Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə30/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   ...   26   27   28   29   30   31   32   33   ...   37

 

-64- 


ölkəsindən  ən  nüfuzlu  xəbər  agentliklərinin  rəhbərləri  və  yüksək  vəzifəli  təmsilçiləri 

respublikamıza  gəlmişdirlər.  Azərbaycanın  ictimai  həyatında  mühüm  hadisə  olan  bu 

toplantının əhəmiyyəti həm də onda idi ki, OANA və EANA tarixində ilk dəfə olaraq bu 

qurumların rəhbərləri tədbirdə birlikdə iştirak etmişlər. 

Azərbaycan Respublikasının Presizdenti İlham Əliyevin OANA İcraiyyə Komitəsinin 

30-cu  iclasının  iştirakçılarına  ünvanladığı  məktubda  deyilirdi:  “İnformasiya  agentliklərini 

birləşdirən böyük regional təşkilatların və nüfuzlu xəbər agentliklərinin rəhbər şəxslərinin 

iştirakı  ilə  belə  bir  tədbirin  Bakı  şəhərində  keçirilməsi  beynəlxalq  aləmə  hərtərəfli 

inteqrasiya  yolu  seçmiş  və  dünya  informasiya  məkanına  daxil  olmuş  müstəqil  ölkəmizin 

ictimai həyatında mühüm hadisədir. 

Müasir  Azərbaycanın  sürətli  sosial-iqtisadi  inkişafı,  islahatların  keyfiyyətcə  yeni 

mərhələyə  qədəm  qoyması,  vətəndaş  cəmiyyəti  quruculuğunun  dərinləşməsi  ölkəmizdə 

informasiyaya  olan  ictimai  tələbatı  daha  da  artırır.  Dövlətin  informasiya  siyasəti 

Azərbaycan  Respublikasının  Konstitusiyasında  əks  olunmuş  fikir,  söz  və  məlumat 

azadlığının,  vətəndaşların  informasiya  əldə  etmək  hüququnun  təmin  edilməsinə,  habelə 

cəmiyyətin  obyektiv  məlumatlandırılması  funksiyasını  effektiv  yerinə  yetirilməsi  üçün 

kütləvi informasiya vasitələrinə zəruri şərait yaradılmasına yönəlmişdir. 

Azərbaycanda müstəqillik illərində senzuranın ləğvi, fikir, söz və məlumat azadlığının 

inkişaf  etdirilməsi  üçün  qanunvericiliyin  beynəlxalq  standartlara  uyğunlaşdırılması, 

mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş çoxsaylı 

tədbirlər məhz bu məqsədə xidmət edir. 

Qloballaşma və ineqrasiya proseslərinin geniş vüsət aldığı müasir dövrdə bəşəriyyəti 

təhdid  edən  terrorizm,  separatçılıq,  ekstremizm  kimi  hallar  mövcuddur.  On  beş  ildən 

çoxdur  ki,  torpaqlarının  20  faizi  işğal  olunmuş,terror  aktlarına,  etnik  təmizlənməyə  və 

soyqırımına  məruz  qalmış  Azərbaycan  həm  də  Ermənistan  və  erməni  lobbisinin  mədəni-

ideoloji təxribatı, riyakar informasiya müharibəsi ilə üzləşmişdir. 

Müasir  dövrdə  bütün  dünyada  insanlar  üçün  obyektiv,  qərəzsiz,  vicdanlı 

informasiyanın  açıq  olması  son  nəticədə  həm  də  Yer  üzündə  sülhün,  təhlükəsizliyin 

möhkəmlənməsinə, ölkələr və xalqlar arasında  əməkdaşlığın, sivilizasiyalararası dialoqun 

genişlənməsinə  xidmət  edir.  Əmin  olduğumu  bildirirəm  ki,  yaşadığımız  dövrün  çox 

mühüm  və  aktual  bir  mövzusuna  həsr  olunmuş  toplantı  konstruktiv  müzakirələr,  faydalı 

fikir mübadiləsi ruhunda keçəcək, bəşəri dəyərlərin təbliğinə öz töhfəsini verəcəkdir.”

48

 

                                                           



48

 Qloballaşan dünyada informasiya hami üçün., Bakı Şərq-Qərb 2009. səh.10-11 




 

-65- 


2010-cu  il  noyabrın  24-27-də  OANA-nın  İstanbulda  14-cü  Baş  Assambleyasında  bu 

quruma  rəhbərlik  Türkiyənin  Anadolu  Agentliyinə  keçmiş,  AzərTAc  isə  təşkilatın  büro 

üzvü seçilmişdir. 

AzərTAc-ın həyatında ən mühüm hadisələrdən biri də 2008-ci il aprelin 18-nə təsadüf 

edir.  Həmin  gün  AzərTAc  daha  bir  nüfuzlu  regional  media  qurumuna,  Avropa  Xəbər 

Agentlikləri  Alyansına    (EANA)-ya  üzv  qəbul  olunmuşdur.  EANA  Baş  Assambleyasının 

Estoniyanın  paytaxtı  Tallində  keçirilmiş  iclasında  AzərTAc-ın  bu  quruma  üzv  olmasını 

təşkilatın  həmin  forumda  təmsil  olunmuş  29  üzvündən  26-sı  dəstəkləmişdir.  Beləliklə, 

AzərTAc  postsovet məkanında  İTAR-TASS və Ukrinformdan sonra EANA-ya üzv qəbul 

edilmiş üçüncü milli informasiya agentliyi və həmin təşkilatın sayca 30-cu üzvü olmuşdur. 

Bu,  AzərTAc-ın  dünya  informasiya  məkanında  daha  geniş  təmsil  olunması,  Azərbaycan 

haqqında xəbərlərin yayılma coğrafiyasının genişlənməsi üçün çox vacib idi. 

EANA  52  il  əvvəl  “Avropa  xəbər  agentlikləri  ailəsi”  kimi  təsis  edilmiş,  lakin  bu 

qurumun sələfinin təməli hələ 1924-cü ildə qoyulmuşdu. Təşkilat İkinci Dünya müharibəsi 

dövründə  bağlanmış,  1956-cı  ildə  yenidən  fəaliyyətə  başlamışdır.  Həmin  dövrdə  bu 

təşkilata Qərbi Avropa ölkələrinin, Yuqoslaviya və Türkiyənin xəbər agentlikləri daxil idi. 

1970-ci  illərdə  EANA  üzvləri  çox  cəsarətli  bir  qərar  qəbul  edərək,  “dəmir  pərdə 

arxasında  olan  agentliklər”in  də  ona  qoşulması  və  qurumun  imkanlarından  istifadə 

etməsinə şərait yaratmışlar. 

Berlin  divarı  söküləndən  sonra  Şərqi  Avropa  ölkələri  agentliklərinin  də  EANA-ya 

qoşulması  mühüm  hadisə  oldu.  Beləlikə,  media  bazaları  dəyişdi  və  xəbər  agentlikləri 

qloballaşmaqda  olan  dünyada  hamının  informasiya  yayması  üçün  imkan  yaratmaq 

çağırışlarına cavab verdilər. 

Avropa  alyansının  başlıca  məqsədi  informasiya  agentliklərinin  müstəqil  və  qərəzsiz 

xəbər  yayılma  vəzifəsini  yerinə  yetirmələri  üçün  biznes  mühitini  təmin  etməkdir.  Buraya 

informasiya  agentlikləri  üçün  müəlliflik  hüquqlarının  tanınması,  informasiya  mənbələrinə 

müraciət  imkanı,  iştrakçı  agentliklər  arasında  əməkdaşlığın  inkişafı  və  informasiya 

mübadiləsi,  habelə  seminarlar,  praktikumlar  və  başqa  tədbirlər  təşkil  etməklə  təcrübə 

mübadiləsinə nail olmaq daxildir. 

EANA  mənfəət  əldə  etmək  məqsədi  güdməyən  üzvlərin  ittifaqıdır.  Təşkilat  quruma 

daxil olan agentliklərin eyni  məbləğdə  ödədiyi  üzvlük  haqları  hesabına fəaliyyət  göstərir. 

Hər il keçirilən Baş Assambleyada səsvermə zamanı “bir agentlik  – bir səs” qaydası əsas 

götürülür. 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə