Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə34/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   ...   29   30   31   32   33   34   35   36   37

 

-72- 


videomateriallar  geniş  auditoriyaya  yalnız  televiziya  kanalları  ilə  yayımlanırdısa,  indi 

bundan ötrü çox böyük vəsait hesabına yaradılan telekanal heç də zəruri deyildir. Hər hansı 

bir  hadisə  barədə  süjet  çəkib  reportajı  YouTube  saytında  yerləşdirmək  üçün  kameralı  adi 

mobil  telefon  kifayətdir.  Özü  də  bunu  hər  bir  insan  edə  bilər.  Həvəskarlar  tərəfindən 

çəkilmiş  videosüjetlər  çoxmilyonlu  auditoriyanın  diqqətini  cəlb  etdiyi  halda,  peşəkar 

əməkdaşları  olan  ənənəvi  telekanal  bəzən  tamaşaçı  toplamaq  məsələsində  çətinliklərlə 

üzləşir. 

AzərTAc-ın  audio  və  videoməhsulları  ilə  tanış  olmaq  üçün  istehlakçının  fərdi 

kompyuterində hər hansı xüsusi və ya çətin tapılan softver-proqramlar olması tələb edilmir. 

Materialın  yüklənməsi  üçün  çox  vaxt  tələb  olunmur,  çünki  bu,  texniki  cəhətdən  kifayət 

qədər sadədir. Agentliyin informasiyaları  məzmununun dolğunluğu, faktların dəqiqliyi  və 

mətnin yığcamlığı ilə fərqlənir. AzərTAc-ın multimedia xəbərlərinin istehlakçılara çox qısa 

vaxtda,  bəzən  cəmi  bir  neçə  saniyədə  adi  səyyar  noutbuk  vasitəsilə  ən  son  yeniliklərdən 

xəbər tuta bilərlər. Müasir dövrdə getdikcə populyarlaşan “simsiz modem” ( internetə daxil 

olmaq  üçün  data  kart  və  s.)  olduqda  isə  hətta  yolda,  məsələn,  qatarda  və  ya  katerdə 

agentliyin  video  və  audio  reportajlarını  nəzərdən  keçirmək  mümkündür.  Elmi-texniki 

tərəqqinin  sürətlə  inkişaf  etməsi  həqiqətən  insanı  heyrətləndirir  və  AzərTAc  da  bu 

yeniliklərlə ayaqlaşmağa çalışır. 

Audio  və  videoreportajlarla  yanaşı,  artıq  vizual  mətn  materiallarına  aid  olan 

infoqrafikaya da diqqət  artmaqdadır.  Informasiyanın  yayılmasında multimedia xidmətinin 

əsas  tərkib  hissələrindən  biri  olan  infoqrafikaya  (təsviri  xəbər)  son  vaxtlar  aparıcı  xəbər 

agentliklərinin işində aktuallığı ilə seçilir. Görüntülü və səsli xəbərlə  yanaşı, təsviri xəbər 

informasiya təminatında son illərin ən böyük uğurlarından sayılır. Dünyanın aparıcı media 

qurumları infoqrafikanın imkanlarından geniş faydalanır. 

İnfoqrafika  informasiya  işinin  yeni  istiqaməti  olmaqla,  ideyaları  genişləndirməyə  və 

onlara  diqqəti  cəlb  etməyə  kömək  edən  bir  vasitədir.  İnfoqrafika  xəbərin  təsviridir.  Mə-

lumdur ki, təsvir kommunikasiya formalarından biridir və ideyaların təqdimatında mühüm 

rol oynayır. Bir effektli təsvir min sözü əvəz edə bilər. O, mənanı sadələşdirmək və eyni 

zamanda, bütün vacib informasiyanı çatdırmaq imkanı yaradır. Təsvir informasiyanı daha 

cəlbedici  və  daha  inandırıcı  edir,  daha  dolğun,  daha  polifonik  informasiya  verir.  İnternet 

şəbəkəsində hər hansı saytda hansısa bir dildə təsvir görüb orada söhbətin nədən getdiyini 

tərcüməsiz  və  şərhsiz  də  başa  düşmək  mümkündür.  Kompleks  informasiyaların  istifadə 

edildiyi bu qrafikalar böyükhəcmli məlumatların çatdırılması üçün çox əhəmiyyətlidir. 



 

-73- 


Hazırda infoqrafikadan jurnalistika ilə  yanaşı,  elm,  təhsil və statistika sahələrində də 

geniş istifadə olunur. Ümumiyyətlə, konseptual informasiyanın yayılması üçün infoqrafika 

universal  bir  vasitədir.Bugünkü  informasiya  cəmiyyətində  infoqrafikadan  faydalananların 

sayı  getdikcə  artır.  Vizual  infoqrafika  müxtəlif  formalarda  (karikatura,  diaqram,  sxem, 

illüstrasiya və s.) təqdim oluna bilər. 

Infoqrafikanın başlıca məqsədi məlumat vermək, xəbər çatdırmaqdır. Çox hallarda bu 

vasitədən  mətn  informasiyasına  əlavə  kimi  istifadə  olunur.  İnformasiyanın  çatdırılması 

üslubu  müxtəlif  ola  bilər.  Hər  şey  ilk  növbədə,  informasiyanı  hazırlayanın  məqsədindən 

asılıdır. Yəni o, hazırladığı informasiya ilə onu oxuyan insanlarda hansı təəssürat yaratmaq 

istəyir. Təsvir, infoqrafika və ya digər məhsul konkret olaraq hansı auditoriya üçün nəzərdə 

tutulur? Bütün bunlar kifayət qədər vacib amillərdir.

59

 



İnformasiya  texnologiyalarının  sürətlə  inkişaf  etdiyi  indiki  vaxtda  istənilən  xəbər 

agentliyi multimedianın vacib elementi kimi infoqrafikanın imkanlarından istifadə etməsə, 

informasiya  təminatı  prosesində  effektliyi  tam  və  dolğun  təmin  edə  bilməz.  AzərTAc-ın 

fəaliyyətində də infoqrafikaya mühüm yer verilir. 

Son vaxtlar dünya informasiya məkanında sosial media resurslarına malik olan ənənvi 

xəbər  agentliklərinin  getdikcə  inkişaf  edən  Facebook,  Twitter  kimi  sosial  şəbəkələrə, 

müxtəlif bloq-platformalarla (Livejournal, Bloqger, Wordpress və s.) inteqrasiya prosesləri 

geniş yayılmaqdadır. Ilk sosial şəbəkə ötən əsrin 90-cı illərinin ortalarında meydana gələn 

“Classmates”  idi  (www.classmates.com).  1999-cu  ildə  yaradılan  Liverjournal 

(www.livejournal.com) 

çox 

populyar 



olmuşdur. 

2003-cü 


ildə 

“Myspace” 

(www.myspace.com),  bir  il  sonra  Facebook  (www.facebook.com)  və  2006-cı  ildə 

Rusiyada  “Odnoklassniki”  (www.odnoklasniki.ru)  və  “V  kontakte”  (www.vkontakte.ru) 

fəaliyyətə  başlamışdır.  Yeni  yaradılan  sosial  şəbəkələrin  sayı  isə  durmadan  artır.  K. 

Makkarti, K. Yum, D. Kavareli, K. Vud və digər tanınmış mütəxəssislər də öz əsərlərində 

sosial  şəbəkələrin  informasiya  məkanında  rolu  məsələsinə  toxunmuşlar.

60

 Harvard 



Universitetinin professoru Stiven Pinker yeni texnologiyaların və sosial şəbəkələrin rolunu 

şərh edir: “Yeni medianın məhz bu cür adlanması üçün hər cür əsas vardır. Biliklər sürətlə 

çoxalır,  lakin  insan  beyninin  ölçüləri  və  günün  saatlarının  sayı  dəyişmir.  Xoşbəxtlikdən, 

internet  və  informasiya  texnologiyaları  Twitterdən  tutmuş  elektron  kitablara  və  onlayn 

ensiklopediyalara  qədər  müxtəlif  səviyyələrdə  bizim  kollektiv  töhfəmizi  idarə  etməyə, 

                                                           

59

 Məhərrəmli Q.M. Kino, televiziya, radio terminləri. İzahlı lüğət. Bakı: “Azərbaycan Milli Ensiklopediyası” 



Nəşriyyat – Poliqrafiya Birliyi, 2002, səh. 254

 

60



 Brüer D., Onlayn jurnalistlər üçün vəsait. Bakı: Azərbaycan Media Mərkəzi, 2007, səh. 23

 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə