Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə33/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   ...   29   30   31   32   33   34   35   36   37

 

-70- 


“Multimedia” terminini ilk dəfə 1966-cı ilin iyul ayında Lonq-Aylenddə “Light Works 

at L`Oursin” adlı şou təşkil etmiş Bob Qoldşteyn işlətmişdir. Bu, adi tamaşa idi, lakin illər 

keçdikcə  həmin  terminin  məna  yükü  transformasiyaya  uğramışdır.  1990-cı  illərdə  bu 

termin  artıq  yeni,  müasir  anlama  yaxın  məna  kəsb  etmişdir.  Amerikalı  tədqiqatçı  Tey 

Volqan  “Multimedia:  onu  işə  salmalı”  kitabında  yazır:  “Multimedia  mətnin,  qrafika 

sənətinin,  səs,  animasiya  və  videonun  kompyuter  vasitəsilə  kombinasiyasıdır.  Layihəni 

müşahidə edən istifadəçi bu elementlərin onun diqqətinə çatdırılması vaxtına və materialın 

məzmununa  nəzarət  etmək  imkanı  qazandıqda  multimedia  intreaktiv  olur.  İstifadəçi 

qarşılıqlı  əlaqəli  elementlərin  strukturu  vasitəsilə  idarəetmə  imkanı  qazandıqda  isə 

intereaktiv multimedia hipermediaya çevrilir.”

55

 

1995-ci  ildə  “Gesellschaft  für  deutsche  Sprache”  (Alman  Dili  Cəmiyyəti)  hələ  gənc 



olan  “multimedia”  termininin  əhəmiyyətinin  heç  də  ötəri  olmadığını  vurğulayaraq,  bu 

termini “İlin sözü” adlandırmışdı. Cəmiyyətin qərarında deyilirdi: “Multimedia yeni KİV-

lərin əlamətdar dünyasında mərkəzi sözə çevrilmişdir.”

56

 



“Vikipedia azad ensiklopediya” isə “multimedia” termininə belə tərif verir:  “Multi –

çox,  media  –informasiya  vasitələrinin  toplusu  deməkdir,  multimedia  –çoxvasitəli 

informasiya mənasını daşıyır. Multimedia informasiya təqdimatının  müxtəlif formalarının 

eyni vaxtda ifadəsi və istifadəsi deməkdir.”

57

 

Beləliklə,  “multimedia”  termini  müasir  anlamda  video,  foto,  səs  və  mətnin  elektron 



üsulları (kompyuter vasitəsilə) istifadəçiyə eyni vaxtda çatdırılması deməkdir. İstifadəçi bu 

materialların kombinasiyası ilə intreaktiv rejimdə işləyə bilər. Hazırda milyonlarla insanın 

şüurunda multimedia internetlə qırılmaz şəkildə  bağlıdır. Bu proses 1990-cı illərin birinci 

yarısında,  yüzlərlə  meqabayt  həcmində  video,  audio  və  fotoqrafiya  məlumatları  ilə 

işləməyə  imkan  verən  kompakt  disk  qurğuları  (CD-ROM  drive)  ilə  təchiz  edilmiş 

“multimedia” kompyuterlərinin bazara çıxarıldığı dövrdən başlanmışdır. 

Amerikalı  ekspertlər  yeni  texnologiyaların,  o  cümlədən  multimedianın  inkişaf 

sürətindən  bəhs  edərək  yazırdılar:  “Maraqlıdır  ki,  bizim  zəmanədə  yeni  texnologiyalar 

uzunmüddətli  sınaq  dövrü  keçmir.  Ümumdünya  “hörümçək  toru”nun  (İnternet  –  A.A.

1969-cu ildə ixtira edildiyi gündən 1980-ci ildə ondan istifadə edilməsinin ilk addımlarına 

qədər,  demək  olar  ki,  on  il  müddətində  onu  yaradanların  şüurunda  “oturuşma”  mərhələsi 

keçmişdir.  Yalnız  bundan  sonra,  xüsusən  1980-ci  illərin  axırlarından  etibarən  yeni 

                                                           

55

 Vaughan T. Multimedia: Making It Work: First edition. Osborne/McGraw – Hill, Berkeley, 1993. 



56 

Wood C. Keeping pace with mainstream social media // http://www.dmnews.com/keeping-pace-with-

mainstream-social-media/article/147429 

57

 http://en.wikipedia.org/wiki/multimedia



 


 

-71- 


texnologiyalar  praktik  tətbiqini  tapmağa  başlanmışdır.  İnternetin  bügünkü  istifadəçiləri 

yeni multimedia inqilabının mərkəzindədirlər.”

58

 

Agentliyin  audio  və  video  xəbərlərinin  sayının  artırılmasına  və  onların  keyfiyyətinin 



daim yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. AzerTAcın texnik strukturunda 80-dan cox 

kompyuter,  18  ədəd  səs  yazma  cihazı,  2  ədəd  çap  maşını,  9  ədəd  faks  avadanlığı  və.s 

avadanlıqlar yerləsir. Rus və ingilis dilləri ilə yanaşı, alman, fransız və ərəb dillərində də 

audio  və  videomateriallar  hazırlanması  istiqamətində  intensiv  iş  gedir.  Bu  proqramın 

həyata keçirilməsi sayəsində AzərTAc-ın xarici ölkələrdəki auditoriyası xeyli genişlənəcək, 

beləliklə,  agentliyin  məhsullarının  əcnəbi  istehlakçıları  Azərbaycanın  sosial-iqtisadi  və 

mədəni  inkişafı,  demokratik  vətəndaş  cəmiyyəti  quruculuğundakı  nailiyyətləri,  eləcə  də 

Azərbaycan diplomatiyasının çoxvektorlu xarici siyasətdə uğurları ilə daha yaxından tanış 

olmaq imkanı əldə edəcəklər.  

Agentliyin  internet  saytında  ölkədə  və  xaricdə  baş  vermiş  son  hadisələrdən 

hazırlanmış videoreportajlarla tanış olmaq mümkündür.Lakin AzərTAc-ın məxsusi texniki 

imkanları vardır. Bu baxımdan, agentlik ixtisaslaşdırılmış vodeoportalların xidmətlərindən 

istifadəyə  ehtiyac  duymayan  xaricdəki  tərəfdaşlarından  geri  qalmır.  AzərTAc-ın  internet 

resursunda xəbər istehlakçıları üçün əlyetən olan səsli informasiyalardan da geniş istifadə 

edilir. 

İnformasiya  istehsalının  bu  yeni  istiqamətlərinə  istehlakçı  auditoriyasının  münasibəti 

müxtəlifdir.  Bəziləri  güman  edirlər  ki,  videoxəbər  hazırlayan  agentlik  televiziya  yaradır. 

Bu,  heç  də  belə  deyildir.  Ona  görə  də  ənənəvi  televiziya  ilə  videoxəbərlər  arasında 

keyfiyyət  fərqləri  məsələsinə  aydınlıq  gətirilməsi  vacibdir.  Təbii  ki,  televiziya  ilə 

müqayisədə  videoxəbərlər  texnoloji  sıçrayışdır.  Əvvəllər  adamlar  televiziya  xəbərlərini 

eşitmək  üçün  evə  tələsir,  stansionar  televizorları  müvafiq  kanala  kökləyirdilər.  İndi  isə 

internetə qoşulmuş adi İphone qurğusu istifadəçiyə istənilən yerdə ani surətdə AzərTAc-ın 

internet  səhifəsini  açmağa  və  son  videoyeniliklə  tanış  olmağa  imkan  verir.  Məlumdur  ki, 

televiziya xəbərləri günün müəyyən saatlarında efirə verilir. Bu saatlarda ekran qarşısında 

olmadınsa, deməli, yeniliklərdən xəbər tuta bilməyəcəksən. Videoxəbərlə  bağlı isə bu cür 

problem  yoxdur:  eyni  materiala  dünyanın  istənilən  nöqtəsində  dəfələrlə  baxmaq 

mümkündür. Nəhayət, tədqiqat işində televiziya verlişinə istinad etmək çətin olduğu halda, 

hər  bir  videosüjetin  daimi  internet  ünvanının  olması  bu  məsələni  asanlaşdırır. 

Telekanalların  çoxu  bütün  bu  üstünlükləri  nəzərə  alaraq,  televiziya  ilə  yayımlanmış 

reportajları  öz  internet  saytlarına  köçürürlər.  Maraqlıdır  ki,  cəmi  20  il  bundan  əvvəl 

                                                           

58

 Kevin S., Neil R. and Yves L. MBONE: Multicasting Tomorrow’s Internet 



//http://www.savetz.com/mbone/ch1.html 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə