Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə32/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   ...   29   30   31   32   33   34   35   36   37

 

-68- 


lərinin  görkəmli  nümayəndələri  agentliyin  işi  ilə  tanış  olmuş,  əməkdaşlarla  söhbət  etmiş, 

müasir jurnalistikanın bir sıra mühüm problemləri barədə fikir mübadiləsi aparmış, forum 

barədə  təəssüratlarını  bölüşmüşlər.  Onlar  Azərbaycan  ilə  Rusiya  arasında  münasibətlərin 

daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi üçün bu tədbirin çox böyük əhəmiyyətini 

vurğulamışlar.  

Son  illər  AzərTAc  bir  sıra  nüfuzlu  müsabiqələrin  mükafatlarına  layiq  görülmüşdür. 

Onlardan bəziləri aşağıdakılardır: 

1.

 



2003-cü ilin yanvarında Rusiyada çıxan “Fotovideo” jurnalında idman mövzusunda 

müsabiqədə  AzərTAc-ın  “Start”  adlı  foto  işi  (fotomüxbir  İlqar  Cəfərov)  qalib  elan 

olunmuşdur. 

2.

 



2004-cü  ilin  aprelində  AzərTAc  İspaniyada  çıxan  “Aktualidad”  jurnalının  “Nüfuz 

və keyfiyyətə görə” beynəlxalq mükafatına, 2005-ci ilin yanvarında isə Biznes Təşəbbüsü 

Mərkəzinin (Madrid) “Avropaya pəncərə” beynəlxalq qızıl mükafatına layiq görülmüşdür. 

3.

 



2007ci  ilin  iyununda  agentliyin  “Bodibildinq  çempionu”  adlı  fotosu  (fotomüxbir 

İlqar  Cəfərov)  Moskvada  keçirilən  “Press-foto  Rossii”  müstəqil  peşəkar  jurnalistika 

müsabiqəsində “İdman” nominasiyasında 12 ölkəni təmsil edən münsiflər heyətinin onlayn 

səsverməsinin nəticələrinə əsasən birinci yeri tutmuşdur. 

4.

 

2007-ci  ilin  oktyabrında  İspaniyanın  Estepona  şəhərində  90  ölkənin  informasiya 



agentlikləri  fotomüxbirlərinin  işlərinin  müsabiqəsində  AzərTAc-ın  “Xoruz  döyüşü”  adlı 

fotosuna  (fotomüxbir  Osman  Kərimov)  “Bayram”  nominasiyasında  yekdilliklə  birincilik 

mükafat verilmişdir. 

5.

 



2007-ci  ilin  oktyabrında  Madriddə  Ticarət  Liderləri  Klubu  (Trade  Leaders  Club) 

AzərTAc-ın  fotoxronikasını  “Ən  yaxşı  ticarət  markası”  beynəlxalq  mükafatına  layiq 

görmüşdür. 

6.

 



2008-ci  ilin  fevralında  AzərTAc  Mahmud  Kaşğari  adına  Beynəlxalq  Fondun  və 

Türk Ənənə Ocağına “Türk dünyasının ən böyük xəbəralma” mükafatı ilə təltif edilmişdir. 

7.

 

2008-ci  ilin  martında  Moskvada  Dövlət  Darvin  Muzeyi  tərəfindən  təşkil  edilmiş 



“Analıq”  müsabiqəsində  agentliyin  “Üçəm  uşaqların  anası”  fotosu  (fotomüxbir  İlqar 

Cəfərov) qalib elan olunmuşdur.

53

 

Müstəqil  Azərbaycanın  rəsmi  informasiya  agentliyinin  dünya  informasiya  məkanına 



çıxması,  Azərbaycan  reallıqlarının  yayılma  coğrafiyasının  genişləndirilməsi  ulu  öndər 

Heydər  Əliyevin  ən  böyük  arzularından  biri  idi.  İndi  tam  məsuliyyətlə  demək  olar  ki, 

                                                           

53

 Aslanov A.Ə., Heydər Əliyev və AzərTAc. Bakı: Nurlan, 2005, səh. 74 



 


 

-69- 


ümummilli  liderin  bu  arzusu  da  reallığa  çevrilmişdir.  Azərbaycan  qloballaşan  dünyanın 

yeni informasiya məkanında öz yerini tutmuşdur və bunu getdikcə möhkəmləndirir. 



 

3.2. Azərbaycan reallıqlarını dünyaya çatdırmaqda yeni 

texnologiyalardan istifadə 

Müasir  dövrdə  insanlar  televiziya  kanallarından,  radiodan,  qəzet  və  jurnallardan 

aldıqları informasiyalarla kifayətlənmir, dünyada baş verən hadisələrdən özləri üçün daha 

münasib  vaxtda  və  istənilən  şəraitdə  xəbər  tutmağa  üstünlük  verirlər.  Ona  görə  də 

dünyanın nüfuzlu xəbər agentlikləri insanları operativ surətdə informasiya ilə təmin etmək 

üçün  daim  müasirləşən  informasiya  texnologiyaları  vasitələrindən  daha  geniş  istifadə 

etməyə  çalışır.  Bu  baxımdan  AzərTAc  da  fəaliyyətinin  keyfiyyətcə  yeni  dövrünə  qədəm 

qoyur,  zamanla  ayaqlaşmağa  çalışır.  Qlobal  informasiya  dünyasının  ən  müasir  texnoloji 

innovasiyaları AzərTAc-ın fəaliyyətində də geniş yer tutmaqdadır. 

Elmi-texniki  tərəqqinin  ən  yeni  nailiyyətlərinin  informasiya  agentliklərinin  işində 

tətbiq edilməsi məsələlərinə media elmi nəzəriyyəçilərinin tədqiqatlarında geniş yer verilir. 

Müasir  mass  media  nəzəri  məktəbinin  tanınmış  mütəxəssisləri  Monro  Prays  və  Beata 

Rozumiloviç  informasiya  və  ictimai  kommunikasiya  sahəsində  yeni  texnologiyalardan 

geniş istifadə etməyin zəruriliyini əsaslandıraraq yazırlar: “İnternet də daxil olmaqla, yeni 

texnologiyaların yaranması və tətbiqi, heç şübhəsiz, KİV-lərin inkişafında və demokratik-

ləşmədə  yeni  bir  mərhələnin  başlanğıcıdır.  Yeni  texnologiyalar  ictimai  ukladın  yeni 

modelidir .” 

54

 



Onlar yeni texnologiyalar sırasında “multimedia”dan daha geniş söhbət açırlar. Qlobal 

informasiya  məkanının  formalaşmasında  xüsusi  rol  oynayan,  son  illərdə  insanların 

leksikonunda  tez-tez  ras  gəlinən  “multimedia”  informasiya  təminatının  lokomotivinə 

çevrilmişdir. 

Hazırda  dünyanın  aparıcı  xəbər  agentlikləri  bu  sistemin  açdığı  geniş  imkanlardan 

maksimum  yararlanmağa  çalışır,  ənənəvi  redaksiyalardan  xilas  olub  müasir  dizayn  və 

interyerə  malik,  son  texnologiyalarla  təchiz  edilmiş  multimedia  redaksiyaları  sayəsində 

informasiyanın  keyfiyyətli  və  operativ  çatdırılmasını  təmin  edirlər.  Burada  inteqrasiya 

olunmuş və əlaqələndirilmiş iş mexanizmi həm keyfiyyətli məhsulun hazırlanmasına, həm 

də onun çatdırılmasına fiziki əməyə və vaxta qənaət edilməsinə səbəb olur. 

                                                           

54

 Monroe  P.,  Beata  R.,  Stefan  V.  Media  Reform:  Democratizing  the  media,  democratizing  the  state.  New 



York: Routledge, 2003, 304 p.

 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə