Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə23/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   ...   19   20   21   22   23   24   25   26   ...   37

 

-49- 


sizin  rəqibinizi  üstələdiyinizi  nadir  hallarda  biləcəklər.  Onlar  bunun  heç  fərqinə  varmaya  da 

bilərlər”

36



Beləliklə,  ümumi  fikir  belədir  ki,  hadisənin  aydın  olmayan  təfərrüatını  tam 



çatdırmaqdansa,  yalnız təsdiq  olunan faktlara istinad etmək ən düzgün  yoldur.  AzərTAc  -ın 

peşəkar  əməkdaşları  dəfələrlə  sınaqdan  çıxan  bu  təcrübələri  kollektivin  yeni  üzvlərinə  də 

daim aşılayır, onların gələcək işlərində nəzərə alınmasına çalışır. 

AzərTAc-ın  xəbər  yayımının  sürətini  artırmaq,  istifadəçilərin  agentliyin  saytına  girişini 

asanlaşdırmaq  üçün  2007-ci  ildə  yeni  internet  saytı  hazırlanmış,  böyük  texniki  imkanlara 

malik müasir serverlər quraşdırılmışdır. Sayt 32 cədvəl üzərində qurulmuşdur ki, bu da onun 

sürətli yüklənməsini təmin etmişdir. 

2011-ci  ildə  isə  AzərTAc-ın  saytı  daha  da  təkmilləşdirilmişdir.  Sayt  oxuculara  mətn, 

video  və  səsli  xəbəri  özündə  birləşdirən  multimedia  xidmətindən  istifadə  etmək,  xəbərləri 

facebook, twitter, digg, google və s. sosial şəbəkələrlə paylaşmaq imkanı verir. Bundan əlavə, 

saytın  iphone  əlavəsinin  olması,  xəbərlər  lentinin  təsviri  və  məqalələrin  anonsu  üçün  RSS 

texnologiyasından istifadə olunması oxucuların AzərTAc-ın xəbərləri ilə tanış olmalarını daha 

da asanlaşdırır. Hər gün saytda indeksasiya işləri aparılır ki, bu da həm arxivin, həm də axtarış 

sisteminin  sürətli  yüklənməsini  təmin  edir.  Sabit  işləməsi,  çox  sayda  sorğuların  qəbulu, 

kibercinayətkarlığa  qarşı  dayanaqlığı  təmin  etmək  üçün  sayt  bir  serverdə  deyil,  iki  və  daha 

artıq  UNİX  serverlərində  yerləşdirilmişdir.  Hazırda  agentliyin  qlobal  internet  şəbəkəsində 

çıxışı çoxkanallı fiberoptik kabellə təmin olunur. 

AzərTAc xəbər agentliyində daha cox siyasi xəbərlərə yer verilir. Bundan əlavə iqtisadi, 

mədəniyyət,  elm  və  təhsil  və.s  xəbərləri  və  dünyada  baş  verən  ən  son  yeniliklər  barədə  də 

geniş  məlumat  verilir.Siyasi  xəbərlərdə  əsasən  Azərbaycanın  xarici  dövlətlərlə  əməkdaşlı, 

Milli  Məclisdə qəbul  edilən qərarlar,prezidentin  xarici  ölkələrə  səfəri barədə  və  s  informasi-

yalar təşkil edir. 

AzərTAcın  rəhbəri  Aslan  Aslanov  Vəfalı  Ənsərova  verdiyi  müsahibəsində  bildirir  ki, 

dövlətin rəsmi xəbərlərinə daha cox yer verən AzərTAc, günümüzdə abunəsi olan 80 ölkəyə 

xəbər  ötürür.  Rusca,  İngiliscə,  Almanca  və  ana  dilində  informasiya  verən  agentliyin  xəbər 

toplamaqda  əməyi  keçən  194  işçisi  vardır.  Agentlik  günlük  təqribi  400  xəbər  yayır  və  bu 

xəbərlərin də 20-25-i xarici ölkələrlə bağlı xəbərlərdir.

37

 



Hazırda qlobal İnternet şəbəkəsinə iki provayderlə qoşulan AzərTAc-ın müasir strukturu  

və  sürətli  yükləməyə  malik  veb-saytı  vardır.Azərbaycan,ingilis,rus,alman,fransız  və  ərəb 

dillərində  variantları  olan  bu  saytı  indi  dünyanın  hər  yerində  izləyirlər.  AzərTAc-ın 

                                                           

36

 Brüer D., Onlayn jurnalistlər üçün vəsait. Bakı: Azərbaycan Media Mərkəzi, 2007, səh. 40



 

37

 Enserov V., Azerilerin 90 yıllık sesi AZERTAC. Bizim Gazete.Turkiye, 2009, 26 Ekim, səh. 2 




 

-50- 


kitabxanasının,  xüsusilə  elektron  kitabxananın  təşkili  üçün  lazımi  ədəbiyyat,  ilk  növbədə, 

soraq kitabları, yeni lüğətlər alınmışdır və bu iş müntəzəm davam etdirilir. 

2002-ci  ildə  agentliyin  həyatında  yeniliyin  əsası  qoyuldu.  Prezident  Heydər  Əliyevin 

2002-ci  il  28  dekabr  tarixli  sərəncamı  ilə  AzərTAc  fasiləsiz  iş  rejiminə  keçmişdir.Bununla 

əlaqədar  ciddi  struktur  islahatları  aparılmış,gecə  istirahət  və  bayram  gunu  növbələri, 

informasiyanın  operativ  hazırlanması  və  yayılması  üçun  yaradıcı  heyətin  ixtisaslaşdırılması 

məqsədi  ilə  baş  redaksiyaların  tərkibində  ayrı-ayrı  sahələr  üzrə  buraxılış  redaksiyaları  və 

bölmələr  yaradılmışdır. Hazırda  AzərTAcda 4 baş redaksiya, 8 buraxılış redaksiyasiyası,  13 

bölmə  8  şöbə,  15  xarici  ölkədə,  Azərbaycanın  11  bölgəsində  müxbir  məntəqəsi  fəaliyyət 

göstərir. 

Qloballaşma  və  modernləşmə  bütün  elm  sahələrində,  o  cümlədən  jurnalistikada  yeni 

nəzəri biliklərin  yaranmasına, indiyədək mövcud  olan norma və  prinsiplər barədə baxışlarda 

fərqlərin,  ziddiyyətlərin,  təzadlı  yanaşmaların  meydana  gəlməsinə  səbəb  olmuşdur.  Jurna-

listika  sahəsində  də  biri  digərini  inkar  edən  yeni  münasibətlər  sistemi  formalaşmaqda-

dır.Hazırda  ən  peşəkar  jurnalist  də  yeni  nəzəri  biliklərə  bələd  olmadan  inkişaf  edə  bilməz. 

AzərTAc-da  da  yeniliklərin  öyrənilməsinə  və  tətbiqinə  xüsusi  diqqət  yetirilir,  bu  məqsədlə 

əməkdaşlar xarici ölkələrin qabaqcıl media qurumlarına ezam olunur, onlardan ötrü seminar 

və məşğələlər təşkil edilir. 

Hazırda  jurnalistikada  ən  çox  mübahisə  doğuran  informasiya  janrları  məsələsidir.  Janr 

nədir?  Klassik  anlamda  janr  mətbu  materialın  məzmununu,  fakt  zənginliyini,  xarakterini, 

onun  formasını  müəyyənləşdirir.  Dövri  mətbuatın  janr  sistemi  jurnalistikada  geniş  tədqiq 

olunsa  da,  son  vaxtlar  janrın  məcburi  olmaması  kimi  fikirlər  də  mövcuddur.  Belə  fikirlərin 

tərəfdarları  hesab  edirlər  ki,  guya  ən  əsası  hadisənin  mahiyyətinə  dərindən  nüfuz  olunması, 

onun təhlil edilməsi, konsepsiyası, proqnoz və təkliflərdir. 2000-ci ildə  Moskvada müəlliflər 

kollektivi  tərəfindən  nəşr  olunmuş  “Jurnalistin  yaradıcı  fəaliyyətinin  əsasları”  dərsliyinin 

girişində  israr  edilir  ki,  “indi  materialların  əvvəlki  ənənəvi  üstün  formaları,  nəşrlərin 

janrlarına  dair  mübahisə  etmək  lazım  gəlir.  Bundan  başqa,  yaradıcı  işdə  etalon  mətnlər,  bir 

növ  şablonlar  mövcud  ola  bilməz,  etiraf    etmək  lazımdır  ki,  hər  bir  forma  ayrı-ayrılıqda 

jurnalist  əməyinin  konkret  nəticəsidir.  Müxtəlif  növlü,  daim  təkrar  olunmayan  materialın 

təqdim edilməsindəki sxematiklik yaradıcılığı elə rüşeymində məhv edə bilər.”

38

 

Lakin elə həmin dərslikdə “Jurnalist janrları sistemi” fəslinin müəllifi L.Kroyçik kitabın 



girişindəki  tezisə  zidd  olaraq  yazır  ki,  janr  bu  gün  də  “həyat  materialının  təşkilinin  xüsusi 

formasıdır, tarixi  cəhətdən konkret,  tipoloji,  qnoseoliji,  morfoloji,  akseoloji,  yaradıcı-qurucu 

                                                           

38

 Brüer D., Onlayn jurnalistlər üçün vəsait. Bakı: Azərbaycan Media Mərkəzi, 2007, səh. 35 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə