Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə31/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   ...   27   28   29   30   31   32   33   34   ...   37

 

-66- 


EANA  “Avropa  xəbər  agentlikləri  ailəsi”  hüdudlarında  aylıq  bülletenlər,  konfranslar 

və  ikitərəfli  əlaqələr  vasitəsilə  əməkdaşlığı  və  təcrübə  mübadiləsini  həyata  keçirən 

Ümumavropa forumu kimi xidmətlər göstərir.

49

 



AzərTAc  2008-ci  ildən  Asiya  Xəbər  Agentlikləri  Konsorsiumunun  (Asiya  Pulse) 

üzvüdür. 

1996-cı  ildə  yaradılmış  Asia  Pulse  real  vaxt  rejimində  çalışan,  Asiyada  sahibkarlıq 

fəaliyyətinin həyata keçirilməsi üçün zəruri informasiyanı korporasiyalara, hökümətlərə və 

ayrı-ayrı şəxslərə təqdim edən xəbərlər və kommersiya- kəşfiyyat xidmətidir. 

30-dan  çox  ölkədə  50-dən  artıq  senaye  sahəsini  əhatə  edən,  bu  sahədə  ixtisaslaşan 

jurnalistlər və analitiklər hər gün bu qurumun internet resursunda 300-ə yaxın xəbər yayır, 

ayrı-ayrı  sənaye  sahələri  barədə  məlumatları,  şirkətlərin  elanlarını,  analitik  materiallar, 

şəhərlər, layihələr dərc edirlər. 

Asiya  Pulse  Asiya  şirkətlərində,  sənaye  sahələrində  davam  edən  modernləşməyə, 

infrastruktur  və  investisiya  məsələlərinə,  müştərək  müəssisələrin  yaradılmasına,  ticarət 

imkanlarının öyrənilməsinə və iqtisadi inkişafa kömək edir. Bu qədər çoxsahəli fəaliyyəti 

bir  mərkəzdə  cəmləşdirməklə  konsorsium  yüzlərlə  pərakəndə  informasiya  mənbəyinə 

müraciət etmək zərurətindən yaxa qurtarmağa imkan verir. 

Asia Pulse başqa xidmətlər də göstərir. Məsələn, burada “Data Sources” adlı gündəlik 

ümumi  xəbərlər  xidmətini,  rəhbərlər  üçün  nəzərdə  tutulan  xəbərlərin  mobil  telefon 

vasitəsilə icmalı (SMS –xəbərlər), Asiya ölkələrində öz biznesini yaratmaq istəyən işgüzar 

adamlar üçün nəzərdə tutulan, mədəni protokolların incəliklərini düzgün başa düşməyə və 

bu regionda sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən səhvlərə yol verməməyə kömək edən 

işgüzar xəbərləri və digər növ xəbərləri qeyd etmək olar.

50

 

Azərbaycan  Dövlət  Teleqraf  Agentliyi  Dünya  İnformasiya  Agentlikləri  Konqresinin 



fəal iştrakçısıdır. 

Dünya İnformasiya Agentlikləri Konqresi 2004-cü ildə BMT-nin, YUNESKO-nun və 

aparıcı  regional  informasiya  agentliklərinin  dəstəyi  ilə  yaradılmışdır.  İTAR-TASS 

agentliyinin təşəbbüsü ilə 2004-cü il sentyabrın  23-25-də Moskvada keçirilmiş ilk iclasda 

dünyanın 100-dən çox ölkəsini təmsil edən 115 informasiya agentliyinin liderləri regional 

xəbər agentliklərinin iclaslarında işlənib hazırlanmış konsepsiyanı yekdilliklə dəstəkləmiş-

lər. Konqres iştirakçıları özlərinin işçi orqanını –Dünya İnformasiya Agentlikləri Şurasını 

yaratmışlar. 

                                                           

49

 Miller T. Technologies of Truth: Cultural Citizenship and the Popular Media. Minneapolis: University of 



Minnesota Press, 1998, 290 p. 

50

 Sivilizasiyanın dialoqu: siyasi partiyalar. Bakı: Şərq-Qərb, 2008, s. 408 




 

-67- 


Bu  ictimai  şuraya  regional  informasiya  agentliklərinin  rəhbərləri  və  digər  nümayən-

dələri  daxildir.  Şura  dünyanın  müxtəlif  regionlarını  təmsil  edən  agentliklər  arasında 

peşəkar  əməkdaşlığı  və  qarşılıqlı  əlaqələri  bu  cür  görüşləri  dünyanın  aparıcı  xəbər 

provayderləri  arasında  dialoq,  habelə  fikir,  informasiya  və  təcrübə  mübadiləsi  üçün 

platforma rolu oynayır. 

Dünya  İnformasiya  Agentlikləri  Konqresinin  2007-ci  il  oktyabrın  24-27  də 

İspaniyanın  Estepona  şəhərində  keçirilmiş  ikinci  iclasında  dünyanın  110-a  yaxın 

ölkələrindən  120-dən  çox  xəbər  agentliyinin,  o  cümlədən  AzərTAc-ın  nümayəndələri 

təmsil  olunmuşdu.  Estepona  görüşündə  əməkdaşlığı  genişləndirmək  imkanları,  yeni 

texnologiyalardan  agentliklərin  işində  istifadə  edilməsinin  üstünlükləri,  dünyanın  “qaynar 

nöqtələri”ndə  işləyən  jurnalistlərin  üzləşdiyi  problemlər,  informasiya  piratlığına  qarşı 

mübarizə  məsələləri  müzakirə  edilmişdi.  Tədbir  çərçivəsində  fotoşəkil  müsabiqəsi  də 

keçirilmiş  və  AzərTAc-ın  müsabiqəyə  təqdim  etdiyi  fotoşəkil  birinci  yerə  layiq 

görülmüşdür.

51

 

AzərTAc digər nüfuzlu beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir, müştərək layihələr 



həyata  keçirir.  2008-ci  il  noyabrın  14-də  AzərTAc  YUNESKO-nun  Moskva  bürosu  ilə 

birlikdə “Müasir iqlim dəyişmələri və Azərbaycan” mövzusunda seminar keçirmişdir. Pilot 

layihəsi  əsasında  keçirilmiş  seminarda  YUNESKO-nun  nümayəndələri,  Azərbaycanın 

görkəmli ekoloq alimləri, kütləvi informasiya vasitələrinin ekoloji problemləri işıqlandıran 

əməkdaşları  iştirak  edirdi.  Bu  seminarın  məqsədi  ekologiya  mövzusunda  yazan  jurnalist-

lərin  peşəkarlıq  səviyyəsini  artırmaq,  KİV  nümayəndələrini  qlobal  iqlim  dəyişikliklərinin 

əsas  səbəbləri,  bu  dəyişikliklərin  Azərbaycana  və  regiona  təsiri  ilə  tanış  etmək,  habelə 

iqlim dəyişmələri barədə ictimaiyyəti məlumatlandırmaq idi. 

AzərTAc-ın xarici əlaqələrinin genişlənməsi baxımından 2010-cu il yanvarın 22-23-də 

Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq üzrə birinci Azərbaycan – Rusiya forumunun da 

əhəmiyyəti  vurğulanmalıdır.  Bu  tədbirdə  Rusiya  Federasiyasının  “İzvestiye”,  “Komso-

molskaya  pravda”,  “Selskaya  jizn”,  “Rossiyskaya  qazeta”,  “Kommersant”  kimi  geniş 

oxucu  auditoriyası  olan  populyar  qəzetlərinin  rəhbərləri,  aparıcı  teleradiokanalların 

təmsilçiləri iştirak edirdilər.

52

  

Forum Azərbaycan həqiqətlərinin yayılması, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi 



baxımından  çox  faydalı  olmuşdur.  Qonaqlar  forumun  mətbuat  bölməsinin  Azərbaycan 

Dövlət Teleqraf Agentliyində keçirilən toplantısının işində də iştirak etmişlər. Rusiya KİV-

                                                           

51

 Xarici ölkələrin kütləvi informasiya vasitələri. Bakı: “Azərbaycan” nəşriyyatı, 1997, səh.9 



52

 Aslanov  A.,  Musayev  V.,  İsmayılov  D.  AzərTAc-dan  AzərTAc-a:  mürəkkəb  və  şərəfli  yol.  Bakı:  Şərq-

Qərb, 2008, səh.43 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə