Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə29/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   ...   25   26   27   28   29   30   31   32   ...   37

 

-62- 


informasiyanın təsir gücünün son dərəcə artmasını nəzərə alaraq, TKA-ya daxil olan agent-

liklərin birgə səylərininin gücləndirilməsinin zəruriliyini vurğulamışdılar.  

İclasda “Başinform”, “Tatarinform” və “Krım xəbərləri” agentlikləri Birliyə üzv qəbul 

olunmuş, təşkilat Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) adlandırılmış, bununla əlaqə-

dar  Nizamnamədə  müvafiq  dəyişiklik  edilmişdir.  TKA  Baş  Məclisinin  7-ci  iclası  Yekun 

sənədinin qəbul edilməsi ilə başa çatmışdır. Bu iclasdan etibarən növbəti toplantıya qədər 

TKA-da sədrlik AzərTAc-a keçmişdir. 

Hazırda hər gün TKA-nın internet resursunda (www.tkaonline.org) Azərbaycanla bağ-

lı 25-30 informasiya yerləşdirilir.

44

 



2006-cı  il  mayın  29-dan  31-dək  Ukraynanın  paytaxtı  Kiyev  şəhərində  keçirilən  təsis 

konfransında yaradılmış Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin 

Milli  İnformasiya  Agentlikləri  Assosiasiyası  (BSANNA)  Qara  dəniz  ölkələrinin  milli 

informasiya agentliklərinin səylərini birləşdirən regional təşkilatdır. 

14  milli  informasiya  agentliyinin  təmsil  olunduğu  BSANNA-nın  məqsədi  sərbəst  və 

bərabərhüquqlu  informasiya  mübadiləsi  aparmaq  və  həmin  informasiyanın  üzv  agentlik-

lərin  ölkələri  ərazisində  yayılmasıdır.  Üzv  agentliklər  texniki  əməkdaşlıq,  təcrübə  və 

texnologiya mübadiləsində də bir-birilərinə kömək etməyə çalışırlar. 

AzərTAc  2011-ci  il  iyunun  13-15-də  BSANNA-nın  5-ci  Baş  Assambleyasına  ev  sa-

hibliyi  etmişdir.  “İnnovasiyalı  inkişaf:  şəffaflıq  və  modernləşmə”  mövzusunun  müzakirə 

edildiyi  Bakı  Assambleyasında  BSANNA-nın  tarixində  ilk  dəfə  olaraq  qurumun  rəhbər 

orqanı  –bürosu  yaradılmışdır.  Bu  Assambleyada  BSANNA-ya  prezidentlik  növbəti 

toplantıya qədər AzərTAc-a keçmişdir.

45

 



MDB-nin  üzvü  olan  ölkələrin  Milli  İnformasiya  Agentlikləri  Assosiasiyası  (ANİA) 

MDB  Hökümət  Başçıları  Şurasının  2003-cü  il  sentyabrın  18-də  Yaltada  keçirilmiş 

iclasında  imzalanmış,  Birliyin  üzvü  olan  ölkələrin  milli  informasiya  agentliklərinin 

materiallarının  mübadiləsi  haqqında  sazişin  həyata  keçirilməsi  məqsədi  ilə  professional 

əməkdaşlıq forması kimi təsis edilmişdir. 

ANİA-nın  məqsədi  MDB-nin  üzvü  olan  ölkələrin  milli  informasiya  agentliklərinin 

potensialından  fəal  istifadə  edilməsinə,  milli  informasiya  agentlikləri  arasında  material 

mübadiləsinin səviyyəsini  və səmərəsini artırmağa, informasiya axınında tarazlığın  təmin 

edilməsinə və MDB-yə daxil olan ölkələrin həyatına dair obyektiv informasiyanın operativ 

yayılması üçün agentliklərin səylərini birləşdirməyə kömək etməkdir. 

                                                           

44

 Türkdilli Xəbər Agentlikləri Birliyi – www.tkaonline.org 



45

Judith  and  David  LeRoy.  Yes,  web  use  is  growing,  but  TV  is  still  setting  records  // 

http://www.current.org/audience/aud1007web-bcast.shtml 



 

-63- 


Sazişin  5-ci  maddəsinə  müvafiq  olaraq,  tərəflər  milli  informasiya  agentliklərinin 

potensialından  fəal  istifadə  etmək,  informasiya  mübadiləsinin  səviyyəsini  və  səmərəsini 

artırmaq,  informasiya  axınında  tarazlığı  təmin  etmək  məqsədi  ilə  sazişin  müddəalarının 

yerinə  yetirilməsinə  görə  cavabdehliyi  Müstəqil  Dövlətlər  Birliyinin  üzvü  olan  ölkələrin 

dövlət  informasiya  agentliklərinin  rəhbərlər  şurasına  –MDB  İnformasiya  Şurasına  həvalə 

etmişlər.

46

 

Şuranın  əsas  vəzifələri  dövlət  informasiya  agentliklərinin  xəbərlərinin  maneəsiz 



yayılması üçün ən əlverişli şəraitin yaradılması barədə tövsiyələr hazırlamaq, informasiya 

fəaliyyəti  məsələlərinə  dair  məsləhətləşmələr  aparmaq,  telekommunikasiya  və  rabitənin 

inkişafına,  informasiya  münasibətlərinin  beynəlxalq  prinsip  və  normalarının  tətbiq 

edilməsinə  kömək  göstərmək,  informasiya  mübadiləsinin  normativ  hüquqi  tənzimlən-

məsinə dair təkliflər hazırlamaqdır. 

ANİA hər gün AzərTAc-ın 30-35 informasiyasını və fotoinformasiyasını öz saytında 

yerləşdirir.  

2004-cü  ilin  sentyabrında  agentliyin  həyatında  çox  əlamətdar  bir  hadisə  baş  vermiş, 

AzərTAc Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA)-ya 

üzv  qəbul  olunmuşdur.  Bunun  sayəsində  AzərTAc-  ın  hər  gün  20-25  informasiyası,  o 

cümlədən  fotoinformasiyaları  OANA-nın  saytında  (www.oananews.org)  yerləşdirilir  və 

quruma  üzv  olan  33  ölkənin  40  informasiya  agentliyi  həmin  məlumatlardan  məhdudiy-

yətsiz  istifadə  edə  bilir.  Azərbaycan  MDB  məkanında  sayca  dördüncü  ölkədir  ki,  onun 

informasiya agentliyi bu nüfuzlu regional strukturda təmsil olunmuşdur. 

Asiya  və  Sakit  Okean  Ölkələri  İnformasiya  Agentlikləri  Təşkilatı  YUNESKO-nun 

təşəbbüsü  ilə  1961-ci  ildə,  dünya  əhalisinin  yarıdan  çoxunun  yaşadığı  qitədə  informasiya 

agentlikləri  arasında  xəbərlərin  birbaşa  və  pulsuz  mübadiləsinin  təmin  edilməsi  üçün 

yaradılmışdır.  Hazırda  dünyada  yayılan  informasiyanın  böyük  hissəsi  OANA  üzvlərinin 

payına düşür.

47

 



2007-ci  il  dekabrın  12-də  bu  təşkilatın  Baş  Assambleyasının  İndoneziyanın  paytaxtı 

Cakartada  keçirilmiş  növbəti  iclasında  AzərTAc  qurumun  büro  üzvü  seçilmişdir.  Bu, 

dünya media məkanında öz mövqelərini möhkəmlədən AzərTAc üçün çox mühüm hadisə 

idi. 


2008-ci  il  sentyabrın  1-4-də  Bakıda  AzərTAc-ın  ev  sahibliyi  ilə  OANNA  İcraiyyə 

Komitəsinin  “Qloballaşan  dünyada  informasiya  hamı  üçün”  mövzusunda  30-cu  iclası 

keçirilmişdir.  Xüsusi  vurğulamaq  lazımdır  ki,  ilk  dəfə  olaraq,  dünyanın  20-dən  çox 

                                                           

46

 MDB ölkələri Milli İnformasiya Agentlikləri Assosiasiyası – http://www.ania-news.info 



47

 Asiya xəbər agentlikləri konsorsiumu – www.asiapulse.com

 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə