Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə25/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   ...   21   22   23   24   25   26   27   28   ...   37

 

-53- 


insanlar  informasiyanı  –bəzən  təkcə  mətni  deyil,  hadisə  yerindən  videoreportajları  da  çox 

yüksək sürətlə və keçmişdə adət etdiyimiz maneələrlə üzləşmədən dünyanın  tanınmış xəbər 

agentliklərinə, onlar da öz növbəsində, nəhəng şəbəkədən və qat-qat çox inkişaf etmiş texniki 

imkanlardan istifadə edərək bütün dünyaya çatdıra bilir, nəticədə cəmi bir neçə dəqiqə əvvəl 

daxil  olmuş  təzə  xəbər  dünyanın  müxtəlif  guşələrində  çoxmilyonlu  auditoriya  üçün  əlyetən 

olur. 


Çox vaxt informator və KİV eyni bir şəxsin timsalında təmsil olunur.Bu baxımdan, yenə 

Liviyada baş verənlərin işıqlandırlımasını misal göstərmək olar. Belə ki, liviyalı bloqgerlər və 

YouTube  istifadəçiləri  bir  tərəfdən,  özləri  video  və  mətn  materialları  yaradır  və  beləliklə

informator  rolunda  çıxış  edir.  Digər  tərəfdən  isə,  informasiyanın  mənbəyi  kimi  qalmaqla 

bərabər,  özlərinin  yaratdığı  informasiyanın  yayılması  funksiyasını  yerinə  yetirirlər:  noutbuk 

vasitəsilə  xəbər  materiallarını  YouTube,  Facebook,  Twitter  və  sair  sosial  şəbəkələrdə  öz 

akkauntlarına  yerləşdirirlər.  Özü  də  informasiyanın  yaradılması  və  çox  qısa  vaxt  ərzində 

yayılması əksər hallarda eyni yerdə (məsələn, mobil rabitə şəbəkəsinin əhatə dairəsində olan 

səngərdə  və  ya  zirehli  texnikanın  kölgəsində)  baş  verirdi  və  indi  də  belədir.  Bu  isə,  əlbəttə, 

operativliyin  zirvəsi  sayılmalıdır.  Bizim  günlərdə  texniki  innovasiyalar  elə  səviyyəyə 

çatmışdır  ki,  yanında  günəş  batareyası,  adi  noutbuk  və  mobil  telefon  olan  hər  bir  insan, 

praktik  olaraq,  elə  həmin  Liviyadan  “qaynar”  xəbərləri  çatdıra  bilər.  Portativ  günəş 

batareyaları noutbukun işləməsi və telefonun yenidən doldurulması üçün enerji istehsal edir, 

noutbukun materialın (həm mətn, həm də video şəklində) tərtib edilməsi üçün istifadə olunur, 

sonra  həmin  materiallar  adi  mobil  teıefon  vasitəsilə  İnternetə  yüklənir  və  beləliklə,  bütün 

dünya  üçün  əlyetən  olur.  Göründüyü  kimi,  indi  informatorlar  praktik  olaraq  tamamilə 

avtonom  rejimində  və  subyektiv  xarakterli  əngəllərlə  üzləşmədən,  dünyanın  istənilən 

nöqtəsində işləyə bilərlər. Əlbəttə, bu cür operativlik informatorun və KİV-lərin eyni bi şəxsin 

simasında  təmsil  edilməsi  sayəsində  mümkün  olur.  Həm  də  informasiyanın  müəllifi  və  onu 

yayan heç də həmişə peşəkar jurnalist olmur, əslində buna ehtiyac da yoxdur. Ona görə də biz 

informatorla iş və bu işin operativliyinin artırılması məsələlərini başqa baxımdan-informasiya 

xidmətləri  bazarında  mühüm  yer  tutan  iri  xəbər  agentliklərinin,  o  cümlədən  AzərTAc-ın 

mövqeyindən  araşdıracağıq.  Belə  agentliklərin  fəaliyyəti  mövzu  dairəsinin  məhdudluğuna 

deyil,  başqa  əlamətlərə  əsaslanır:  informasiyanın  yayılma  dairəsinin  daha  geniş  olması, 

informasiyanın  mənbələrinin və əldə edilməsi  üsullarının müxtəlifliyi,  mətbu  və multimedia 

məhsullarının peşəkar rejimdə çatdırılması və s. 

İri agentliklərin real vaxt rejimində işləmək imkanı vardır. Məsələn, ən mühüm hadisələr 

barədə  məlumatlar  cəmi  bir  neçə  dəqiqə  ərzində  ünvan  sahiblərinə  daxil  olur.  Agentlik 




 

-54- 


informasiyanın  auditoriyaya  çatdırılması  funksiyasını  müstəqil  şəkildə  yerinə  yetirir,  yəni 

informator  informasiya  mənbəyi  kimi  bu  prosesdə  iştirak  etmir.  Deməli,  agentlik  icranın 

operativliyinə  və  səmərəliyinə  də  nəzarət  edir.  Buna  görə  də,  agentliyin  “qaynar”  xəbərin 

informatordan  ona  daxil  olmasını  necə  sürətləndirə  bilməsi  daha  vacib  məsələdir.  Çünki 

burada birincilik  amili xüsusi  əhəmiyyət  kəsb edir. Agentlik  çalışmalıdır ki,  informasiya ilk 

növbədə  ona  çatdırılsın  və  rəqiblər  həmin  mənbəyə  ondan  daha  əvvəl  yol  tapmasınlar,  əks 

halda, təzə xəbər rəqiblərin redaksiyasına sıza bilər. Bu, çox mühüm məqamdır, çünki xəbər 

efirdə,  yaxud  İnternetdə  yayılarkən  həmişə  bu  məlumatı  birinci  yaymış  KİV-ə  istinad  edilir. 

Buna  görə  də  xəbərin  agentliyə  daxil  olması  ilə  onun  veb-saytda  və  ya  efirdə  buraxılması 

arasındakı  vaxtı  minimuma  endirmək  həm  də  neytral  informatora  müraciət  etməklə 

informasiyanı ondan almaq, beləliklə, bazarda rəqibləri qabaqlamaq çox vacibdir. 

Agentliklər  yeni  yaranan  vaxtlarda  qəzet  və  jurnalları  yalnız  xronika  və  əsasən  mətn 

xarakterli,  nadir  hallarda  fotomateriallarla  müşayiət  olunan  rəsmi  məlumatlarla  təchiz 

edirdilərsə,  müasir  dövrdə  informasiya  xidmətlərinin  əhatə  dairəsi  və  formaları  xeyli 

genişlənmiş,  müxtəlifləşmişdir.  Müasir  agentliklər  öz  abunəçiləri  üçün  cari  hadisələrin 

xronikası  və  anonslarla  yanaşı,  analitik  sorğu  materialları,  xüsusi  informasiya  da  hazırlayır, 

mətbuat  konfransları  keçirir,  bəyanatlar  verir,  aksiyalar  təşkil  edirlər.  İri  və  nüfuzlu  agent-

liklər  müxtəlif  məzmunlu,  dövriliyi  və  forması  müxtəlif  olan  onlarca,  yüzlərcə  informasiya 

məhsullarına,  o  cümlədən  multimedia  məhsullarına  abunə  təklif  edirlər.  Multimedianın 

nailiyyətlərindən  geniş  istifadə  olunması  son  məhsulu  auditoriya  üçün  daha  cəlbedici  və 

maraqlı edir. Buna görə də informatordan alınmış, çox vaxt cüzi olan məlumat əsasında daha 

maraqlı  və  dolğun  material  yaradılması  ilə  yanaşı,  həm  də  həmin  materialın  multimedia 

məlumatına  çevrilməsi,  yəni  alınmış  informasiya  əsasında  xronika  kadrlarından,  bunlar 

olmadıqda isə arxiv kino materiallarından istifadə edilməklə videosüjet hazırlanması vacibdir. 

İnfoqrafikanın  imkanlarından  istifadə  edilməsi  sayəsində  materiallar  istehlakçılar  üçün  daha 

maraqlı  ola  bilər.  İşin  bu  hissəsi  agentliyin  malik  olduğu  təcrübədən,  onun  kadrlarının 

peşəkarlıq səviyyəsindən və texniki imkanlarından asılıdır. 

Eyni zamanda, daha bir mühüm amil ondan ibarətdir ki, “yarımfabrikat” şəklində xəbərin 

multimedia  məlumatına  çevrilməsi  prosesi  müstəqil  informatorun  özünün  imkanları  və 

peşəkarlığı  sayəsində  sürətlənə  bilər.  Məsələn,  əgər  informasiya  mənbəyindən  redaksiyaya 

göndərilən  material  buraxılış  üçün  tam  hazır  olmasa  da,  zəruri  videosüjetlər  və  şərhlər 

vardırsa,  bu  proses  xeyli  sürətlənər.  Belə  halda  “çiy  materialın”  işlənməsi  üçün  sərf  edilən 

vaxtın  azalması  yenə  də  agentliyin  xeyrinə  olacaqdır.  Bundan  əlavə,  istehlakçılar  da  həmin 

yenilikdən tez xəbər tutacaqlar. 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə