.  Onun 

sözlərinə  görə,əgər  bölgələrdə  və  bəzi  Şərq  ölkələrində  agentliyin  müxbir  məntəqələri 

açılsa  və  əməkdaşların  maddi  vəziyyəti  yaxşılaşdırılsa,  təşkilat  daha  məhsuldar  fəaliyyət 

göstərə  bilərdi.  Lakin  kollegiya  iclasının  sədri  Bünyadzadə  bu  təklifə  qarşı  çıxmış  və 

AzərTAc  əksər  informasiyanı  ROSTA-dan  aldığına  görə,  onun  maddi-texniki  bazasının 

möhkəmləndirilməsi üçün xüsusi aparatın alınmasına ehtiyac görmədiyini bildirmişdi. 

İclas iştrakçılarından Şeytlin də AzərTAc-ın müstəqilliyinin formal xarakter daşıdığını 

əsas gətirərək, Bünyadzadənin söylədiyi fikri dəstəkləmişdi. Onun fikrincə, bu məsələnin 

müzakirəsi  təxirə  salınmamalı  və  “respublikanın  gücünə  və  vəsaitlərinə  uyğun  olaraq, 

AzərTAc-ın gələcək mövcudluğu” məsələsi həll olunmalı idi.AzQafROSTA-nın fəaliyyəti 

təkcə Bakı ilə məhdudlaşmır, respublikanın digər şəhərlərində də (Gəncə, Şuşa, Lənkəran 

və  s.)  onun  bölmə  və  məntəqələri  fəaliyyət  göstərirdi.  Onlar  nəinki  yerlərdə  baş  verən 

hadisələr  haqqında  mərkəzə  məlumat  göndərir,  eyni  zamanda,  özləri  də  daxili 

imkanlarından istifadə etməklə informasiya xarakterli divar qəzetləri və təşviqat plakatları 

buraxırdı.  Bu  işdə  görkəmli  rəssam  Əzim  Əzimzadə  də  yaxından  iştirak  edirdi.  Döyüşə 

çağırışın, inqilabi şeirlərin əks olunduğu həmin plakatlar mağazaların vitrinlərinə, şəhər və 

kəndlərdə evlərin, dəmir yol stansiyaları binalarının divarlarına yapışdırılırdı. 

1921-ci ildə AzərTA QafROSTA-nın bazasında yenidən təşkil olunandan sonra Qubad 

Qasımov iyulun  14-də agentliyin  direktoru təyin edilir.  “Azərbaycan musiqi  mədəniyyəti 

tarixinin,  o  cümlədən  Üzeyir  Hacıbəyovun  yaradıcılığını”  məşhur  araşdırıcılarından  biri 

kimi  tanınmış  Qubad  Qasımov  xatirələrində  bu  barədə  yazırdı;  “1921-ci  ildə  məni  yəni 

informasiya  orqanının  direktoru  təyin  etdilər.  O  vaxt  mən  hərbi  hissələrdən  birində 

döyüşçülər  arasında  savadsızlığın  ləğvi  üzrə  fövqəladə  komissiyaya  başçılıq  edirdim. 

Siyasi və mədəni iş sahəsində müəyyən səriştəm olsa da, jurnalist təcrübəm yox idi. O vaxt 

gənc Azərbaycan Sovet  Respublikasında kadrlar problemi  ən kəskin məsələlərdən biri idi 

və  belə  gözlənilməz  təyinatlar  adi  hal  sayılırdı.  Ona  görə  də  tamamilə  yeni  və  olduqca 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə