Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə35/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   ...   29   30   31   32   33   34   35   36   37

 

-74- 


axtarmağa  və  tapmağa  kömək  edir.  Bu  texnologiyalar  biliklərinizin  itirilməsinə  imkan 

verməyəcək, onlar bizim ağıllı qalmağımıza kömək edəcəkdir.”

61

 

Hazırda  xəbər  agentliklərinin,  habelə  agentlik  olmayan  informasiya  saytlarının  çoxu 



həmin  şəbəkələrdə  və  bloq-platformalarda  iştirakını  (mövcudluğunu  desək,  daha  düzgün 

olardı) qeyd etdirmiş, bununla da özlərini həmin sosial şəbəkələrlə bağlamışlar. “Azadlıq” 

radiosu,  BBC,  CNBC  və  bir  sıra  digər  məşhur  KİV-lərin,  informasiya  agentliklərinin 

saytlarında  bu  cür  linklərə  rast  gəlmək  olar.  Artıq  Azərbaycanda  da  bir  sıra  xəbər 

agentlikləri-news.az, Trend, “Xəbərlər Azərbaycan”, agentlik olmayan informasiya saytları 

–Day.az,  News.az,  Vesti.az  sosial  şəbəkələrdə  qeydiyyata  almışdır.  Onlar  oxuculara  əldə 

edilmiş  xəbəri,  məsələn,  Twitter  vasitəsilə  bölüşməyi  və  ya  həmin  materiala  istinadı 

Facebook saytında yerləşdirməyi təklif edirlər. Agentliklərin çoxu şəbəkələrdə qeydiyyata 

alınmaqla,  öz  saytlarında  dərc  edilmiş  materialları  həmin  şəbəkələrdə  müzakirə  etmək 

məqsədi güdür. 

Bəs  AzərTAc-ın  bu  məsələyə  münasibəti  necədir?  Əlbəttə,  sürətlə  yayılmaqda  olan 

inteqrasiya  prosesləri  və  onlayn  sosial  şəbəkələrlə  konstruktiv  əməkdaşlıq  AzərTAc 

tərəfindən  müsbət  qiymətləndirilir.  Bununla  bərabər  AzərTAc  qlobal  məkanda  ikitərəfli 

qaydada  əməkdaşlıq  əlaqələri  qurduğu  milli  informasiya  agentliklərinin  bu  sahədə 

təcrübəsini öyrənmək üçün intensiv iş aparır. Araşdırmalar göstərir ki, milli agentliklərinin 

böyük  əksəriyyəti  sosial  şəbəkələrə  qoşulmağa  bir  o  qədər  də  can  atmır.  Bunun  başlıca 

səbəbi  həmin  sahədə,  ilk  növbədə,  elektron  məlumatların  və  intellektual  mülkiyyətin 

qorunması  ilə  bağlı  müəyyən  risklərin  olmasıdır.  Sosial  şəbəkələr  çox  böyük  mütərəqqi 

potensiala  malik  olmaqla  bərabər,  təəssüf  ki,  informasiya  piratlarının,  parolların 

dağıdılması və məlumat bazasına qanunsuz müraciət, o cümlədən məxfi və şəxsi xarakterli 

məlumatların  oğurlanması  üzrə  ixtisaslaşan  xakerlərin  fəaliyyət  meydanına  çevrilmişdir. 

Nüfuzlu  informasiya  agentlikləri  bu  barədə  tez-tez  xəbərdarlıq  edirlər.  Məsələn,  Röyter 

agentliyi  piratlar  tərəfindən  yeni  virus  yayılması  barədə  məlumat  vermişdir.  Bu  virus  elə 

həmin Facebook vasitəsilə  yüz minlərlə  parolu oğurlamağa imkan verir.  Onların arasında 

informasiya agentliklərinin və KİV-lərin digər növlərinə məxsus parollar da ola bilər.

62

 



Maraqlıdır  ki,  Röyterin  saytında  dərc  edilmiş  məqalənin  özündə  materialdan  sağ 

tərəfdə  istinad  “ikonkaları”  olduğunu  görmək  çətin  deyildir.  Xakerlərin  onlara  mübarizə 

aparanlardan  bir  addım  irəlidə  getdiyi  indiki  şəraitdə  başa  düşmək  çətin  deyil  ki,  həmin 

piratlar  istəsələr,  sosial  şəbəkələrin  resursları  vasitəsilə  xəbər  agentliklərinin  serverlərinə 

qanunsuz yolla müdaxilə edə bilərlər. 

                                                           

61 

Pinker S. Mind Over Mass Media // http://www.edge.org/3rd_culture/pinker10/pinker10_index.html 



62 

www.reuteras.com /article/Idustre 62G5A420100318 




 

-75- 


Sosial  şəbəkələrlə  bağlı  təhlükəsizlik  məsələləri  AzərTAc-ın  üzv  olduğu  regional 

informasiya  qurumlarına  –Asiya  və  Sakit  Okean  Ölkələri  İnformasiya  Agentlikləri 

Təşkilatına  (OANA)  və  Avropa  Xəbər  Agentlikləri  Alyansına  (EANA)  (bu  qurumlarda 

dünyanın  60-dan  çox agentliyi  birləşib  –  A.A.) daxil olan milli  agentliklərin daim diqqət 

yetirdiyi  problemdir.  Bu  təhdidlə  əlaqədar  məsələ  2009-cu  ilin  mayında  EANA-nın 

Budapeştdə  keçirilən  konfransında,  2010-cu  ildə  Argentinanın  Barilos  şəhərində  Xəbər 

Agentliklərinin  Üçüncü  Dünya  Konqresində  geniş  müzakirə  olunmuş,  sosial  media  ilə 

əlaqədar  risk  amilini  ciddi  surətdə  nəzərə  almaq  və  ehtiyatlı  olmaq  tövsiyə  edilmişdir. 

Buna  görə  də  indiki  mərhələdə  AzərTAc  nə  ilə  nəticələnəcəyi  məlum  olmayan  inteqra-

siyaya  tələsməməyi  və  vəziyyəti  izləməkdə,  tərəfdaşlarımızın  təcrübəsini  öyrənməkdə 

davam etməyi üstün tutur.

63

 



Bu məsələdə daha bir məqama diqqət yetirmək çox zəruridir. Azərbaycanın bəzi xəbər 

agentliklərinin  və  portallarının  təcrübəsi  göstərir  ki,  erməni  istifadəçiləri  həmin 

informasiya resurslarının təşkil etdikləri forumlara və onların serverlərinə sərbəst müdaxilə 

edir  və  Azərbaycan  dövlətçiliyinə  ünvanlanmış  təhqiramiz  şərhlərlə  bizim  onlayn  KİV-

lərin  səhifələrində  yer  alırlar.  Agentliklər  və  portallar  bu  tipli  qeyri-konstruktiv 

diskussiyaya münasibətdə heç bir kompromisə yol verməməlidir. 

Hazırda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 

yaşayan  erməni  mənşəli  Azərbaycan  vətəndaşlarının  konstruktiv  şərhləri və  fikirləri  sayt-

larda  yer ala bilər. AzərTAc isə xəbərlərin ictimaiyyət tərəfindən müzakirə edilməsi üçün 

platforma yaradarkən, rəsmi dövlət informasiya agentliyi kimi, ölkəmizin milli maraqlarını 

həmişə əsas tutacaqdır. 

Bir  sözlə,  bəşəriyyətin  yeni  informasiya-texnologiya  erasına  qədəm  qoyması  və  get-

dikcə daha ciddi hiss olunan yeni meyillərə Azərbaycan rəhbərliyinin vaxtında münasibət 

bildirməsi  AzərTAc-ın  qarşısında  məsul  və  eyni  zamanda,  şərəfli  bir  vəzifə  qoymuşdur. 

Azərbaycanın media bazarının bayraqdarı və regiondakı aparıcı xəbər agentliklərindən biri 

kimi rolunu qoruyub saxlamaq üçün informasiya-inteqrasiya çağırışları maksimum səmərə 

ilə qəbul edilməlidir. 

Yazdıqlarımızı  ümumiləşdirərək aşağıdakı qənaətlərə gəlmək olar: 

1.

 

Hazırda  AzərTAc  90-dan  çox  xəbər  agentliyi  ilə  informasiya  mübadiləsi  aparır, 



OANA və  EANA-nın,  habelə  BSANNA, TKA və  ANİA kimi  regional xəbər agentlikləri 

təşkilatlarının  üzvüdür.  Belə  ikitərəfli  və  çoxtərəfli  əməkdaşlıq  AzərTAc-a  həmin 

qurumların  informasiya  resurslarından  istifadə  etməklə  Azərbaycan  haqqında  həqiqətləri 

                                                           

63

 www.newsalliance.org/members/frames.htm 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə