Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə36/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   ...   29   30   31   32   33   34   35   36   37

 

-76- 


beynəlxalq  aləmdə  daha  geniş  coğrafiyada  yaymağa,  eyni  zamanda,  Azərbaycan 

oxucusunun dünyadakı ən son yeniliklərlə tanış etməyə imkan verir. 

2.

 

Cəmiyyətin  inkişafının  müasir  mərhələsində  informasiyanın  operativ  hazırlanması 



və  yayılması  yeni  texnologiyaların  tətbiqi  olmadan  mümkün  deyildir.  Elmi-texniki 

nailiyyətlərə biganə qalmayan AzərTAc da son texnologiyalarla təchiz edilmiş multimedia 

redaksiyaları  yaradaraq  video,  foto,  səsli  və  yazılı  informasiyanı  eyni  vaxtda  istifadəçiyə 

çatdırır. 

3.

 

İnformasiyanın  yayılmasında  multimedia  xidmətinin  əsas  tərkib  hissələrindən  biri 



təsviri  xəbər  adlandırılan  infoqrafikadır.  Son  vaxtlar  agentliklər  görüntülü,  səsli  və  yazılı 

xəbərlərlə  yanaşı,  infoqrafikadan  da  geniş  istifadə  edirlər.  İnfoqrafikanın  əsas  məqsədi 

materiala  forma  cəhətdən  dizayn  vermək  deyil,  qrafik  material  vasitəsilə  faktları  sadə  və 

anlaşıqlı şəkildə şərh etməkdir. Hazırda AzərTAc da ondan istifadəyə başlamışdır. 

4.

 

Sosial  şəbəkələrin  informasiya  məkanında  rolu  getdikcə  artır.  Dünyanın  aparıcı 



informasiya agentlikləri sosial şəbəkələrə çıxışı təmin etmək üçün öz səhifələrində onların 

linkini  yerləşdirir.  AzərTAc  da  bu  inteqrasiya  prosesinə  qoşulmaqda  maraqlı  olsa  da, 

elektron  məlumatların  və  intellektual  mülkiyyətin  qorunmasında  müəyyən  risklərin 

olduğunu nəzərə alaraq, hələlik bu məsələyə bir qədər ehtiyatla yanaşmağı məqsədəuyğun 

sayır.

  

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

-77- 


Nəticə 

Müasir  dövrdə  hər  bir  cəmiyyətin  həyatını,  o  cümlədən  dövlətin  daxili  və  xarici 

siyasətini,  beynəlxalq  əlaqələrini  informasiya  işindən  kənarda  təsəvvür  etmək  mümkün 

deyildir. Xüsusilə qloballaşma prosesi geniş vüsət aldıqca, informasiyaya tələbat daha da 

artır. Çünki informasiyanın siyasi münasibətlərə və proseslərə, istər beynəlxalq miqyasda, 

istərsə də konkret cəmiyyət daxilində ictimai rəyə təsir göstərmək imkanları genişlənir. 

Bəşəriyyətin tarixi inkişafının əvvəlki dövrləri ilə müqayisədə müasir mərhələdə infor-

masiya  siyasi  və  sosial  idarəetmədə,  iqtisadiyyatın  tənzimlənməsində,  insanları  getdikcə 

daha çox narahat edən ekoloji problemlərin həllində əvəzsiz rol oynayır. Bununla yanaşı, 

dövlətin  məqsədyönlü  informasiya  siyasəti  onun  ideologiyasının  həyata  keçirilməsinə 

xidmət edir. 

Azərbaycan  müstəqilliyini  yenidən  bərpa  etdikdən  sonra  həm  də  özünün informasiya 

siyasətini  müəyyənləşdirmişdir.  Gənc  müstəqil  dövlət  daxili  və  xarici  siyasətini  həyata 

keçirmək, beynəlxalq aləmdə mövqeyini və nüfuzunu möhkəmləndirmək üçün informasiya 

işinin  müasir  tələblər  səviyyəsində  qurulmasına,  daha  geniş  coğrafiyanı  əhatə  etməsinə 

böyük  əhəmiyyət  verir.Araşdırma  nəticəsində  gəldiyimiz  qənaəti  qisaca  belə  ifadə  etmək 

olar: 

Cəmiyyətin  inkişafının  yeni  mərhələsində  əsas  resurslardan  biri  informasiyadır. 



Inkişaf  prosesində  demokratik  transformasiyalarla  zəngin  olan  müasir  cəmiyyətdə 

informasiya  elə  bir  maddi  sərvətdir  ki,  o  tükənmir,  köhnəlmir,  əksinə,  getdikcə  daha  da 

artır  və  keyfiyyətcə  yaxşılaşır.  Bu  xüsusiyyətlərinə  görə  müasir  dünyada  informasiya 

yüksək dəyərə malik maddi və intellektual sərvətə çevrilmişdir. İnformasiyanın mübadiləsi 

rəqabətə deyil, əməkdaşlığa yol açdığı üçün inkişaf prosesində onun rolu getdikcə artır. 

Müasir dünyada inkişafın yeni, müxtəlif modelləri ilə bir-birindən fərqlənən ölkələrdə 

KİV-lərin  sayının  sürətlə  çoxalmasına,  onların  texniki  və  maliyyə  imkanlarının 

genişlənməsinə  baxmayaraq,  yeni  minilliyin  ən  mühüm  məhsulu  sayılan  informasiyaya 

tələbat  nəinki  azalmır,  əksinə,  onun  yetərincə  ödənilməsi  problemi  yranır.  Bu  problemin 

həlli  yolları  ilə  bağlı  elmi-nəzəri  mənbələri  araşdırarkən  məlum  olmuşdur  ki,  cəmiyyətin 

informasiyaya  tələbatının  ödənilməsi  üçün  KİV-lər  özlərinin,  ilk  növbədə,  oxucu 

auditoriyalarını  müəyyənləşdirməli,  onun  səviyyəsini  və  maraq  dairəsini  nəzərə  alaraq 

fəaliyyətini bu istiqamətdə qurmalıdır. 

Auditoriyanı öyrənmək baxımından elektron informasiya vasitələrinin imkanları yazılı 

mətbuatda  müqayisəyəgəlməz  dərəcədə  genişdir.  İnteraktivlik,  operativ  əks  əlaqə,  yüksək 

sürətlə  inkişaf  edən  informasiya-kommunikasiya  texnologiyaları  elektron  media  ilə 




 

-78- 


ənənəvi  mətbuat  arasında  rəqabəti  dərinləşdirmişdir.  Buna  hətta  fəlsəfi  aspektdən 

yanaşaraq,  “yeniliklə  köhnəliyin  mübarizəsi”  adlandıranlar  da  vardır.  Doğrudur,  elektron 

media  yazılı  mətbuatı  müəyyən  qədər  sıxışdırsa  da,  onu  tam  sıradan  çıxarması  mümkün 

deyil.  Oxucuya  seçim  etmək  imkanı  verməsi,  heç  bir  texniki  vasitədən  istifadə  etmədən 

istənilən  vaxtda  onunla  tanış  olmağın  mümkünlüyü  və  s.  xüsusiyyətlərinə  görə,  yazılı 

mətbuat bundan sonra da informasiya mənbələrindən biri kimi qalacaqdır. 

Vaxtilə televiziya bumu başlayanda da bu cür düşünənlər çox olmuşdur.İndi internetin 

tükənməz imkanlarını görüb televiziyanın  gələcəyini  şübhə altına alanların da narahatlığı 

əbəsdir.  Çünki  ən  yeni  xəbəri  televiziya  ekranlarından  eşidib  görmək  istəyənlərin  sayı 

internet istifadəçilərinin  sayında heç də az deyildir. Hər halda, indi reallıq belədir və kim 

təminat  verə  bilər  ki,  gələcəkdə  interneti  üstələyəcək  daha  modern  informasiya  texno-

logiyaları yaranmayacaqdır. 

Mətbuatın hansı növünün üstün olub-olmaması barədə hökm vermək düzgün olmazdı. 

Çünki  informasiya  cəmiyyətində  mediatexnologiya  heyrətamiz  sürətlə  dəyişir.  Ancaq 

dəyişməyən mətbuatın  təməl  prinsipi  –yəni  KİV-lərin siyasi  proseslərə təsir edən, ictimai 

rəyi formalaşdıran əsas vasitə olmasıdır. Ona görə də müasir kütləvi informasiya vasitələri 

dünyada baş verən hadisələri operativ işıqlandırmaqla yanaşı, həm də informasiyanı geniş 

təhlil  etməli,  onu  ilkin  süzgəcdən  keçirməli  və  məqsədyönlü  şəkildə  seçməlidir.  Bu, 

informasiya  istehsalı  prosesində  prinsipial  məsələdir.  Müxtəlif  informasiya  mənbələrinin 

istehlakçının  diqqətini  cəlb  etmək  üçün  bir-biri  ilə  rəqabət  apardığı  bir  vaxtda  bu 

mənbələrə  müraciət  edərkən  onların  potensial  imkanları,  istehlakçıya  təklif  etdikləri 

informasiyanın mötəbərliliyi və dolğunluğu nəzərə alınmalıdır. 

İnformasiya  hazırlandıqdan  sonra  növbəti  mərhələ  onun  auditoriyaya  hansı  üsulla 

çatdırılmasıdır. İnformasiyanın yayılması üçün kanallar seçərkən auditoriyanın miqyasına, 

onun  keyfiyyət  tərkibinə,  çatdırılma  müddətinə  və  yayım  kanalının  zəruri  resurslarına,  o 

cümlədən  maliyyə  imkanlarına  xüsusi  diqqət  yetirilməlidir.  Bu  amillər  nəzərə  alınmadan 

hazırlanmış ən yaxşı informasiya belə əhəmiyyətini itirəcəkdir. 

Araşdırmamızın  əsas  məqsədinə-Azərbaycanın  ilk  xəbər  agentliyinin-90  illik  inkişaf 

yolu keçmiş AzərTAc-ın tarixinə gəldikdə isə, ayrı-ayrı yubiley məqalələri, bəzi jurnalist 

xatirələri istisna olmaqla, əslində, bu sahədə araşdırma aparılmışdır. Ona görə də, Azərbay-

can Xalq Cümhuriyyətinin yadigarının, tarixi baxımdan Şərqdə ilk xəbər agentliklərindən 

olan  AzərTAc-ın  keçdiyi  çətin  və  eyni  zamanda  şərəfli  yolu,  onun  bügünkü  səviyyəyə 

çatması üçün görülən işləri imkan daxilində geniş araşdırmağa ehtiyac var idi. Bu ehtiyacı 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə