Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə15/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   ...   11   12   13   14   15   16   17   18   ...   37

 

-32- 


Beləliklə, informasiyanın iki xüsusiyyəti var: 1) dövlət orqanları tərəfindən yaradılan, 

ictimai  sərvət  olan  informasiya  “dövlət  sektoru  tərəfindən  yaradılan  informasiya”    kimi 

daha  geniş  anlayışın tərkib  hissəsidir; 2) bu informasiyanın  bir qismi    müxtəlif səbəblər 

üzündən bağlı saxlana bilər. 

Dövlət  müəssisələri  və  ictimai  təşkilatlar  tərəfindən  bütün  sahələrdə  və  bütün 

səviyyələrdə  yaradılan  informasiya,  prinsip  etibarilə  əhali  üçün  əlyetən  olmalı,  həmin 

informasiyadan bu cür istifadə edilməsinə hər hansı  rəsmi qadağalar isə xüsusi  qayda ilə 

əsaslandırılmalı  və  bu  informasiyanın    mümkün  qədər  az  hissəsinə  şamil  edilməlidir. 

Bundan  əlavə,    dövlətlər  tərəfindən  maliyyələşdirilən  bütün  hökumətlərarası  təşkilatlar 

özlərinin nəşrlərindən və xüsusən inkişaf etməkdə olan ölkələrdəki potensial istifadəçilərin 

müraciət  etmələri  üçün  nəzərdə  tutulan  məlumat  bazalarından  açıq  və  pulsuz  istifadə 

imkanını təmin etməlidirlər. Bu mənada Azərbaycan dövlətinin  təcrübəsi  örnək ola bilər. 

Azərbaycanda  prezident  saytından  tutmuş  bütün  dövlət  və  hökümət  qurumlarının,  o 

cümlədən AzərTAc-ın  elektron informasiya resurslarındakı məlumatlar kütləvi  auditoriya 

üçün  əlyetəndir.  Bu  gün  Azərbaycanda  dövlət  orqanları  tərəfindən  yaradılan  açıq 

informasiyanın hamısına dünya elektron şəbəkəsi vasitəsilə müraciət etmək olar. 

Müasir dövrün informasiya axınında informasiyanın yaranması, öyürülməsi ilə yanaşı, 

onun  qorunması  da  mühüm  və  ciddi  problemə  çevirmişdir.  Bu  sahənin  tədqiqatçılarının 

yazdığı kimi, informasiya mülkiyyətin (dövlətin, kollektivin,

 

ayrıca şəxsin mülkiyyətinin) 



predmeti  olması  ilə  əlaqədar  həmin  informasiyanın  təhlükəsizliyinə  təhdid  problemi 

labüddür.

22  

Problemin  mahiyyəti  informasiyanın  nəzarətsiz  yayılması,  oğurlanması, 



icazəsiz məhv edilməsi, təhrif olunması və informasiyadan istifadə imkanlarından məhrum 

edilməsi  şəklində  təzahür  edir.  Buna  görə  də  informasiyanın  və  onun  daşıyıcılarının 

təhdidlərdən qorunması müasir dövrün ən aktual problemlərindəndir. 

İnformasiyanın  yayılması  zamanı  mənbə,  vaxt  və  yer  barədə  məlumatlara  istinad 

edilməsi  zəruridir  (məsələn,  “hökümət  başçısı  iyunun  17-də  mətbuat  konfrasında  bildir-

mişdir ki,..”). Bəyanatların müəlliflərindən sitatlar gətirərkən durğu işarələrindən –vasitəli 

nitqi  vasitəsiz  nitqdən  ayıran  dırnaq  işarələrindən  düzgün  istifadə  etmək  vacibdir.  Bu, 

oxucunun  diqqətini  bilavasitə  ilk  mənbə  (bəyanatın  müəllifi)  tərəfindən  deyilmiş  sözlər 

üzərində  cəmləşdirməyə  və  eyni  zamanda,  materialın  müəllifinin  (yəni  hadisəni 

işıqlandıran jurnalistin) şərhini adekvat qəbul etməyə imkan verər. 

                                                           

22

 Bəşirli A., Kərimova  A., Vəkilova D., Xəbərçilik: xəbərin toplanması və  yayılması: Dərslik. Bakı: Oskar 



mətbəəsi, 2007, səh. 196  

 



 

-33- 


Multimedia  vasitələrinin  inkişafı  hazırlanan  və  yayılan  materialın  dəqiqliyini  artıra 

bilər.  Məsələn,  xəbər  materialı  audio  və  ya  videoreportajla  müşayiət  oluna  bilər.  Bu 

materiala  baxmaq  və  ya  onu  dinləmək  xəbərin  həqiqiliyinə  auditoriyanın  yarana  biləcək 

şübhələrini  aradan  qaldırır.  Eyni  zamanda,  bir  ifratçılıqdan  digərinə  varmaq,  yəni 

videomaterialı jurnalistin şərhi olmadan təqdim etmək olmaz. 

Yuxarıda  deyilənləri  yekunlaşdıraraq  qeyd  etmək  lazımdır  ki,  jurnalist  üçün  əsas 

informasiya mənbələri sənədlər, insan və  bizi  əhatə edən  aləmdir. 20-ci  əsrin sonlarından 

etibarən  arxivlər  və  kitabxanalarla  yanaşı,  internet  də  informasiya  mənbələrinin  getdikcə 

genişlənən  anbarına  çevirmişdir.  Bu  anbardan  material  hazırlanması  üçün  sonsuz  sayda 

zəruri  məlumat  əldə  etmək  olar.  Xəbər  materiallarına  münasibətdə  multimedia  vasitələri 

ənənəvi  KİV-ləri  –televiziya,  radio  və  yazılı  mətbuatı  sıxışdırmaqdadır.  İnformasiyanın 

əldə  edilməsi  üsulları  sənədlərlə  iş,  müsahibələr,  kütləvi  anket  sorğuları  və  şəxsi 

müşahidədir.  Jurnalistlərin  məlumatlandırılması  üsulları  arasında  KİV  üçün  brifinqləri, 

mətbuat  konfranslarını,  təqdimatları,  press-relizlərin  və  informasiya  bülletenlərinin  nəşr 

edilməsini  göstərmək  olar.  Material  hazırlanarkən  informasiyanın  dəqiqliyini  rəhbər 

tutmaq,  etibarlı  reputasiya  qazanmış  mənbələrə  istinad  etmək  və  müəllifin  subyektivliyi 

elementini  azaltmaqla  yayılan  xəbərləri  gerçəkliyə  maksimum  yaxınlaşdırmaq  zəruridir. 

Məsələyə  bu  cür  peşəkarlıqla  yanaşdıqda,  informasiya  istifadəçilərinin  konkret  KİV-lərə 

etibarını qoruyub saxlamaq çətin olmayacaqdır. 

Bu fəsildən irəli gələn qənaətləri ümumiləşdirərək aşağıdakı kimi ifadə etmək olar: 

1.

 

Cəmiyyətin  inkişafının  yeni  mərhələsində  əsas  resurslardan  biri  informasiyadır. 



İnformasiya cəmiyyəti özündən əvvəlki cəmiyyətlərdən sosial və iqtisadi həyatda həlledici 

rol oynamasına görə fərqlənir. İnformasiya elə bir maddi sərvətdir ki, o, nəinki tükənmir, 

köhnəlmir,  əksinə,  getdikcə  daha  da  artır,  işləndikcə  keyfiyyətcə  yaxşılaşır.  Maddi 

sərvətlərlə  bağlı  sövdələşmələr  rəqabət  doğurduğu  halda,  informasiya  mubadiləsi  əmək-

daşlığa sövq edir. Bu xüsusiyyətlərinə görə müasir dünyada informasiya iqtisadiyyatın əsas 

sahəsinə çevrilmişdir və ölkənin inkişafında rolu getdikcə artır. 

2.

 

Müasir  dövrdə  KİV-lərin  sayının  sürətlə  çoxalmasına,  onların  texniki  və  maliyyə 



imkanlarının  genişlənməsinə  baxmayaraq,  yeni  minilliyin  ən  mühüm  məhsulu  sayılan 

informasiyaya  tələbatın  yetərincə  ödənilməsi  problemi  yaranır.  Bu  tələbatın  ödənilməsi 

üçün  KİV-lər  özlərinin,  ilk  növbədə,  oxucu  auditoriyalarını  müəyyənləşdirməli,  onun 

səviyyəsini və maraq dairəsini nəzərə alaraq fəaliyyətini bu istiqamətdə qurmalıdır. 

3.

 

İnformasiya  –kommunikasiya  texnologiyalarının  sürətli  inkişafı  yazılı  mətbuatı 



müəyyən  qədər  sıxışdırsa  da,  onu  tam  sıradan  çıxarması  mümkün  deyil.  Oxucuya  seçim 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə