Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə22/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   ...   18   19   20   21   22   23   24   25   ...   37

 

-47- 


AzərTAc-ın  Türkiyədə,  Rusiyada,  ABŞ-da,  Böyük  Britaniyada,  Almaniyada,  Fransada, 

Avstriyada,  İranda,  Ukraynada,  Gürcüstanda,  Orta  Asiya  və  Qazaxıstanda,  Çində, 

Yaponiyada,  Baltikyanı  ölkələrdə,  Macarıstanda,  eləcə  də  respublikamızın  bölgələrində 

müxbir məntəqələri fəaliyyət göstərir. 

Müasir dövrdə dünya informasiya məkanına çıxmaq, regionun lider dövlətinə çevrilən 

və  beynəlxalq  aləmdə  öz  nüfuzunu  və  mövqeyini  getdikcə  möhkəmləndirən  müstəqil 

Azərbaycanın xarici siyasətdə, daxili həyatın bütün sahələrində qazandığı uğurlar haqqında 

məlumatların daha geniş miqyasda yayılmasını qarşıya məqsəd qoyan AzərTAc bu başlıca 

vəzifənin layiqincə  yerinə  yetirilməsi üçün dünyanın tanınmış informasiya agentlikləri ilə 

birbaşa əlaqələr qurulmasına xüsusi diqqət yetirirdi. Agentliyin xarici əlaqələrinin daha da 

möhkəmləndirilməsi  üçün  internet  saytı  tamamilə  yeniləşdirildi.  Öz  müasirliyi,  gözəl 

dizaynı  ilə  diqqəti  cəlb  edən  sayt  qısa  vaxtda  BMT-nin  Cenevrə  ofisinin  İnformasiya 

Mərkəzinin  diqqətini  cəlb  etdi  və  AzərTAc-ın  saytı  bu  qurumun  internet  səhifəsində  yer 

aldı.  Dünyanın  ən  nüfuzlu  axtarış  –internet  saytları  olan  yahoo.com,  google.com  və 

digərlərində  AzərTAc-ın  xəbərləri  operativ  olaraq  yerləşdirildi,  CNN  telekanalı, 

“Vaşınqton Tayms” qəzeti, Türkiyənin aparıcı telekanalları AzərTAc-ın informasiyalarına 

istinad etməyə başladılar. 

2006-cı  ildə  ilk  dəfə  olaraq  AzərTAc-ın  loqotipi  hazırlandı  və  Müəllif  Hüquqları 

Agentliyində qeydiyyatdan keçirildi.  

2007-ci  ildə  AzərTAc-ın  aylıq  “Azərbaycan  və  dünya”  analitik  informasiya  jurnalı 

nəşrə  başlamışdır.  2007-ci  il  mayın  23-də  Bakıda  keçirilmiş  “Keçid  cəmiyyətlərində 

demokratiya”  mövzusunda  beynəlxalq  elmi-praktik  konfransın  materialları  agentlik 

tərəfindən ingilis və rus dillərinə tərcümə edilərək, üç dildə nəfis tərtibatda kitab şəklində 

nəşr olunmuşdur. Həmin il AzərTAc ilə Yeni Azərbaycan Partiyasının birgə layihəsi olan 

“Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu” kitabı da oxuculara təqdim edilmişdir. 

AzərTAc  “NETTY-2007  milli  internet  mükafatı”  müsabiqəsində  “Dövlət  saytı” 

nominasiyasında  birinci  yeri  tutmuş,  “Gənc  liderlər”  təşkilatının  keçirdiyi  “Uşaqların 

dostu”  ənənəvi  sorğusunun  nəticələrinə  görə,  Qarabağ  probleminə  ən  çox  diqqət  ayıran 

informasiya agentlikləri arasında qalib elan olunaraq, “İlin informasiya agentliyi” seçilmiş, 

Rusiya  Jurnalistlər  İttifaqının  “Millətlərarası  münasibətlərin  möhkəmləndirilməsinə  görə” 

xüsusi diplomuna layiq görülmüşdür.

33

 



 

                                                           

33

 Aslanov  A.,  Musayev  V.,  İsmayılov  D.  AzərTAc-dan  AzərTAc-a:  mürəkkəb  və  şərəfli  yol.  Bakı:  Şərq-



Qərb, 2008, səh. 182  


 

-48- 


2.3. Müstəqil AzərTAc-ın informasiya siyasəti 

Xəbərçiliyin  təməl  prinsiplərindən  biri  informasiyanın  obyektivliyidir.  Xəbərin 

obyektivliyinə  təkcə  müəllif  deyil,  bütövlükdə  onu  yayan  mətbu  orqan,  qurum  məsuliyyət 

daşıyır.  Bu  məsuliyyətin  arxasında  onu  yazan  jurnalistlə,  yayan  informasiya  agentliyi  ilə 

yanaşı,  dövlət  və  onun  strukturları  da  dayanır.  Bütün  bunlarla  bərabər,  başlanğıc  kimi 

müxbirin  məsuliyyəti  daha  böyükdür.  Obyektiv  xəbər  hazırlamağın  qaydalarından  danışan 

Dünya  Mətbuat  Azadlığı  Komitəsinin  sədri  Ceyms  X.  Ottauey  yazır:  “Müxbir  düzgünlük, 

mədəniyyət  və  səliqədən  tutmuş,  xüsusi  xarakterik  cizgilərə  və  peşəkar  təcrübəyə  malik 

olmalıdır. Jurnalist elə informasiyanı əldə etməlidir ki, oxucular üçün dürüst və maraqlı olsun. 

Elə  faktları  görməlidir  ki,  onlardan  potensial  material  hazırlamaq  mümkün  olsun.  Əslində, 

müxbir  bir  bütünün  hissələri  olan,  ilk  baxışdan  müxtəlif  faktlar  kimi  görünən  məlumatlar 

arasındakı əlaqəni tutmağı bacarmalıdır.”

34

 

İnformasiyanın  obyektivliyi  məsələsində  həm  mətbuatın  nəzəri  problemləri  ilə  məşğul 



olan  tədqiqatçılar,  həm  də  jurnalistlər  iki  qütbə  bölünürlər.Bir  qütbün  təmsilçiləri  xəbərin 

obyektivliyi  prinsipini  qətiyyətlə  müdafiə  edir,  obyektiv  olmayan  informasiyanı  ən  ciddi 

qüsur  sayırlar.  Digər  qütbün  nümayəndlərinin  fikrincə  isə,  “obyektivlik  əlçatmazdır,  çünki 

informasiya üçün hər bir faktın seçilməsi subyektiv prosesdir. Ona görə də haqqında yazılan 

bütün şəxslərə və ya təşkilatlara münasibətdə ədalətli olmaq vacibdir.”

35

 



Bu elmi mübahisələrdən doğan ümumi qənaəti belə ifadə etmək olar: jurnalist üçün əsas 

prinsip  hər  şeyi  göründüyü  kimi  qəbul  etməməkdir.  Sağlam  şübhə  jurnalistin  ən  qiymətli 

keyfiyyətidir.  Bu  keyfiyyəti  özünə  aşılayan  müxbir  ya  səhv  etmir,  ya  da  çox  nadir  hallarda 

yanılır. Adətən, ciddi səhvə təcrübəsiz jurnalistlər tez-tez yol verirlər. Ona görə AzərTAc-da 

işə qəbul edilən gənc jurnalistlər bir müddət sınaqdan keçir, peşəkar həmkarlarının təcrübəsini 

öyrənirlər.  İndi  rəqabətin  getdikcə  gücləndiyi  informasiya  bazarında  “Materialı  ötürməli, 

yoxsa  dəqiqliklə  hazırlamalı?”  sualı  son  dərəcə  aktualdır.  “Onlayn  jurnalistlər  üçün  vəsait” 

kitabında bu barədə deyilir: “Hadisə baş verdikdən və məlumat ictimaiyyətə əlyetən olduqdan 

sonra,  adətən,  xəbərin  çatdırılmasında  birinci  olmaq  uğrunda  rəqabət  gedir.  Bu  yarışda 

üstələmək yalnız o zaman təqdirəlayiq hesab edilir ki, jurnalist bütün faktlara malik olduğuna 

və onları dəfələrlə  yoxladığına əmindir. Qaynar xəbər dərc edib sonra onu geri götürməkdən 

pis şey yoxdur. İstifadəçiləriniz sizin bu xəbərdə yanlışlığa yol verdiyinizi anlayacaqlar. Onlar 

                                                           

34

 Ottauey C.X. Jurnalistin məlumat kitabı / Tərcümə edəni  S.Hüseynova, T.Əliheydəroğlu Bakı: Yeni Era



2002, səh. 13 

35

 Yenə orada, səh. 17 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə