Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti


 Müstəqilliyin ilk illərində AzərTAc-ın fəaliyyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə20/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   ...   16   17   18   19   20   21   22   23   ...   37

 

-43- 


2.2.1. Müstəqilliyin ilk illərində AzərTAc-ın fəaliyyəti  

Azərbaycan Respublikasının o vaxtkı Prezidenti Əbülfəz Elçibəy 1992-ci il dekabırın 

18-də  “Azərbaycan  Dövlət  İnformasiya  Agentliyinin  (Azərinformun)  tarixi  adının  bərpa 

edilməsi”  haqqında  Sərəncam  imzaladı.  Həmin  Sərəncamdan  sonra  Azərinformun 

Azərbaycan  Dövlət  Teleqraf  Agentliyi  –AzərTAc  adı  ilə  fəaliyyətini  davam  etdirməyə 

başlamışdı.  Lakin  heç  bir  diqqət,qayğı  göstərilməyən  agentliyin  vəziyyəti  gündən-günə 

daha  da  çətinləşirdi.  Çox  cüzi  miqdarda  əmək  haqqı  və  qonorar  vermək  imkanı  olan 

agentliyin  təcrübəli,  səriştəlı  əməkdaşları  bəzən  aylarla  məvacib  ala  bilmədiklərinə  görə 

doğma  kollektivi  tərk  edirdi.  Beləliklə,  uzun  illər  ölkənin  ən  təcrübəli  peşəsinin  sirlərini 

mükəmməl  bilən,  Azərbaycanda  tərcümə  və  informasiya  məktəblərinin  yaradılmasında 

böyük  xidmətlər  göstərmiş  əməkdaşlar  ağır  problemlərlə  üzləşmiş,  agentlik  isə  öz 

fəaliyyətini çox dar çərçivədə davam etdirməyə məcbur olmuşdu.

29

 

Yetmiş  il  tərkibində  olduğu  ,daha  doğrusu,  xidmət  gostərdiyi  Sovet  İttifaqı  Teleqraf 



Agentliyi-SİTA  isə  Azərbaycan  xalqının  üzləşdiyi  ağır  faciələr  barədə  Azərinformun 

xəbərlərini  yaxın  buraxmırdı.  Çox  çətinliklə  qəbul  etdiyi  bəzi  xəbərləri  isə  əsasən, 

Ermənistanın mövqeyinə uyğunlaşdırıb yayırdı. Bu isə, əslində, Azərbaycanın xeyrinə yox, 

ziyanına olurdu. 

Həmin  dövrdə  agentliyin  dünyaya  çıxışı  tamamilə  bağlı  idi.  Azərbaycan  bütünlüklə 

informasiya  blokadası  şəraitində  idi.Vaxtında  lazımi  tədbirlər  görülmədiyi  üçün 

Azərbaycanın  haqq  səsinin    dünyaya  çatdırılması  həlli  müşkül  problemə  çevrilmişdi. 

Lazımi  maddi-texniki  bazası,  hətta  qonşu  ölkələrlə  informasiya  mübadiləsi  təcrübəsi 

olmayan  agentlik,  əslində,  yalnız  respublika  daxilindəki  bir  sıra  kütləvi  informasiya 

vasitələrinə xəbərlər göndərə bilirdi. Heydər 

Əliyevin  yenidən  siyasi  hakimiyyətə 

qayıdışından  sonra  AzərTAc-a  münasibət  də  dəyişdi,  agentliyin  yenidən  təşkili,  maddi-

texniki  bazasının  möhkəmləndirilməsi  və  fəaliyyətinin  təkmilləşdirilməsi  üçün  ardıcıl 

tədbirlər görüldü.  

“Azərbaycan  Teleqraf  Agentliyinin  (AzərTAc-ın)  yenidən  təşkil  edilməsi  haqqında” 

Prezident  1995-ci  il  3  mart  tarixli  Fərmanı  ilə  AzərTAc-ın  ənənəvi  adı  saxlanılmaqla 

Nazirlər  Kabineti  yanında  Dövlət  Teleqraf  Agentliyi  yaradıldı,  ona  rəsmi  dövlət 

informasiya  orqanı  statusu  verildi.  Fərmanda  Nazirlər  Kabinetində  AzərTAc-ın  maddi-

texniki  bazasının  müasir  tələblərə  uyğunlaşdırılması  və  onun  dünya  standartları 

səviyyəsində fəaliyyət göstərməsi üçün lazımi tədbirlər görmək tapşırılmışdı. 

                                                           

29

Azərbaycan  Dövlət  İnformasiya  Agentliyinin  (Azərinformun)  tarixi  adının  bərpa  edilməsi  haqqında 



Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. “Azərbaycan” qəz., Bakı, 1992, 31 dekabr.

 



 

-44- 


Fərmanın  icrası  ilə  bağlı  Nazirlər  Kabineti  1995-ci  il  iyulun  3-də  “Azərbaycan 

Teleqraf  Agentliyinin  (AzərTAc-ın)  yenidən  təşkil  edilməsi  haqqında”  qərar  qəbul  etdi. 

Agentlik, əsasən dövlət büdcəsindən maliyyələşdirilməyə keçirildi. Bundan əlavə, Maliyyə 

Nazirliyinə  agentliyin  maddi-texniki  bazasının  müasir  tələblərə  uyğunlaşdırılmasını  və 

digər  zəruri  ehtiyacları  təmin  etmək  məqsədi  ilə  lazımi  vəsait  ayrılması  tapşırıldı. 

AzərTAc-ın  Türkiyədə,  Rusiyada,  ABŞ-da,  İranda,  Almaniyada,  İngiltərədə,  Türkmənis-

tanda,  Gürcüstanda  və  Özbəkistanda  müxbir  məntəqələrinin  açılmasına  icazə  verildi. 

Nazirlər Kabinetinin həmin qərarı ilə AzərTAc- ın Nizamnaməsi təsdiq edildi. 

Nizamnamədə deyilir: 

“AzərTAc-ın  əsas  vəzifəsi  informasiyasını  toplamaq,  onu  respublikanın  və  xarici 

ölkələrin kütləvi informasiya vasitələrinə, ölkənin dövlət orqanlarına, idarələr, müəssisələr 

və təşkilatlara çatdırmaqdan ibarətdir. 

AzərTAc  ölkənin  daxili  və  xarici  siyasətinin  ən  mühüm  hadisələri  haqqında,  daxili 

ictimai siyasi, regional və beynəlxalq hadisələr barədə xəbərləri, Azərbaycan Respublikası 

Prezidentinin, Azərbaycan Respublikası parlamentinin,  Azərbaycan Respublikası  Nazirlər 

Kabinetinin  və  başqa  hakimiyyət  və  idarəetmə  orqanlarının  rəsmi  bəyanatlarını 

respublikanın və xarici ölkələrin kütləvi informasiya vasitələri və əhali üçün yayır. 

AzərTAc  informasiyanın  toplanması,  yayılması  sahəsində  öz  fəaliyyətini  xalqın  və 

dövlətin  mənafelərini  əsas  tutmaqla,  ölkədə  və  xaricdə  baş  verən  hadisələri  obyektiv  və 

hərtərəfli işıqlandırmaq prinsiplərini rəhbər tutaraq həyata keçir. 

AzərTAc fəaliyyətində respublikanın bütün vətəndaşlarının istənilən məsələ barəsində, 

ən  əvvəl  Azərbaycan  Respublikası  ali  dövlət  hakimiyyət  və  idarəetmə  orqanlarının 

fəaliyyəti, daxili və xarici siyasəti ilə bağlı doğru-düzgün və səhih informasiya almaq üçün 

qanuni hüquqlarını təmin edir.

30

 

 



2.2.2. Son illərdə AzərTAc

 

Prezident  Heydər  Əliyev  2000-ci  il  yanvarın  17-də  “Azərbaycan  Respublikasının 

Nazirlər  Kabineti  yanında  Dövlət  Teleqraf  Agentliyinin  (AzərTAc-ın)  fəaliyyətinin 

təkmilləşdirilməsi  haqqında”  Fərman  imzaladı.  Fərmana  əsasən  AzərTAc  Nazirlər 

Kabinetinin  tabeliyindən  çıxarılaraq,  Prezidentə  tabe  olan  müstəqil  qurum  –Azərbaycan 

Dövlət  Teleqraf  Agentliyi  adlandırıldı,  agentliyin  tərkibində  xarici  dillərdə  xəbərlər 

hazırlayan və yayan baş redaksiya yaradıldı, digər müvafiq tədbirlər görüldü. 

                                                           

30

 Aslanov A.Ə., Heydər Əliyev və AzərTAc. Bakı: Nurlan, 2005, səh. 11-12



 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə